Siqaretin və mobil telefonun düşməni, insanın dostu, inadkar qadın - HEKAYƏT
O, həkim, siyasətçi, diplomat; habelə, dayanıqlı inkişaf və ictimai səhiyyə üzrə beynəlxalq liderdir.
O, Norveçin Baş naziri olaraq adını dünya TARİXinə yazıb. Uğurlu fəaliyyətinə görə 3 dəfə ölkəsinin baş naziri olmaq şərəfinə nail olub.
O, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru kimi yüksək vəzifədə uğurlu çalışmaları ilə beynəlxalq ictimaiyyətin hörmətini qazanıb.
O, BMT-nin Baş katibi Ban Ki Munun iqlim dəyişiklikləri ilə bağlı xüsusi elçisi olaraq dünya üçün çox vacib bir sahədə uğurla fəaliyyət göstərir.
O, 2008-ci ildə Tomas Cefferson Fondunun Memarlıq üzrə Ödülünə layiq görülüb.
Bu qadın Norveçin görkəmli dövlət xadimi, ətraf mühit və insan sağlamlığı ilə bağlı beynəlxalq miqyasda böyük işlər görən, adını dünya TARİXinə yazmış, ünlü ictimai-siyasi xadim, görkəmli LİDER olan Qro Harlem Brundtlandır (Gro Harlem Brundtland)!
Onun siyasi uğurları həyat yoldaşı Arne Olav Brundtlandın iki kitabında öz əksini tapır – “Qru ilə Evli” və “Hələ də Qru ilə evli”... Bir kişinin öz həyat yoldaşının uğurları barədə, özü də böyük fəxrlə, məhəbbətlə, səmimiyyətlə kitab yazmasına ilk dəfə idi rast gəlirdim. Onun bu addımı hörmətə, alqışa layiq bir addım idi və Arne Olav Brundtlandı tanımadan ona böyük hörmətim yaranmışdı. Hər kəsə oxumağı böyük məmnuniyyətlə məsləhət görərdim. Özəlliklə, kişilərə və gənc oğlanlara... Örnək götürüləsi çox şey var. Bir kişinin öz həyat yoldaşının, xanımının həyatda böyük uğurlar qazanması üçün hər zaman onun yanında olması, onu dəstəkləməsinin nə qədər önəmli və gözəl olmasının bir örnəyidir Arne Olav Brundtland və onun adını çəkdiyimiz kitabları... Üstəlik, heç kəs Qro Brundtlandın keçdiyi yolu, uğurları gedən keşməkeşləri, insan kimi, həyat yoldaşı kimi keyfiyyətlərini Arne Olav Brundtland kimi bilə bilməzdi. Kitabların daha da maraqlı olması da məncə, onun Qri Bruntlandın həyatını paylaşdığı, onun düşüncə, baxıh və arzularını daha çox bilən insan tərəfindən yazılmasıdır.
Qro Harlem Brundtland Norveçin paytaxtı Osloda 1939-cu il aprelin 20-də Norveç həkimi, siyasi xadim, Norveç Əmək Partiyasının üzvü Qurmunda Harlemin ailəsində dünyaya göz açıb. Anası İsveç kökənli idi.
Qro Harlem Brundtland ağıllı, diribaş, fəal olması ilə elə uşaqlıqdan ətrafdakıların diqqətini cəlb etməyə başlamışdı. O, atasından bir sıra məziyyətləri, o cümlədən siyasi fəallıq, çevik qərar qəbuletmə xüsusiyyətini götürmüşdü. O, Norveç Əmək Partiyasının Uşaq Hərəkatına qoşulanda cəmi 7 yaşı var idi. (Və illər sonra həmin partiyanın lideri olaraq partiyaya 3 seçki boyu uğur qazandırdı!)
