Dörd qızın böyük bacısı, animasiyalı filmə çəkilən baş nazir və BMT yetkilisi - HƏYAT HEKAYƏTİ
O, üç dəfə Yeni Zelandiyanın baş naziri olaraq adını tarixə yazdı.
“Forbes” dərgisinin dünyanın “100 ən güclü qadını” siyahısında 2006-cı ildə 20-ci, 2008-ci ildə 56-cı, 2009-cu ildə 61-ci yerlərin sahibi oldu.
2008-ci ildə BMT Ətraf Mühit Proqramı tərəfindən təqdim edilən “Yer üzünün çempionu” mükafatını qazandı.
2009-cu ildə Yeni Zelandiya dövlətinin Fəxri ödülünə layiq görüldü.
2009-cu ilin yanvarında “Herald” (Yeni Zelandiya) qəzetinin internet sorğularına əsasən Helen Klark “Yaşayan ən möhtəşəm Yeni Zelandiyalı” seçildi. Hazırkı Baş nazir bundan təəccüblənməyərək, “O, Yeni Zelandiyanın Baş naziri kimi çox yaxşı xatırlanır” - demişdi.
O, BMT-nin İnkişaf Proqramına başçılıq edən ilk qadın olaraq da adını TARİXƏ yazıb.
Bu qadın 1999–2008-ci illərdə 3 dəfə Yeni Zelandiyanın Baş naziri və 1993-cü ildən 2008-ci ilə kimi - düz 15 il Leyboristlər Partiyasının sədri vəzifəsini tutmuş, BMT-nin İnkişaf Proqramına başçılıq edən, bütün dünyada çox məşhur siyasətçi, ictimaiyyətçi, LİDER kimi adını dünya tarixinə əbədiyyən yazmış Helen Elizabet Klarkdır! (Helen Elizabeth Clark)
1950-ci il fevralın 26-da Hamilton şəhərində dünyaya göz açmış Helen Klark Uayikato ailəsinin 4 qızından ən böyüyü idi. Onun irland əsilli anası Marqaret Makmurray orta məktəbdə müəllimə işləyirdi. Atası Corc isə fermer idi. Helen Oklandda məktəbi (Epsom Girls Grammar School) bitirdikdən sonra Okland Universitetinə daxil olur. Burada politologiya sahəsi üzrə təhsil aldıqdan sonra 1974-cü ildə həmin Universiteti siyasi elmlər üzrə əla qiymətlərlə və magistr dərəcəsi ilə bitirir. Onun diplom işi çox maraqlı bir mövzu - əyalətlərdə siyasi mədəniyyət və təmsilçilik barədə idi. 1973-cü ildən doğma Universitetində siyasi araşdırmalarla bağlı mühazirə deməyə başlayan Helen Klark 1976-cı ildə Universitetin Qrant Komitəsinin verdiyi təqaüd hesabına xaricdə təhsil alır. 1977-ci ildə yenidən ölkəsinə qayıdır və 1981-ci ilə kimi (həmin il gerçəkləşən parlament seçkilərinə kimi) Okland Universitetində mühazirə deyir. Onun doktorluq dissertasiyası müxtəlif ölkələrdə münaqişələrin tənzimlənməsi kimi maraqlı bir mövzuya həsr olunmuşdu.
Helen çox gənc yaşlarından siyasətlə maraqlanmağa, həm də bilavasitə məşğul olmağa başlamışdı. Yeniyetməlik illərində o, fəal bir ictimaiyyətçi kimi Vyetnam müharibəsinə, Cənubi Afrikada aparteidə, Sakit okeanın cənub hissəsində nüvə sınaqlarının keçirilməsinə, həmçinin Yeni Zelandiya ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə qarşı kampaniyalarda aktiv iştirak edirdi.
Helen Klark həyatının böyük bir hissəsini Yeni Zelandiya Leyboristlər Partiyası üçün (bəlkə inandığı ideyalar üçün desək, daha doğru olar) çalışdı. 1971-ci ildə Okland Şəhər Konsulluğunda Leyboristlər Partiyasından olan nümayəndələrə assistentlik edən Helen Klark 1973-cü ildən Leyboristlər Partiyasının üzvü olur.
