Musanın casus şəbəkəsi, çinlilərin “diplomatiyası” - ARAŞDIRMA - II yazı
Yulian Semyonov Sovet vətəndaşlarının sevimli qəhrəmanı Otto fon Ştirlits haqqında kitabında yazır ki, Valter Şellenberqin casusları İsveçdə olan Allen Dallesi hər addımbaşı izləyir, onun hətta nələri mütaliə elədiyi haqda da qaynar məlumatları şefə ötürürmüşlər. «Abver» rəhbərinə gələn məlumatlar arasında Tövratın vərəqləri üzərində olunmuş qeydlərin fotosu da varmış. Cənab Dalles Tövratda bəşəriyyətin əzəl çağlarında casusluğun ilkin işartılarını axtarır və tapırmış.
Həqiqətən, yazılı mənbələrdə ilk casusluq nümunəsinə Tövratda rast gəlinir.
Nuh babamız dünya daşqınından sonra suyun çəkilib-çəkilmədiyini yoxlamaq üçün göyərçini gəminin bacasından çölə buraxmışdı. İki dəfə gəmiyə qayıdan göyərçin üçüncü kərə daha geri qayıtmır və Nuh başa düşür ki, nəhayət, quru yer var. Kəşfiyyat daha başqa nə cür olur ki…
Ancaq bizə məlum olan birinci casusluq şəbəkəsinin rəhbəri Musa Peyğəmbər olub. Yaxşısı budur, Musanın öz dilindən Tanrının iradəsiylə casuslarına hansı tapşırıq verdiyini Tövratın özündən izləyək: «Və Tanrı Musaya söylədi: «Öz adamlarını mənim İsrail övladlarına bəxş etdiyim Xanaan torpağına göndər»; Musa Tanrının əmriylə onları Faran səhrasından Xanaan torpağına göndərərkən dedi: «Bu cənub ölkəsinə gedin, dağa çıxın və ətrafa baxın, burada hansı xalqın yaşadığını, onların güclü, yaxud zəif, azsaylı, ya çoxsaylı olduğunu, böyük evlərdə, yoxsa daxmalarda yaşadıqlarını, bu torpaqlarda ağac bitib-bitmədiyini öyrənin…»
Beləliklə, dünyanın əzəl çağlarını bizə rəvayət eləyən Tövratdan öyrənirik ki, bəli, vicdanlı casusluq həqiqətən böyük uğurlar vəd eləyir.
Ümumiyyətlə, Tövrat belə casusluq nümunələri ilə xeyli zəngindir. İsa Navinin kitabında İerixonun tutulması vaxtı şəhərə iki casus göndərməsi, bu casusların küçə qadını pozğun Raavın evində qalmaları və ondan şəhər barədə bilgilər əldə eləmələri də geniş şəkildə rəvayət edilib. Maraqlıdır ki, şəhər alınandan sonra İsa Navin bütün sakinləri qılıncdan keçirməyə əmr versə də, Raav həmşəhərlilərindən elədiyi casusluğun xeyrini görür və sağ qalır. Bundan əlavə, fələstinli qız Dalilanın da pəhləvan Samsonun ürəyinə girib onun qüvvəsinin sirrini öyrənməyini, xəlvətcə pəhləvanın başından güc mənbəyi olan hörüklərini kəsməyini, onu fələstinlilərə təhvil verməyini yada salsaq görərik ki, Allen Dalles həqiqətən Tövratdan xeyli casusluq nümunələri toplaya bilibmiş.
Ancaq kəşfiyyat tarixi heç də Müqəddəs Kitablardakı rəvayətlərlə başlamır. Musayla təxminən eyni dövrdə Misir fironlarının özlərinin də xeyli geniş casusluq şəbəkələri vardı. Misirlilər həmçinin Misirlə Orta Şərq ölkələri arasında əlaqə üçün casus-diplomatik xidməti yaratmağa nail olmuşdular.
Eradan 3 min əvvəl indiki Misir ərazisi Aralıq Dənizindən Sudanın sahillərinə qədər uzanırdı və böyük ərazini idarə eləmək üçün fironlara təkcə effektiv mərkəzi dövlət aparatı və ordu yox, həm də kəşfiyyat xidməti lazım idi. Qədim Misirdə kəşfiyyatla yanaşı sənədlərin uzaq məsafələrə çatdırılması üçün son dərəcə çevik poçt sistemi də təşkil edilmişdi. Məsələn, bizim eradan əvvəl 1455-1419-cu illərdə hakimiyyətdə olmuş Amenxotepin dövrünə aid sənədlərin birindən oxuyuruq: «Əlahəzrətin diqqətinə çatdırılır ki, İkati şəhərində yaşayan bəzi Şərq sakinləri orada olan dövlət qoşunlarının sərkərdələrinə qarşı sui-qəsdlər hazırlayıblar». Bu tipli sənədlər təsdiq edir ki, fironlar yerlərdə casuslarla yanaşı, həm də belə vacib informasiyaları təcili şəkildə mərkəzə çatdırma üsullarına malik olublar.