Xanım Brundtlandın ilk karyera seçimi nə ekologiya üzrə mütəxəssis, nə də siyasətçi olmaq istiqamətində idi. Sadəcə, atası kimi həkim olmaq istəyirdi. Ailəsi ABŞ-a köçəndə Qrunun 10 yaşı vardı. Atası burada Rokfeller ödülünə layiq görülmüşdü. O, necə deyərlər, qonaq-qaralı, sayılıb-seçilən bir ailənin övladı olaraq böyüməkdə idi. Burada yeni insanlarla, yeni dünyabaxışları ilə, ümumən dünya ilə tanış olurdu. Və beləcə, beynəlmiləlçilik toxumları Qro Brundtlandın fikir və düşüncələrinə hələ gənc yaşlarından səpildi...
Xanım Qro, 1960-cı ildə Arne Olav Brundtlandla ailə həyatı qurur. (Bu evlilikdən onların 4 övlad dünyaya gəlib).1963-cü ildə “Təbabət Həkimi” ixtisası üzrə Oslo Universitetini bitirir, 1965-ci ildə isə Qro Harvard Universitetində ictimai səhiyyə üzrə magistr dərəcəsi alır.
Uşaqlıqda onda əmələ gələn beynəlmiləlçilik ideyaları, zamanla gənc ana olan Qronun Harvad Universitetində təhsili zamanı daha da inkişaf etdi. Burada doktor Brundtlandın səhiyyə barədə görüşləri tibb sahəsinin sərhədlərini də keçərək, ətraf mühit və insan inkişafı sahələrini əhatə etməyə başladı.
Osloya qayıdan doktor Brundtland, 1965-ci ildən etibarən Səhiyyə Nazirliyində işləməyə başlayır. 1966-cı ildən 1969-cu ilə qədər Norveç Səhiyyə İdarəsində həkim, bundan sonra isə Oslonun ictimai məktəblərinə sağlıq xidmətində həkim kimi çalışır.
O, burada uşaqların sağlamlıq məsələləri, o cümlədən bu gün də dünyada çox aktual bir məsələ olan ana südü ilə qidalanma, xərçəngin qarşısının alınması və digər xəstəliklər üzərində işləməyə başlayır.
Xanım Brundtland eyni zamanda, həm öz ailəsinin qayğısına qalır, həm də Norveçi dünyada təmsil edirdi. O, 1974–79-cu illərdə artıq Ətraf Mühit üzrə nazir kimi çox vacib və məsuliyyətli bir missiyanı da həyatı keçirirdi. 1981-ci ildə isə o, Norveçin ilk (və hələlik yeganə) qadın Baş naziri olaraq adını dünya TARİXinə yazdı!
O, Baş nazirlik vəzifəsini ilk dəfə 1981-ci ilin fevralından oktyabrına qədər icra etdi. Ölkəsində bu vəzifəyə təyin edilən ən gənc insan idi. Brundtland sonralar daha iki dəfə - 1986-cı il mayın 9-dan 1989-cu ilin oktyabr ayına (Bu kabinet beynəlxalq miqyasda qadın nazirlərin faiz çoxluğuna görə məşhur idi. Ümumilikdə18 nazirin 8-i qadın idi!) və 3 noyabr 1990-cı ildən 25 oktyabr 1996-cı ilə qədər Norveçin Baş nazir olaraq uğurlu fəaliyyət göstərir. Baş nazir kimi uğurlu fəaliyyəti norveçlilər tərəfindən yüksək qiymətləndirildiyi üçün ona düz 3 dəfə ölkənin baş nazirliyini etibar etdilər və heç zaman peşman olmadılar! Qro Brundtlandın ən böyük xidmətlərindən biri də onun fəaliyyəti dövründə ölkəsində gender bərabərliyi istiqamətində, qadınların ictimai-siyasi həyatda, dövlətin idarə olunmasında rolunun artması istiqamətdə ciddi uğurların əldə edilməsi idi! Norveç bu gün bu sahədə dünyada ən yaxşı vəziyyətin olduğu ölkələrin ön sıralarında gəlir!
1994-cü ildə xanım Brundtland Axen şəhərində Şarlemanj ödülünə layiq görülür! Elə həmin il o, Avropanın birləşməsinə verdiyi töhfəyə görə Böyük Karl adına mükafata layiq görülür!