O, təhsil illərində Okland Universitetində Leyboristlər Partiyasının sədri kimi fəaliyyət göstərir. Leyboristlər Partiyasının Gənclər Şurasının prezidenti, Partiyanın Okland Regional Şurasının icraçı üzvü, Partiyanın Qadınlar Şurasının katibi və Siyasi Şuranın üzvü olan Klark Partiyada, demək olar ki, bütün vəzifə pillələrini keçmişdir.
O, 1981-ci ildə keçirilən parlament seçkilərindən öncə psixoloq Piter Deyvislə ailə həyatı qurdu. (Doktor Deyvis hazırda Okland Universitetində tibbi sosiologiya üzrə professor və Sosiologiya fakultəsinin rəhbəridir.)
Helen Klark Leyboristlər Partiyasını 1976, 1978, 1983 və 1986-cı illərdə Beynəlxalq Sosialist Qadınlar Konqresində, 1981-ci ildə Sosialist Təşkilatlar Konfransında və 1991-ci ildə Beynəlxalq Sosialist Liderlərin görüşündə təmsil etdi.
***
Helen Klark ilk dəfə 1981-ci ildə Yeni Zelandiya parlamentinə seçiləndə parlamentdə təmsil olunan dörd qadın deputatdan biri idi. O, Oklanddan olan ikinci qadın deputat, ümumilikdə isə Yeni Zelandiya parlamentinə seçilmiş 17-ci qadın deputat idi. Parlamentdə ikinci dəfə təmsil olunduğu zaman (1984-87) xanım Klark Xarici Əlaqələr və Tərksilah, həmçinin Silahlara Nəzarət Komitələrinə sədrlik edirdi. Xarici əlaqələr və Tərksilah Komitəsinə rəhbərlik etdiyi dövrdə - 1984-1987-ci illərdə Helen Klark Yeni Zelandiyanın müasir antinüvə siyasətinin memarına çevrildi. Yeni Zelandiya özünü planetin nüvəsiz ölkəsi elan edən ilk dövlət oldu. Bu siyasəti birmənalı qarşılamayan Buş Administrasiyası Yeni Zelandiyanın statusunu aşağı salaraq, onu müttəfiqlikdən çıxarıb, “dostlar” siyahısına daxil etdi. Helen Klark isə bu istiqamətdə fəaliyyətində nəinki geri çəkilmədi, hətta onu daha da genişləndirdi. 1986-cı ildə Silahsızlasma və beynəlxalq sülhü dəstəkləyən fəaliyyətinə görə Danimarka Sülh Fondu tərəfindən Sülh ödülünə layiq görüldü.
Helen Klark Nazirlər Kabinetində
Klark 1987-90-cı illərdə müxtəlif nazir vəzifələrini tutdu. Öncə Mühafizə və Evlə təminetmə Məsələləri, Əmək və Səhiyyə naziri postlarında çalışır. O, səhiyyə naziri olduğu zaman bir sıra ciddi islahatlar həyata keçirir, eyni zamanda sağlam həyat tərzi ilə bağlı çoxlu tədbirlərin müəllifi olur. O, nazir olduğu dövrdə siqaret çəkmənin, tütün məhsullarının reklamının məhdudlaşdırılması ilə bağlı ciddi addımlar atır, hətta siqaret şirkətlərinin idman tədbirlərinə sponsorluq etməsini tamamilə azaldır. 1989-cu ildən Baş nazirin müavini vəzifəsini tutan Helen Klark, həmçinin kabinetdə Sosial Bərabərlik üzrə Komitəsinə də sədrlik edir.
1989-cu ildə keçirilən parlament seçkilərində Milli Partiyaya məğlubiyyətdən sonra Leyboristlər Partiyası müxalifətə keçir. 1990-cı ilin oktyabrından 1993-cü ilin dekabrına kimi partiya sədrinin müavini, Sosial Xidmətlər və Əmək Komitəsinin üzvü kimi fəal şəkildə çalışır. Helen Klark 1993-cü ildə Leyboristlər Partiyasına sədrlik uğrunda mübarizədə Mayk Mura qalib gəlir və 1993-cü il dekabrın 1-dən müxalifətə başçılıq etməyə başlayır. 1993-cü ildə Leyboristlər Partiyasının sədri seçilən Helen Klark böyük bir ilkə imza atır. O, düz 15 il, yəni 2008-ci ilə qədər Leyboristlər Partiyasına rəhbərlik edir! Özü də uğurla rəhbərlik edir...
