Atatürkün evinə oğru girib
500 türk lirəsi oğurlayıb, dəyərli əşyaları sındırıblar
Mustafa Kamal Atatürkün 16-cı Ordunun komandanı olduğu dönəmdə 1 il qaldığı və hazırda Diyarbəkirdə muzey kimi istifadə edilən binaya dünən oğrular girib.
Lent.az-ın ‘haberturk.com” saytına istinadən verdiyi məlumata görə, oğrular 500 türk lirəsi oğurlayıb, dəyərli əşyaları sındırıblar.
Polis oğruların bir neçə nəfər olduğunu güman edir. Muzeyin müdiri Azih Kadri Özyıldız muzeyin qorunması üçün Silahlı Qüvvələrin Baş Qərargahından yardım istəyib və bu binanı qorumağın şərəf məsələsi olduğunu vurğulayıb: “Yoxsa bu gün oğurluq edənlər sabah binanı yandırmağa cəhd göstərərlər. Dövlət üzərinə düşən işi görməlidir”.

Oxşar yazılar

Bəşəriyyət 12 min ildən artıqdır baş verməmiş astronomik hadisə görəcək
13 iyul 2025 , 15:09
Ukraynada daha bir Azərbaycan əsilli hərbi qulluqçu öldü
13 iyul 2025 , 14:43
İran prezidenti Pezeşkian ötən ay İsrailin hava zərbəsi nəticəsində yaralanıb
13 iyul 2025 , 11:45
Ankarada yanğın: 1-i uşaq olmaqla 3 nəfər öldü, 20 nəfər zəhərləndi -FOTOLENT
13 iyul 2025 , 09:46
Kişinin mədəsindən 27 alışqan çıxardılar
13 iyul 2025 , 02:11
İtalyan mafiya başçısı Kolumbiyada yaxalandı
12 iyul 2025 , 22:46
Şöbəyə basqın edib miqrantı öldürdülər - Polislərin gücü çatmadı
12 iyul 2025 , 17:04