Baş nazir olmasına baxmayaraq, Qro Bruntland 1992-ci ildə Norveç Əmək Partiyasının sədri vəzifəsindən istefa vermişdi. 1996-cı ildə isə baş nazirlikdən istefa verərək, Norveç siyasətindən uzaqlaşır. Qro Brundtland ölkəsinin Avropa Birliyinə üzv olması üçün çox çalışırdı. Ölkədə keçirilən referendumda norveçlilər Avropa Birliyi üzvlüyünə «YOX» deyən zaman Brundtland istefa verdi və beynəlxalq səviyyədə fəaliyyətə başladı. Qro Brundtlandın bu sahədə artıq böyük bir təcrübəsi vardı, dünyanın isə bu istiqamətdə onun daha geniş fəaliyyətinə…
Qro Brundtland hələ 1983-cü ildə həmin vaxt BMT-nin Baş katibi olan Xavyer Peres Selların dəvəti ilə Ətraf Mühit və İnkişaf üzrə Dünya Komissiyasının əsasını qoymuş və ona sədrlik etmişdi. Sözügedən Komissiya öz şəffaflığı ilə fərqlənən geniş ictimai müzakirələrdə dayanıqlı inkişafın konsepsiyasını işləyib-hazırlamaqla məşğul idi. Komissiyanın yaradılmasında və ona rəhbərlik edilməsində oynadığı danılmaz roluna görə çox vaxt onu “Brundtland komissiyası” adlandırırlar. 1987-ci ildə Komissiya həm də “Brundtland Məruzəsi” kimi tanınan “Ümumi Gələcəyimiz” məruzəsini dərc etmişdi. Məruzə “dayanaqlı inkişafın” optimal yollarının birgə aranmasına həsr olunmuşdu.
Xanım Brundtlandın rəhbərlik etdiyi komissiya tərəfindən 1987-ci ildə siyasi gündəmə çıxarılan “dayanıqlı inkişaf” termini mahiyyət baxımından hazırkı inkişafın heç bir “dayanıqlı”, yəni firavan gələcək vəd etmədiyi faktını üzə çıxarır. Yer kürəsində bəşəriyyətin yaşam tərzində köklü dəyişikliklərin edilməsi sayəsində inkişafa, yəni insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına nail olmaq mümkündür. “Artım hüdudları” anlamını irəli sürmüş dünya şöhrətli Roma klubunun ekspertləri hazırkı durumu, ekoloji böhran da daxil olmaqla, bəşəriyyətin böhranı kimi xarakterizə edirlər. Hansı inkişafın dayanıqlı olduğunu anlamaq üçün heç olmasa böhranların bir hissəsinin sxematik təsvirindən başlamaq lazımdır. Bəşəriyyətin gələcək taleyi bu böhranların qarşısının alınmasından asılıdır.
Bu Komissiya 1992-ci ildə Yer Sammitinin keçirilməsində və BMT-nin “XXI yüzilin gündəliyi” proqramında aktiv iştirak edir.
Çevrəmizdəki təxribat: "çox pis diqqətsizlik göstərildi"
Bu bölümdə, ətraf mühitdə baş verən təxribatın tərəqqini necə çətinləşdirdiyi; həm bu gün, həm də yaxın gələcəkdə bəşər övladını necə təhdid etdiyi təhlil edilməkdədir. 1987-ci ildə Komissiyaya rəhbərlik etmiş olan, sabiq Norveç Prezidenti Qro Harlem Brundtland, 1995-ci ildə bunları yazmışdı: “İnsanların qəm-kədər çəkməsi, qaynaqların isbatlanmış istifadəsi və ətraf mühitin korlanması üzündən, ödənməsi lazım olan acı bədəl, yolverilməz şəkildə nəzərdən qaçırıldı”.