Xanım Klarkın I dönəm Baş nazirliyi
Leyboristlər Partiyasının rəhbəri seçildikdən sonra o, müxalifətdə olan partiyasının iqtidara gəlməsi üçün yorulmadan çalışır və qısa zamanda istədiyinə nail olur. 1999-cu il seçkilərində Leyboristlər Partiyası qələbə qazanır və hakimiyyətə gəlir. O, Alyans Partiyası ilə koalisiya qurur və hökumətə rəhbərlik etməyə başlayır. Helen Klark Yeni Zelandiyanın Baş naziri vəzifəsi ilə yanaşı, İncəsənət, Mədəniyyət və Milli İrs naziri vəzifəsini də icra edir. Sosial qanunvericilik və beynəlxalq münasibətlər məsələsinə xüsusi maraq və böyük diqqət göstərən Helen Klark Yeni Zelandiyanın nüvəsiz dövlət statusunun davam etməsi və sosial təminat sisteminin təkmilləşdirilməsinin tərəfdarı kimi çıxış edir və bu istiqamətdə addımlar atır. Amma onun ən böyük və tarixi xidmətlərindən biri ölkəsində qadınların dövlətin və cəmiyyətin idarə olunmasında, qanunverici hakimiyyətdə rolunun artırılmasına nail ola bilməsidir. Helen Klarkın Baş nazirliyi zamanı həm seçki, həm də təyinedilmə yolu ilə kifayət qədər qadın çox məsul vəzifələr (qubernator, Nümayəndələr Palatasının spikeri və Baş hakim) tutur. Bu dövr Yeni Zelandiyada gender bərabərliyi sahəsində, sözün əsl mənasında bir inqilab olur. Qadınların dövlətin və cəmiyyətin idarə olunmasında rolu ciddi şəkildə artır. Helen Klark bu addımı ilə adını ölkəsinin tarixinə qızıl hərflərlə yazmağı bacarır. Amma o, həmçinin, çoxlu sayda İLKlərə, yeniliklərə və islahatlara imza atmışdı!
1999-cu ildə Baş nazir seçilən Helen Klark Yeni Zelandiyanın dünya silahsızlaşdırılma hərəkatında birinci yerdə durması ilə fəxr edir və vəd edirdi ki, onun hökuməti sülhün bərqərar olması işində nüvəsiz dövlətlər arasında ittifaqı möhkəmləndirməyə çalışacaq. Xanım Klark Amerikanın daxili işlər üzrə sabiq senatoru Stüart Yudall (1999) və Almaniya parlamentinin nümayəndəsi Hans-Yozef Felldən (2001) sonra “Nüvəsiz gələcək uğrunda” mükafatına layiq görülən üçüncü siyasətçidir!
Yeni Zelandiyanın nüvə silahsızlaşdırılması hərəkatının önündə getməsi ilə qürur duyan Helen Klark, Robert Qrinin kitabına yazdığı ön sözdə aşağıdakı fikirləri səsləndirməkdə tamamilə haqlı idi: “Artıq uzun zamandır ki, Yeni Zelandiya dünyanın nüvə silahından azad edilməsi uğrunda beynəlxalq hərəkatın lideridir. Biz və bu məqsədin həyata keçirilməsinə səy göstərən bir çox insanlar, təşkilat və ölkələr xalqların ədavətlə deyil, qarşılıqlı hörmət və etimad əsasında əldə etdiyi sülh və əmin-amanlıq şəraitində yaşayacağı dünya yaratmağa çalışırıq”.
Helen Klark, həm də Dünya Qadın Liderlər Şurasının üzvüdür. Şuranın missiyası (qadınlar və ədalətli inkişaf üçün vacib olan məsələlər üzərində kollektiv fəaliyyət aparmaq, bunun üçün yüksək səviyyəli qadın liderləri səfərbərliyə almaq) təkcə onun vəzifəsinə deyil, eyni dərəcədə xarakterinə çox uyğun gəlir. Yəni o, təkcə ölkəsində deyil, beynəlxalq miqyasda da qadınların rolunun artması istiqamətində ciddi iş aparır.
