Livan da parçalanır
Tunis və Misirdəki qarışıqlıq Livanı unutdurmayıb. Ötən ay “Hizbullah” üzvlərinin Nazirlər Kabinetindən istefa verməsi ölkədə hökumət böhranın yaranması ilə yekunlaşıb. Bu isə ölkədə gərginliyi artırıb.
Ötən gün Livanın təhlükəsizlik qüvvələri bildirib ki, ölkdə “sakit gərginlik” hökm sürür. Üç gün öncə baş vermiş qarşıdurma nəticəsində 45 nəfər yaralanıb, onların 35 hərbçi, 2-si isə polisdir.
Hərbçilər yolları bağlayan baryerləri yığışdırıb. Bununla belə, Səudiyyə Ərəbistanının Beyrutdakı səfiri Əli Suad Əssiri krallığın vətəndaşlarına Livanda vəziyyət sabitləşməyənədək bu ölkəyə səfər etməməyi məsləhət görüb.
Livan prezidenti Mişel Süleyman “Məcd Hərəkatı”nın lideri Nəcib Mikatiyə yeni hökuməti formalaşdırmağı tapşırıb. O, ilk növbədə keçmiş baş nazir Səəd Həriri ilə görüşüb.
S.Həriri “The New York Times” qəzetinə müsahibəsində deyib ki, kimliklərindən asılı olmayaraq, atasının (qətlə yetirilmiş baş nazir Rafiq Həriri) qatilləri onu Livan hökumətinin başında görmək istəmir. O, hesab edir ki, hazırda baş verənlər 2005-ci ildə baş verənlərlə Rafiq Həririnin ölümündən sonrakı hadisələrlə birbaşa əlaqədardır.
Qeyd edək ki, Nəcib Mikati 2005-ci ilin aprel-iyun aylarında Livan hökumətinə müvəqqəti başçılıq edib.
Bir müddət öncə ABŞ-ın dövlət katibi Hillari Klinton xəbərdarlıq etmişdi ki, Vaşinqton terrorçu “Hizbullah” təşkilatı ilə sıx bağlı olanlarla əməkdaşlıq edə bilməz.
Amerikalı diplomat bildirib ki, “Hizbullah” hakimiyyətə gələcəyi halda ABŞ-ın Yaxın Şərq ölkələrinə münasibəti dəyişəcək. “Hizbullah” tərəfindən nəzarət edilən bir hökumət Livanla ikitərəfli münasibətimizə təsir edəcək. Klinton hesab edir ki, ədalət zəfər çalmalı, qatillər tapılıb cəzalanmalıdır. “Biz Livanın suverenliyinə inanırıq” - deyə, o, ölkəsinin mövqeyini açıqlayıb.
Xatırladaq ki, R.Həririnin qətli ilə bağlı prokuror Daniel Belmar tərəfindən ittiham irəli sürülüb. İttihama əsasən keçmiş baş naziri “Hizbullah” qrupunun üzvləri planlaşdıraraq, həyata keçirib, İranın ali rəhbəri ayətullah Xamneyi isə 2005-ci ilin fevralında qətli “sifariş” verib. “Sifarişçi” olduğuna görə, ona qarşı da ittiham irəli sürülüb.
Livanda baş verənlərdən ən çox qonşu İsrail rahatsızdır. Yəhudi dövləti baş nazirinin müavini Silvan Şalom dünya ictimaiyyətinə müraciətində deyib ki, Livanı “Hizbullah” və İranın girovuna çevrilməyə qoymasınlar.
Nəcib Mikatinin baş nazir postuna keçməsini dəyərləndirən İsrail rəsmisi beynəlxalq ictimaiyyəti Livandakı hadisələrin Tehranın ssenarisi ilə inkişaf etməsinə yol verməməyə çağırıb.
““Hizbullah” adi terrorçu təşkilat deyil, o, İslam Respublikası tərəfindən nəzarət edilən və dəstəklənən qrupdur. İran İsrailin şimal sərhədlərinə yaxınlaşır” - deyə, baş nazirin müavini xəbərdarlıq edib.
Livanda baş verənlər ölkənin bölünmə təhlükəsi ilə üzləşdiyi ehtimalını da irəli sürməyə əsas verir.
“MIGnews”-un məlumatına əsasən, Qətərin paytaxtı Dohadakı Strateji araşdırma mərkəzinin başçısı doktor Sami əl-Fərəcin qənaətincə, Livan iki yerə – “Hizbullah”ın nəzarət edəcəyi Cənuba (şiə), və sünnilərlə xristianların Şimal dövlətinə parçalanacaq.
Əl-Fərəc hesab edir ki, bu, ölkədə yaranmış mövcud siyasi dalandan çıxmağın ən ehtimal olunan yoludur. Bundan heç də az olmayan ehtimal isə “Hizbullah”ın bütövlükdə Livanda hakimiyyəti ələ keçirməsidir.
“Qətər və Səudiyyə Ərəbistanı artıq bunu anlayıblar. Ona görə də Livanla bağlı ağılsız məsələyə vasitəçilik etməkdən tələsik əl çəkiblər” - deyə, əl-Fərəc söyləyib.
Qətərin “Peninsula” saytına müsahibəsində əl-Fərəc deyib: “Livan ya parçalanacaq, ya da bütünlükdə “Hizbullah”ın nəzarəti altına keçəcək. İkinci hal həm də Livanın İranın nəzarəti altına keçməsi deməkdir. Ən pis hal İsrailin birbaşa müdaxiləsidir. Yaxşısı isə türklərin məsələyə qarışmasıdır. Bu halda hadisələr istənilən radikal ssenari üzrə inkişaf edə bilər.
Bütün hallarda ərəblərin nüfuzuna ziyan dəyəcək. Onlar dünyaya zəif olduqlarını göstərəcək”.
Küveytdə çıxan “Alseyiasi” qəzetinin bildirdiyinə görə, Qərb dövlətləri Suriya, İran və “Hizbullah”ın Livandakı planını alt-üst etməyə hazırlaşır.
Qəzet “Qərbdəki kəşfiyyat qaynaqlarına” istinadən yazıb ki, Livanın sahillərinə “iki güclü hərbi-dəniz qüvvəsi” yön alıb. “Alseyiasi” donanmanın mənsub olduğu dövlətin adını açıqlamayıb.
Mənbənin yazdığına görə, həmin qrupa “iki atom aviadaşıyıcı olan 210 qırıcı, 30 hərbi gəmi və 5800 dəniz piyadası” daxildir.
Gəmilər körfəzdən yola düşüb və qrupların Livan və Suriya sahilləri yaxınlığında yerləşdiriləcəyi planlaşdırılır.
Təlimata görə, donanma Livandakı hadisələri müşahidə etməli, Suriya meylli ünsürlərin və “Hizbullah”ın ölkədə hakimiyyəti ələ keçirməsinə imkan verməlidir.
“Alseyiasi” qəzetinin yazdığına görə, “Hizbullah”ın Livanda hakimiyyəti ələ keçirməsi “ərəb dünyasına, İsrailə və Avropaya açıq-aşkar təhlükədir”. Bu dövlətlər İran, Suriya və “Hizubllah”ın daxil olduğu “şər oxu”na qarşı “güclərini birləşdirməlidirlər”.
Sədrəddin Soltan

585