1998-ci ilin mayında xanım Brundtland Ümumdünya Səhiyyə Təşkilatının direktoru seçilir! O, bu vəzifəni qəbul etdiyi Dünya Səhiyyə Assambleyasındakı çıxışında deyir: “Bizim əsas missiyamız nədir? Mən Təşkilatın rolunu, dünyada insanların sağlamlığının yaxşılaşdırılmasında mənəvi səs və texniki lider kimi görürəm. İnsanları çəkdiyi əziyyətlərdən qurtarmaq üçün məsləhətlər verməyə hazır və buna qadir görürəm. Bizim missiyamızı bütün ölkələrdə xəstəliklərlə mübarizədə və hamı üçün bərabər səhiyyə sisteminin yaradılmasında görürəm”.
Mənəvi iqlimdən ətraf mühit iqliminə...
O, Cefri Sachsın başçılığı ilə Makroiqtisadiyyat və Səhiyyə üzrə komissiya təşkil etməklə yeni üfüqlər açır və zorakılığı ictimai səhiyyənin ən böyük problemi adlandırır. Ümumdünya Səhiyyə Təşkilatının sədri kimi fəaliyyətə başladığı gündən xanım Brundtland siqaret çəkilməsinə qarşı amansız müharibə elan edir. Onun fikrincə, cəmiyyətdə tütünə olan münasibəti dəyişmək, siqaret çəkənləri xəstə hesab etmək, siqareti isə dərmanla bir tutmaq və onu ciddi şəkildə həkimin verdiyi resept əsasında apteklərdə satmaq və yalnız ona xüsusi ehtiyacı olan insanlara vermək lazımdır. Dünyada bu cür yanaşma birmənalı qarşılanmadı. Amma ortada acı reallıqlar var idi.
20 ildən sonra siqaret çəkilməsi ölüm hallarına gətirən əsas səbəb olacaq. Hazırda tütün hər il milyonlarla insanın həyatına son qoyur, 2030-cu ilə isə... alimlərin gəldikləri qənaətə görə, bu rəqəm hətta 12 milyonu keçəcək(!).
Məhz buna görə də, siqaretin qəddar düşməni olan Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru xanım Qro Harlem Brundtland qollarını çırmalayaraq, tütünə qarşı Ümumdünya Çərçivə Konvensiyası layihəsinin işlənib-hazırlanmasına başlayır. Və nəhayət, 2003-cü ildə konvensiyanın yekun mətni ÜST-na üzv ölkələr tərəfindən imzalanmağa başlayır. Bu böyük xidmətin həyata keçirilməsində onun misilsiz xidmətləri var idi. Onun liderliyi altında Ümumdünya Səhiyyə Təşkilatı, işə götürmə zamanı tütün istifadəsindən imtinanı tələb edən ilk iş yerlərindən birinə çevrilir!
Öncə siqaretə, sonra mobil telefona qarşı
2003-cü ildə Ümumdünya Səhiyyə Təşkilatında bir çoxlarının çox da xəbəri olmayan bir mobil telefon böhranı yaşandı. ÜST-nin Harvard məzunu, Norveçli rəhbəri Qro Harlem Brundtland Təşkilatdakı iş otağında mobil telefondan istifadəni yasaqladı. Cib telefonunun insan sağlamlığına ciddi zərər olduğunu qeyd edən Brundtland, öncə özü onunla təmaslarını kifayət qədər azaltdı. Ofisin çevrəsinə otağa girənlərin cib telefonlarını qapatması yönündə xəbərdarlıqlar da asıldı. Bir gün görüşə gələn qəzetçilərlə danışarkən, müsahibə vaxtı başı ağrıyınca, “Kiminsə telefonu açıqdırmı?” deyə soruşdu və bəlli oldu ki, fotoqraf öz telefonunu “titrəşim” rejiminə qoyubmuş…