Qədim dünyanın digər sakinləri finikiyalılar isə casusluq tarixinə dəniz kəşfiyyatının baniləri kimi düşüblər. Misirin nəzarətində olan Babil şəhərinin hesabına finikiyalılar uzun illər dənizçiliklə məşğul olaraq Aralıq dənizində xeyli geniş dəniz kəşfiyyatı şəbəkəsi yaratmağa nail olmuşdular.
Azərbaycan ərazisində mövcud olmuş qədim Manna dövlətiylə həmsərhəd olan Assiriya da kəşfiyyat tarixinə böyük töhfələr bəxş edib. Tarixçi S.Məmmədovun «Azərbaycanda müharibələr və müharibə sənəti» kitabından oxuyuruq: «Assiriyalılar özlərinin kəşfiyyat xidmətlərini yaradaraq, çoxsaylı casusları vasitəsilə qonşu dövlətlərin siyasi və iqtisadi durumlarıyla bağlı geniş məlumatlar əldə eləyə bilirdilər. Qədim Assiriyada hətta birbaşa döyüş yerlərinə gedib yaralılara yerindəcə xidmət göstərən həkimlər vardı ki, bununla da onlar tarixdə səhra cərrahlığının əsasını qoymuşlar».
Onu da qeyd edək ki, poçt xidmətiylə yanaşı, assiriyalılar xüsusi məxfi informasiyaları, yaxud dövləti əhəmiyyətli hansısa xəbəri paytaxta həm də tonqallar qalamaqla çatdırırdılar.
Kəşfiyyatın ilkin çağlarından danışarkən çinlilərin bu peşəyə gətirdikləri praktiki və nəzəri yenilikləri qətiyyən unutmaq olmaz. Ondan başlayaq ki, kəşfiyyatın önəmli tərkib hissələrindən olan informasiyaların sistemli şəkildə ötürülməsi təcrübəsinin Çində təxminən eramızdan əvvəl 1450-ci ildən mövcud olması barədə yazılı mənbələr mövcuddur. Həmçinin çinlilər tarixdə ilk dəfə kəşfiyyat və casusluqla bağlı bütün praktiki məsələləri cəhətdən qələmə alıblar. Həqiqətən, bu ölkədə həyatda baş verən bütün hadisələr az keçməmiş nəzəriyyədə əks olunur. Kəşfiyyatçılıq da istisna deyil. Bu baxımdan, qədim dünyanın məşhur məxfi xidmət nəzəriyyəçisi Sun Szının «13 ehkam» adlı hərbi traktatı diqqəti xüsusilə cəlb edir və bu gün də qiymətini qoruyub saxlayır. Adıçəkilən əsər bir daha sübut edir ki, qədim Çində həm yüksək səviyyədə gizli diplomatiya, həm də strateji və taktiki kəşfiyyat mövcud olub. Traktatın müəllifi haqda məlumatlar son dərəcə kasaddır. Bilinəni odur ki, Sun Szı təxminən eramızdan əvvəl 700, yaxud 500-cü illərdə yaşayıb yaradıb. Avropa isə bu dəyərli kitabdan 1722-ci ildə xəbər tutub. Çinli mütəfəkkir bu əsəriylə, belə demək mümkünsə, Makiavellini xeyli qabaqlayıb. Sun Szı yazır ki, sərkərdənin planlarından nəinki yüksək rütbəli zabitlər, hətta əsgərlə belə xəbər tutmalı deyillər: «Əgər nə özünü, nə də rəqibini tanımırsansa, istənilən döyüşdə məğlub olacaqsan. Ona görə də, müharibədən əvvəl və müharibə dövründə rəqibini həmişə öyrənməli, onun nə düşündüyünü bilməlisən».
Mütəfəkkirin fikrincə, müharibənin taleyi əslində müharibədən qabaq – casusların gizli savaşı vaxtı müəyyənləşir: «O səbəbdən də casuslara pul xərcləməkdən çəkinməməlisən. Qoyduğun xərc mütləq müharibədən qalib çıxdıqdan sonra sənə qayıdacaq».
Yeri gəlmişkən, onu da xatırladaq ki, Sun Szı həm də tarixdə ilk dəfə casusları kateqoriyalara bölən adam olub ki, onun bölgüsünə görə 4 növ casus olur. Bunlardan birincisi yerli casuslardır ki, ölkə daxilində olurlar və daxildə baş verən hadisələr barədə məlumat toplayırlar. Sun Szı düşmən tərəfindən göndərilən, ancaq ələ keçən casusları öldürməyi məsləhət bilmir və belələrinin üstündə təzədən «işləyib» qarşı tərəfə göndərməyi məsləhət görürdü ki, bunları ikinci kateqoriyaya aid edib «ikili casuslar» adlandırırdı. Üçüncü kateqoriyaya «gedər-gəlməzlər» adlanan casuslar daxil idilər ki, onlar düşmən tərəfinə keçir və guya qarşı tərəfdən casusluq eləyirdilər. Ancaq verdikləri informasiya əsasən «dezo» olduğundan, təbii ki, məsələnin üstü açılan kimi edam olunurdular. Nəhayət, «qayıdan» casuslar da vardı ki, onlar normal halda düşmən tərəfinə keçir, casusluq eləyir və sağ-salamat geri qayıdırdılar.
