Bleyr İranla açıq qarşıdurma təklif edir
Tehran hakimiyyətinə qarşı sərt tədbirlərin görülməsi təklifi yenidən gündəliyə gəlməkdədir. Rusiya və Çin isə yenə İranı müdafiə edir.
Britaniyanın keçmiş baş naziri, Yaxın Şərq üzrə kvartetin özəl elçisi Toni Bleyr danışıqların nəticəsiz bitdiyini dəyərləndirərək bəyan edib ki, İranla açıq qarşıdurmaya hazırlıq davam etməlidir.
“Ekstremistlərə nəzarət bizim vəzifəmizdir. Onlarla qarşıdurmalı və onları dəyişməliyik. İran bu gün terrorçuluğu dəstəkləyən birinci dövlətdir. Qərb başını qumdan çıxarmalıdır. Onlar qəti şəkildə bizim həyat tərzimizi qəbul etmir. Onlar dayanmayacaq. Qoy, lap zor gücünə olsun. Ancaq biz bir yerdə onlara qarşı durmalıyıq” - deyə, İngiltərədə çıxan “San” qəzetinə müsahibəsində T.Bleyr bildirib.
Danışıqlar başa çatan günü Çinin İslam Respublikasından iri həcmdə xam neft alınmasını bərpa etdiyi barədə xəbərlər yayılıb.
“Reuters”in məlumatına əsasən, Çinin “Zhuhai Zhenrong” dövlət şirkəti gündə 240 min barrel neft alacağına dair İranla müqavilə imzalayıb. Ötən ilin sonunda isə bu ölkənin başqa bir dövlət şirkəti “Sinopec Corp” İslam Respublikasından gündə 220 min barrel xam neft alacağı haqda müqavilə imzalandığını bəyan etmişdi.
Yeri gəlmişkən, Səudiyyə Ərəbistanı və Anqoladan sonra İran Çinə həcminə görə neft ixrac edən üçüncü dövlətdir. Keçən il kommunist rejimi İslam Respublikasından gündəlik 430 min barrel neft idxal edib.
“Deutsche Welle” Almaniya informasiya vasitələrinə istinad edərək, bildirib ki, ABŞ Dövlət Departamentinin gizli diplomatik sənədində BMT Təhlükəsizlik Şurasının sanksiyalarından yayınması və nüvə proqramını dayandırmaması üçün Çinin İranı dəstəklədiyi vurğulanıb.
Sənəddə bildirilib ki, ABŞ tərəfi Çin məmurlarını bu ölkədən raket texnologiyasının İrana sızması haqda məlumatlandırsa da, Pekin bu informasiyaları nəzərə almır, ya az önəm verir, ya da gördüyü tədbirlər barəsində məlumat vermir. Departamentin sənədində o da vurğulanıb ki, İslam Respublikasının iqtisadiyyatı çökməmiş İran prezidenti Mahmud Əhmədinejad atom bombası əldə etməyə çalışır.
Məsələyə Rusiyanın mövqeyi də az önəm daşımır. Bu ölkənin xarici işlər naziri Sergey Lavrovun bəyanatı bir çoxunun heyrətinə səbəb olub. “Görüşdə İranın nüvə proqramı ilə bağlı həll edilməyən məsələlər deyil, bu ölkəyə qarşı beynəlxalq sanksiyaların təxirə salınması da müzakirə edilməli idi” - deyə, rusiyalı diplomat bildirib.
Xatırladaq ki, İranın nümayəndə heyəti ilkin şərt kimi BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi sanksiyaların ləğvini, eləcə də İslam Respublikasının müstəqil şəkildə uranı zənginləşdirmək hüququnun tanınmasını israr edib.
Danışıqlar başlayan gün İran prezidenti Mahmud Əhmədinejad Yəzddəki çıxışında qərbliləri günahlandıraraq, bildirmişdi: “Qərblilər İranın nüvə dövlətinə çevrilməməsi üçün var gücü ilə çalışdı. Ancaq arzularına çata bilmədilər. İran atomlu dövlətdir və artıq geriyə yol yoxdur”.
İstanbul görüşü başa çatandan sonra o, İranın Rəşt şəhərindəki çıxışında qərblə müzakirələrin davam edəcəyinə ümidvar olduğunu söyləyib.
İran prezidentinin qənaətincə, danışıqların uğursuz sonucuna görə məsuliyyət “mədəniyyətsiz sionistlərin” və onların qərbli müttəfiqləri daşıyır. Onun sözlərinə görə, problemin həll edilməməsi İsrailə sərfəlidir.
Sədrəddin Soltan

511