Uzun müddətdir cib telefonu dalğalarına məruz qalmadığı üçün otaqda bir cib telefonunun açıq olması belə ona təsir etmişdi. O, ÜST-nin cib telefonu təhlükəsi mövzusunda daha aktiv mövqe tutmasının gərək olduğunu bildirirdi. Ancaq bu qayğıları dilə gətirməsindən 5 ay sonra vəzifəsindən oldu... Bu işin arxasında xanım Brundtlandın müavinlərindən biri, “cib telefonu sənayesinin adamı” və “cib telefonları zərərsızdir” kampaniyasının dünyadakı ən önəmli təmsilçisi olaraq tanınan Avstraliyalı Mixael Repaçolinin olduğu ehtimal edildi. (Repaçoli, 3 il sonra elektromaqnit mənşəli dalğaların zərərləri ilə bağlı aparılan və “zərərsizdir” nəticəsinə gəlinən çalışmada cib telefonu sənayeçilərindən pul (rüşvət) aldığı ortaya çıxınca ÜST-dəki vəzifəsindən ayrılmaq məcburiyyətində qaldı.) ÜST idarə heyətini inandıraraq, direktorun guya dəli olması səbəbindən vəzifədən alınmasını təmin edən Rapaçoli haqqında Amerikada “insanlığa qarşı işlətdiyi suçlar səbəbiylə” cinayət işi qaldırıldı (2008). Şikayət ərizəsində faşist həkimi Joseph Mengeleya bənzədilən Repaçolinin tibb təhsili almış bir adam olmamasına rəğmən ÜST-də cib telefonları ilə bağlı ilk çalışmanın başına gətirildiyini, onun da cib telefonu şirkətlərinin maraqları yönündə hərəkət etdiyi irəli sürüldü.
Qru Bruntlandın fikirləri və xəbərdarlıqları özünü ciddi şəkildə doğrultdu. Cib telefonları doğurdan da zərərsiz deyil və onun insan orqanizminə kifayət qədər zərərləri var. Brundtland bir vəzifə daşımaqla yanaşı, həm də yaxşı həkim idi və onun dediklərini indi dünya daha çox dərk etməyə başlayıb! (O, üzdən də insanlar cib telefonundan necə istifadə edilməsi, nə qədər istifadə edilməsi, onun insandan nə qədər kənarda saxlanılmasının vacibliyi, kiçik yaşlı uşaqlar üçün cib telefonundan istifadənin zərərli olması barədə bir az daha geniş məlumatlar əldə etsələr, daha yaxşı olar.)
Vərəmlə mübarizə çağırışı
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST/WHO) sədri Qro Harlem Brundtland Dünya Bankının (DB) o zamankı müdiri James Wolfensohnla birlikdə dünyaya müraciətlə vərəm xəstəliyinin aradan qaldırılması üçün mövcud üsulların, dərmanların yayğınlaşdırılmasına çağırış etdi.
Brundtland bəyan etdi ki, vərəmlə mübarizədə davamlı, qalıcı irəliləməyə qarşı təcili ehtiyacın olduğu, çalışmaların çox ləng getdiyi müəyyənləşdirilib. Dünyada vərəmdən hər il iki milyon insanın öldüyü qeyd edilən müraciətə görə, vərəmə yoluxması halları Afrika və keçmiş SSRİ ölkələrində hələ də artmaqda davam edir. Vərəm, yoxsulluq və sosial pozğunluqla canlanır; obrazlı desək, HİV/AİDS xəstəliyinin də yaxın dostu sayılır.
Bu öldürücüyə qarşı tibbin əlində “DOTS” adıyla bilinən təsirli bir silah varkən, bu müalicə dərmanlar və təməl səhiyyə xidmətlərinin istifadəsi ilə altı ayda 10 dollar (ya da daha az) vəsaitə başa gəlir. Dünya miqyasında 1993-cü ildən bəri 10 milyon vərəm xəstəsi uğurla müalicə edildi, bunların 90 faizindən çoxu inkişaf etməkdə olan ölkələrdəydi. Cəmi 155 ölkə “DOTS” strategiyasını qəbul etdi. Çin və Hindistan vərəmlə mübarizədə qeyd edilməyə layiq irəliləmə göstərdi. O cümlədən, Peru və Vyetnam kimi ölkələr də vərəmə tutulmuş xəstələrin müəyyənləşdirilməsi və müalicəsində ciddi addımlar atdı. Dünyada bu proseslərin sürətlənməsində, təbii ki, Ümumdünya Səhiyyə Təşkilatının uğurlu rəhbəri Qru Bruntdlandın beynəlxalq səviyyədə apardığı böyük kampaniyalar, təbliğat-təşviqat işləri, hökumətlər və beynəlxalq təşkilatlarla işi də misilsiz rol oynadı.