***
2002-ci ildə Yeni Zelandiya qoşunlarının Əfqanıstandakı məlum müharibəyə göndərilməsi barədə fikir ayrılıqları nəticəsində parlamentdəki ittifaq ikiyə bölündü və Helen Klark təcili seçkilər çağırdı. Seçkilərdən dərhal sonra Klark Proqressiv Partiya ilə birlikdə koalisiya, ardınca da “Gələcək” və “Yaşıllar”ın dəstəyi ilə hökuməti qurdu. Hökuməti qurduqdan sonra açıqladı ki, o, Yeni Zelandiya müstəqil respublikasının varlığını labüd hesab edir və görünür, elə bu “hesab”ın nəticəsi idi ki, onun Baş nazirliyi dövründə milli özünüdərk istiqamətində ciddi addımlar atıldı. (Qeyd edək ki, bu gün Yeni Zelandiyanın rəsmi rəhbəri Böyük Britaniya kraliçası hesab olunur. Kraliçanı ölkədə özünün təyin etdiyi General-Qubernator təmsil edir). Baş nazir Klark bir çox dəyişikliklərə nail olaraq, dediklərinin yalnız quru söz olmadığını, onların əməli müstəvi üzərində maddiləşdiyini sərgiləyə bildi. Londondakı Ali Məhkəməyə müraciətləri aradan qaldırmaq məqsədi ilə Yeni Zelandiya Ali Məhkəməsinin yaradılması, habelə, Kraliça Şurasının Ali Şura ilə əvəz olunması buna misal ola bilər. Onun üçün ölkəsinin maraqları hər şeydən üstündür. Məsələn, o, Çinlə əməkdaşlığın genişləndirilməsi istiqamətində ciddi addımlar atdı. Belə ki, rəsmi Pekinin Beynəlxalq Ticarət Təşkilatına üzvlük məsələsi gündəmdə olan zaman o, ilk dəstək verənlərdən oldu. Çin Prezidenti Cianq Zemin “Piplz Deyli” dərgisinə verdiyi müsahibədə Klarka “köhnə dost” deyə müraciət etmişdi. O, XXI əsrdə ikitərəfli iqtisadi əlaqələrə, sağlam inkişaf üçün əməkdaşlığa ümid etdiyini demiş, Klark da öz növbəsində köhnə dostluğun tələbi gərəyincə, Çinin Beynəlxalq Ticarət Təşkilatına daxil olmasını dəstəkləmişdi.
Hökumətdə xidmət etdiyi zaman Helen Klark ölkənin iqtisadi, sosial, ətraf mühit və mədəniyyət, o cümlədən ekoloji sabitlik və iqlim dəyişikliyi, çox mədəniyyətli və çox dinli cəmiyyətin inkişafı sahələrində qanunvericiliyin müzakirəsinə başçılıq etmişdir. O, hamı üçün əlçatan olan mənzil təminatı, Yeni Zelandiyanın unikal biomüxtəlifliyi, ilkin səhiyyə təminatı və ictimai səhiyyə sahələri və əmək təminatındakı gender bərabərliyi məsələlərini prioritetə çevirmişdir.
O, həmçinin ikitərəfli, regional və çoxtərəfli müstəvidə ölkəsinin beynəlxalq münasibətləri sahəsində fəal lider olub. Helen Klark Minilliyin İnkişaf Məqsədləri proqramının təkmilləşdirilməsinə böyük dəstək göstərib.
Orijinal Baş nazir
O, həmişə cəsarətli addımları ilə dünya ictimaiyyətinin diqqətini cəlb edib. Məsələn, 2002-ci ildə Klark Samo adalarının müstəqilliyinin 40-cı ildönümü törənində canlı yayımla verilən televiziya çıxışında müstəmləkələr dövründə Yeni Zelandiyanın Samoya olan münasibətinə görə üzr istədi. 2003-cü ildə isə o, ABŞ-ın İraqa hərbi müdaxiləsini pislədi və bu addımı ilə dünyanın diqqət mərkəzində oldu.
O, sadəliyi, səmimiliyi, təvazökar həyat tərzi ilə də yeni zelandiyalıların və hər kəsin hörmətini qazanıb. Helen Klark Baş nazirlərin də sadə vətəndaşlar kimi qanunlara tabe olmasının tərəfdarı idi. Məsələn, 2004-cü il, iyulun 17-də Baş naziri Kraystçörç hava limanından Vellinqtondakı reqbi oyununa aparan maşın kortejinin sürəti 172 km/saat olduğuna görə sürücü məhkəməyə cəlb olundu. Klark arxa oturacaqda işlədiyi üçün sürətdən xəbərsiz olduğunu desə də, məsuliyyətdən də yayınmadı.
