Niyə İran?
“Niyə İran?” Bu sualı əsaslandırmaq üçün xeyli arqument və faktlar sadalamaq mümkündür.
Onlardan biri İslam Respublikasının atom-nüvə proqramıdır.
Ötən gün İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bildirib ki, onlar yalnız İslam Respublikasının dinc məqsədli atom proqramını başqa ölkələrlə müzakirə etməyə, bu istiqamətdə əməkdaşlığa hazırdırlar.
Onun sözlərinə görə, İranın atom-nüvə proqramı tamamilə “dinc xarakterlidir”. “İranın nüvə proqramını müzakirəyə ehtiyac yoxdur. Gələcəkdə isə biz ABŞ, Britaniya, Fransa, Almaniya, Çin və Rusiya ilə yalnız dinc məqsədli nüvə ilə bağlı ümumi məsələlərdən danışa bilərik” - deyə, nazirliyin sözçüsü söyləyib.
R.Mehmanpərəst daha sonra müzakirə oluna biləcək məsələlərdən danışıb: “Müzakirələrdə 3 problemdən danışmaq olar - nüvə tərksilahı və onun yayılmaması, İsrailin nüvə silahının sayı, bütün dövlətlərin dinc məqsədli atom enerjisindən istifadə etməsi hüququ”.
Misir və Tunisdə baş verənlərə toxunan sözçü deyib ki, İran İslam Respublikası “Misir xalqının ədalətli və zülmə qarşı çıxışını dəstəkləyir”. “Biz hesab edir ki, Misir xalqının tələblərinə hörmət etmək lazımdır və onların istəkləri gerçəkləşəcək” - deyə, R.Mehmanpərəst vurğulayıb.
Misirdə baş verənlərə İranın keçmiş prezidenti, Dini Ekspertlər Şurası və Məsləhət Şurasının sədri Haşimi-Rəfsəcani də münasibət bildirib: “Tunis və Misir xalqlarının qaldırdığı üsyanların kökünü bu xalqların azadlıq və demokratiya uğrunda mübarizə ənənəsində axtarmaq lazımdır. İstənilən diktator xarici qüvvələrin imkanlarından yararlansa da o, xalq hərəkatının qarşısını ala bilməz”.
O, buna örnək olaraq, İranın sonuncu şahı Məhəmmədrza Pəhləvi hakimiyyətinin devrilməsini göstərib: “Biz əminik ki, hazırkı üsyanlar bu iki ölkə ilə məhdudlaşmayacaq. Zülm altında inləyən xalqların iradəsi ilə diktatorlar devriləcək. Həmin insanların göz yaşları tezliklə zülmü kökündən qazacaq dəhşətli selə çevriləcək”.
İranın baş prokuroru, Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn Möhsüni-Ejei fevralın 9-da jurnalistlərə açıqlamasında müxalifət liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubinin daxili işlər nazirinə müraciətinə reaksiya verib. Musəvi və Kərrubi fevralın 7-də nazirə müraciət edərək, Misir və Tunis xalqlarına dəstək vermək üçün fevralın 14-də paytaxt Tehranda kütləvi yürüş keçirməyə icazə verilməsini istəmişdilər.
Möhsüni Ejei deyib: “Kimin doğrudan da Tunis və Misir xalqlarının haqlı hərəkatına dəstək vermək niyyəti var, gəlib İran islam inqilabının ildönümü günü fevralın 11-i üçün nəzərdə tutulmuş hökumət yürüşünə qatıla bilər. Bu cənabların ayrıca bir gün təyin etməsi onu göstərir ki, onlar öz sıralarını xalqdan ayırıb nifaq törətməyə çalışırlar. Onların bu hərəkəti siyasi bir hərəkətdir. Lakin İran xalqı ayıqdır və lazım olsa, onlara cavab verəcək”.
İranda sərbəst toplaşmaq azadlığına və atom nüvə proqramı ilə bağlı durumu bu çıxışlardan da təhlil etmək mümkündür.
Birincisi, Tehran atom-nüvə proqramını dayandırmayacaq. İkincisi, müxalif saydıqlarının sərbəst toplaşmasına icazə verməyəcək. Üçüncüsü, Yaxın və Orta Şərqdəki maraqlarından asanlıqla əl çəkməyəcək və s.
Belə bir durumda isə İslam Respublikası hakimiyyətinə beynəlxalq təzyiqlərin də artacağı istisna edilmir.
“İTAR-TASS”-ın məlumatına əsasən, Fransanın Vaşinqtonda səfərdə olan müdafiə naziri Alen Jüppe deyib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin və BMT Təhlükəsizlik Şurasının tələblərindən İranın imtina etməsi hadisəsi ilə beynəlxalq ictimaiyyət barışa bilməz: “Biz İrana qarşı siyasi və iqtisadi təzyiqləri artırmalıyıq. Rəsmi Paris hələ də əmindir ki, sanksiyalarla Tehranı uranı zənginləşdirməkdən çəkindirib, danışıqlar masası arxasında oturtmaq olar”.
Vaşinqtondakı görüşü zamanı fransalı nazir Pentaqonun başçısı Robert Geytslə də İranla bağlı məsələni müzakirə edib.
Sədrəddin Soltan

860