2003-cü ildə “Scientific American” jurnalı xanım Brundtlandı dünya miqyasında atipik pnevmoniyaya (SARS) qarşı mübarizəyə yönəlmiş qüvvələri tez bir zamanda səfərbər etməsinə görə İlin Siyasi Lideri elan edir!
21 iyul 2003-cü ildə xanım Brundtland Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru səlahiyyətlərini Jonq–Buk Liyə verdi.
2004-cü ildə ünlü Britaniya qəzeti “Faynənşl Tayms” Brundtlandı Avropada son 25 ildə Papa II İohan Pavel, Mixail Qorbaçov və Marqaret Tetçerdən sonra 4-cü ən nüfuzlu adam elan etdi!
Ümumdünya Səhiyyə Təşkilatının direktoru vəzifəsindən getdikdən sonra Brundtland həyat yoldaşı ilə birlikdə Parisə köçür. Bir neçə il sonra isə Norveçə qayıdırlar və 2006-cı ildə Dünyanın Görkəmli Xadimləri Qrupunun üzvü kimi BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının gedişatını müşahidə edir.
Qru Brundtland dünya miqyaslı problemləri həll etməyə çalışan və Nelson Mandela, Cimmi Karter, Kofi Annan, Meri Robinson və b. kimi hörmətli dünya liderlərinin daxil olduğu Elders (“Ağsaqqallar”) qrupunun üzvüdür. Qrupun vəzifələrini Mandela belə izah edir: “Bu qrup görülməli olan istənilən tədbir barədə azad şəkildə, cəsarətlə, açıq danışa bilir. Birlikdə biz qorxunun hökm sürdüyü şəraitin aradan qaldırılmasına, münaqişənin olduğu yerlərdə barışığın əldə edilməsinə, inamsızlığın olduğu yerlərdə isə ümidin yaranmasına yardım edəcəyik”.
2007-ci ilin mayında BMT-nin baş katibi Ban Ki Mun Brundtlandı (Çilinin keçmiş prezidenti Rikardo Laqos və Güney Koreyanın keçmiş Baş naziri Han Senunq Soo ilə birlikdə) İqlim dəyişiklikləri üzrə BMT-nin xüsusi nümayəndəsi təyin etdi və o, dünya üçün çox önəmli olan bu sahədə aktiv fəaliyyətə başladı.
Qru Harlem Brundtland Bilderberq toplantılarında iştirak edib, Madrid Klubunun və Qadın Dünya Liderləri Şurasının üzvüdür. O, eyni zamanda Norveç Humanist Assosiasiyasının və Norveç Elmlər Akademiyasının üzvüdür.
Qru Brundtland bir LİDER, bir ŞƏXSİYYƏT, bir ALİM, ən əsası bəşəriyyəti və dünyanı dərindən düşünən və onun gələcəyi üçün yorulmadan, fədakarcasına çalışan az sayda insanlardan biri kimi bu gün də öz fəaliyyətini ən yüksək səviyyədə davam etdirir! O, inandığı ideallardan, prinsiplərindən dönməyərək, bu gün də bir cığır açmaqda davam edir. Milyonlarla gənc qız və qadın üçün ümid və inamla irəliləyəcəyi bir cığır….
Qru Harlem Brundtland. Bu adı artıq dünya heç zaman unutmayacaq! Çünki onun sahibi bəşəriyyət üçün fədakar əməlləri və çalışmaları ilə adını TARİXƏ əbədiyyət yazmış bir QADINDIR!

920