Onun sadəliyi isə həmvətənlərinin dəyər verdiyi əsas keyfiyyətlərindən biridir. Məsələn, Klarkın Yeni Zelandiyanın BroToun adlı animasiyalı televiziya serialında qonaq aktrisa kimi iştirak etməsi onları nəinki təəccübləndirməmiş, əksinə, çox sevindirmişdi.
Baş nazirliyin üçüncü dönəmi
Dalbadal bir neçə dəfə seçkilərdə uğurlar qazanmaq, iqtidara gəlmək bu dünya miqyasında çox az-az rast gəlinən hadisələrdəndir. Amma Helen Klark öz fəaliyyəti ilə buna nail ola bildi. Yeni Zelandiyalılar xanım baş nazirlərini üçüncü dəfə baş nazir olmasına məmnuniyyətlə razılıq verdilər!
2005-ci ilin 17 sentyabrında keçirilən parlament seçkilərində Leyboristlər 121 nəfərlik parlamentdə 50 yer qazandılar. Partiya “Proqressiv”lə anlaşaraq (digər mandatlı partiyalara Nazirlər Kabinetindən kənarda nazirlik vəzifələri verməklə onlardan da tam dəstək alaraq) öz koalisiyalarını yenilədilər. Helen Klark üçüncü dəfə hökumət qurdu və bir QADIN rəhbər olaraq ölkəsinin tarixində bir İLKə imza atdı! Bununla bərabər, Leyboristlər Partiyasının ən uzun müddət fəaliyyət göstərən (15 il) lideri Helen Klark 2008-ci ildə əsas seçkilərdə Con Kiyə güzəştə gedərək, partiya sədrliyindən imtina etdi. Yenə bir İlk…
Xanım Klark Birləşmiş Millətlər Təşkilatında
Amma ona dünyanın da çox ehtiyacı vardı. 2009-cu il aprelin 17-də Klark BMT İnkişaf Proqramının (BMT İP) rəhbəri təyin edildi və bununla da həmin təşkilata başçılıq edən ilk qadın kimi tarixə düşdü! BMT-nin Baş katibi Pan Ki Mun BMT İnkişaf Proqramına Helen Klarkı rəhbər təyin edən zaman deyirdi: “Helen Klark gördüyü işlərə və uzun müddətli karyerasında əldə etdiyi çoxsaylı nailiyyətlərə görə bir sıra mükəmməl namizədlər arasından seçildi. Xanım Klark liderlik xüsusiyyətlərinə və beynəlxalq nüfuza malikdir ki, bu da ona sələflərinin qazandığı uğurlara istinad edərək, təşkilatın gələcəyini qurmaqda yardımçı olacaq. Eyni zamanda, o, özünün strateji baxışları ilə birlikdə dəyişikliklərə təkan verəcək yeni ideyalar da gətirəcək”.
Öz növbəsində, Helen Klark bildirdi ki, təyin edildiyi vəzifənin öhdəsindən gəlmək çətin və maraqlıdır, BMT İnkişaf Proqramına çox ağır bir zamanda rəhbərlik etmək, eyni zamanda ciddi bir məsuliyyətdir: “Mənim öhdəmə yoxsulluq və ədalətsizliklə mübarizə aparmaq vəzifəsi düşür və mən bunu beynəlxalq səviyyədə həll etmək imkanına malik olmanı böyük bir imtiyaz hesab edirəm”.
Helen Klark inkişaf sahəsində çalışan bütün BMT fondlarının, Təşkilatın proqram və şöbələrinin başçılarından ibarət olan BMT İnkişaf Qrupunun sədridir. O, həm də BMT İnkişaf Fondu İdarə Heyətində beş ölkənin (İran, Haiti, Serbiya, Niderland və Tanzaniya) dəstəyini qazanaraq, Baş Assambleyada Fondun başçısı kimi təsdiqlənib.
Qeyd edək ki, İnkişaf Proqramı BMT-nin müstəqil şəkildə maliyyələşən ən böyük agentliklərindən biridir və Təşkilatın ifrat yoxsulluğun aradan qaldırılması, dünyada səmərəli idarəçiliyin dəstəklənməsi işini yönəldir və həyata keçirir.
