Dənizdən görünən İstanbul –
Bosfor və Dardanel boğazlarının, Mərmərə dənizinin strateji əhəmiyyəti barədə uzun-uzadı danışmağa ehtiyac yoxdur. Gəmiçilik təşəkkül tapandan və dövlətlər öz ərazilərini başqalarının hesabına genişləndirməyə başladıqları andan buralar hamının diqqət mərkəzində olub. I Dünya Müharibəsində müttəfiqlər Osmanlını çökdürərək bu boğazlara sahib olmaq istəyirdi. Hətta yunanlar əsrlər boyu ürəklərində gəzdirdikləri qara planı (Megali idea – böyük ideya ) da yenidən gündəmə gətirmişdilər.
Lent.az-ın xəbərinə görə bu mənfur planı kilsə, İngiltərə, Rusiya və Fransa dəstəkləyirdi. Planda qədim Yunan (Ellada) imperatorluğunu torpaqlarını geri qaytarmaq və İstanbulu (Konstantinopol) paytaxt elan etmək nəzərdə tutulurdu (Böyük Ermənistan ideyasının bənzəri). Müasir Türkiyənin qurucusu Atatürk müharibənin son günlərini belə təsəvvür edirdi: “... ortada bir ovuc türkün yaşadığı Vətən torpağı qalmışdı ki, son məqsəd bunun da bölüşdürülməsindən ibarət idi”.
Lakin son məqsədə çatmaq mümkün olmadı. Türk xalqının Qurtuluş Savaşından qalib çıxması ilə “böyük ideya” da iflasa uğradı.
İndi türklər bu boğazların hakimidir və hər il yüz minlərlə turist İstanbula tamaşa etmək üçün bu boğazda gəmi gəzintisinə çıxır. Lakin Xəzərə nisbətdə burada dəniz sakit və az küləklidir. Bir saatlıq gəzinti zamanı İstanbulun həm keçmişi, həm də bu gününə tamaşa etmək mümkündür. Burada köhnə tikililərlə müasir konstruksiyalar çağlaşır (Qız qülləsi, Qalatasaray liseyi, körpü, BEDAŞ-ın elektrik dirəyi və sahildə dalğalanan TÜRK BAYRAĞI).
Vüqar

600