Xeyli sonralar - IX əsrdə yaşasa da, Çində digər bir hərbi yazıçı Du Mu da çox məşhurdur ki, onun əsərlərində müharibə vəziyyətində olan ölkələrlə münasibətlərdə, həmçinin dövlət idarəetməsində casusların işindən yararlanmaq məsələləri geniş işıqlandırılıb. Du Mu yazır ki, düşmənin məmurları arasında sözsüz ki, geniş erudisiyaya və intellektə sahib, ancaq bunlara uyğun vəzifə almayan, yaxud özündənrazı, təkəbbürlü, şan-şöhrət düşkünü olanlar var: «Ona görə də, çalışmalısan ki, belələriylə əlaqə qurasan, hər kəsi öz xislətinə uyğun istifadə eləyəsən».
Əlqərəz, göründüyü kimi, bu çinlilər həqiqətən, qədimdən üzübəri casusluq tarixinə xeyli töhfələr bəxş eləyiblər. Hələ mən Nihal Adsızın «Bozqurdlar» romanında, Bahəddin Ögəlin «Hun İmperiyası»nda təsvir olunan olaylardan - çinlilərin türklərə qarşı yararlandıqları min cür hiylə-kələklərdən danışmıram. Bu baxımdan, rüsxət verin, əvvəlcədən nəzərdə tutduğumuz planla «hərəkət eləyək» və qədim dünyanın casusluq tarixiylə bağlı budəfəki söhbətlərimizin sonunu çinlilərin ixtiyarına buraxaq. Zarafat deyil, indi bu millətin kəşfiyyat tarixinə verdiyi daha bir «nailiyyətlə» tanış olacağıq. Söhbət Tövratsayağı rəvayətlərdə yox, real həyatda mövcud olan qadın casuslardan, həmçinin ilk dəfə, sözün əsl mənasında, gizli polis sistemi yaradan, keçmişi məşuqə, sonrası ölkənin rəhbəri olan İmperatriçədən gedir. 655-ci ildə taxta çıxan Çin İmperatorunun Vu Xao adlı bir məşuqəsi vardı. İmperator öldükdən sonra Çin tarixində bənzəri olmayan bir hadisə baş verir: əvvəlcədən ölkədə böyük nüfuz qazanmış qadın taxta çıxır və özünə Xuanq Ti, yəni Müqəddəs İmperatriçə titulu götürür. Xuanq Tinin yaratdığı gizli polis sisteminin heyətində isə üstünlük qadınlara məxsus idi və məhz bu qadınlar tərəfindən tarixdə ilk dəfə məhbusların dindirilməsi vaxtı istifadə olunmalı üsulları və işgəncə metodlarını özündə ehtiva eləyən təlimat hazırlanmışdı. Vu Xao həmçinin Çin tarixində ilk dəfə xəbərçilik üçün xüsusi qutular hazırlatdırıb sarayın qapılar ağzına qoydurmuşdu. Beləliklə, hər bir təbəə istədiyi vaxt istədiyi məsələ barədə birbaşa İmperatriçənin özünə çuğulluq eləyə bilirdi. Bu məqama o qədər diqqət verilirdi ki, savadsızlar belə adları anonim qalmaq şərtiylə dövlət hesabına mirzənin yanına gedər və bildiklərini ona yazdıra bilərdilər. Dörd qutunun biri əfvlər, o biri korrupsiya halları, digəri casusluq, qeyrisi isə təşəkkürlər üçün nəzərdə tutulmuşdu.
Casusluq tarixinin yazılmasında ilk imzasını atan qadın da çinlilərdən çıxıb. Eramızın 48-110-cu illərində yaşamış Pan Xao adlı qadın kəşfiyyatda işləyən eyniadlı qardaşının fəaliyyətindən yazmaqla o dövrün hərbi mənzərəsini geniş şəkildə əks etdirməyi bacarıb. Bu traktatda zabit Pan Xaonun hunların əleyhinə müttəfiq axtarışları vaxtı indiki Türküstan ərazilərinə gəlib çıxması və hunların onlardan qabaq yerli türk tayfalarıyla hərbi müttəfiqlik sazişi bağladığından xəbər tutması haqda yazılır. Onda Pan Xao əsl çin «diplomatiyası» işlədərək gecəykən 30 nəfərlik dəstəsiylə azsaylı hun elçilərinə hücum edir və onların başlaını kəsərək türk xaqanın yanına gedir, «görürsünüz, biz onlardan güclüyük, bizimlə müqavilə bağlayın» deyir. Pan Xaonun bu riskli hərəkəti xaqanın xoşuna gəlir və müqavilə yenilənir…
…Razıyam, çinlilər vaxtımızı xeyli aldılar. Ancaq əbəs yerə onlara bu qədər vaxt ayırmadığım fikrimcə, bəlli oldu. Gələn yazımızda qədim dünyada səyahətlərimiz davam edəcək. Bu dəfə yunanları, qədim farsları, romalıları araşdıracağıq…
İlham Tumas
[email protected]

798