Onun Təşkilata rəhbərliyi dövründə, 2010-cu ilin yanvarında Haitidə dəhşətli zəlzələ baş verdi. Baş vermiş dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılması məsələsinə BMT İP-in rəhbəri olaraq münasibət bildirən Helen Klark demişdi: “BMT təxirəsalınmaz humanitar ehtiyacları təmin etmək və uzun müddətli inkişaf perspektivlərinin həllinə uyğun erkən bərpa işlərini həyata keçirmək üçün bütün hökumətlərlə birgə fəaliyyət göstərir. Haitinin bu dəhşətli zəlzələdən sonra bərpası üçün böyük dəstəyə ehtiyacı var”.
O şəxsən bu istiqamətdə yorulmadan çalışdı, beynəlxalq ictimaiyyətin bu məsələyə daha çox diqqət yetirməsinə və qayğı göstərməsinə çalışdı. BMT İP Təşkilatın erkən bərpa qrupunun əlaqələndiricisi qismində dəymiş zərəri və ehtiyacları dəyərləndirmək, habelə bərpa planları işləyib hazırlamaq üçün Haiti hökuməti və digər tərəfdaşlarla birgə işlədi. Yardımlar, ilk növbədə, uçmuş tikililərin qalıqlarını təmizləmək və əsas infrastrukturu bərpa etmək üçün işə görə nağd ödəniş formasında əməyi stimullaşdıran və çoxlu əmək qüvvəsi tələb edən digər tədbirlərə yönələcəkdi. Bu, zərər çəkmiş icmalarda sosial gərginliyin azalmasına kömək edəcək, həmçinin milli hakimiyyət orqanları ilə əlaqələndirilmiş şəkildə düzgün və vaxtlı-vaxtında bərpa və yenidənqurma tədbirlərinin əsasını qoyacaqdı. Məqsəd təqribən 1.050.000 nəfərə fayda verəcək 220.000 müvəqqəti iş yeri yaratmaq idi.
Onu da vurğulayaq ki, ehtiyac duyulan təcili yardımı göstərmək üçün təxirəsalınmaz tədbirlərdə xüsusilə israrlı olan xanım Klark dağılmış tikililərin qalıqlarının təmizlənməsi, küçələrin təmiri və elektrik enerjisi kimi əsas sosial infrastrukturların bərpasını ön plana çəkmişdi.
O, dünyada QİÇS-ə qarşı mübarizə sahəsində də fəal rol oynayır. Onun həm Yeni Zelandiyaya rəhbərlik etdiyi dövrdəki, həm də BMT-dəki fəaliyyəti beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib və bir sıra mötəbər qurumlar tərəfindən mükafatlandırılıb. Məsələn, Solomon adalarında hüquq təminatı sahəsindəki xidmətlərinə görə ada hökuməti Klarkı (Avstraliyanın 25-ci Baş naziri Con Hovardla birgə) “Solomon adaları Ulduzu” ödülü ilə təltif edib. 2008-ci ilin yanvarında Klark BMT Ətraf mühit Proqramı tərəfindən “Yer üzünün çempionu” ödülünə, 2009-cu ilin aprelində Okland Universitetinin “Fəxri Hüquq doktoru” adına, 2009-cu ildə Yeni Zelandiya dövlətinin Fəxri Ödülünə layiq görülüb.
Helen Klark həm də sadəliyi və səmimiliyi ilə insanların sevgisini qazanmağa nail olub. Əvvəlcə Yeni Zelandiyalıların, sonra dünyanın! Amma onun insan sevgisi, insana verdiyi dəyər, humanizm prinsipləri bir çox insanlardan, bir çox LİDERlərdən qat-qat çoxdur desək, yanılmarıq. O, dünyanın gələcəyini, insanlığın gələcəyini sadəcə düşünmür, onun üçün yorulmadan çalışır! Əməlləri ilə də bir TARİX yazır! Bu TARİXİN əsas qəhrəmanlarından biri də məhz onun özüdür. Helen Elizabet Klark! Dünya hələ bu adı çox eşidəcək, sonra isə unutmayacaq və daim xatırlayacaq.
Bu, Bəşəriyyət və İnsanlıq üçün yaşayanların, ömrünü sərf edənlərin mükafatıdır!

868