Türkiyə ABŞ-ın RƏM sistemlərini ərazisində yerləşdirməyə razılaşdı
ABŞ-ın Türkiyənin ərazisində raket əleyhinə müdafiə (RƏM) sistemlərinin qurulması ilə bağlı təklifinə müsbət cavab verilib. Lent.az-ın “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə hökuməti raket hücumundan müdafiə sistemlərinin ölkə sərhədlərini əhatə etməməsi və ön cəbhə ölkəsinə çevirilməməsi şərti ilə bu təkliflə razılaşıb.
NATO-nun gələcək 10 ildə fəaliyyətinə istiqamət verəcək Strateji Konsepsiyanın son layihəsi noyabrın 4-də bütün müttəfiqlərə çatdırılıb. Son layihədə Türkiyənin istəyinə uyğun olaraq, İran və Suriya kimi ölkələr təhdid mənbəyi kimi qeyd olunmayıb.
Bununla bağlı noyabrın 5-də prezident Abdulla Gülün sədrliyi və baş nazir Rəcəb Tayyib Ərdoğan, Silahlı Qüvvələrin Baş Qərargah rəisi İşık Koşaner, xarici işlər naziri Əhməd Davudoğlu, müdafiə naziri Vecdi Gönülün iştirakı ilə toplantı keçirilib. Strateji Konsepsiyanın son layihəsi ilə bağlı NATO üzvləri arasında aparılacaq müzakirələrdə uzlaşma olmazsa, Türkiyəni NATO-nun Lissabon sammitində baş nazir Rəcəb Tayyib Ərdoğan təmsil edəcək. Ancaq Strateji Konsepsiyanın son layihəsini NATO üzvləri müsbət qarşılasalar, Lissabona Abdulla Gül gedəcək. raket hücumundan müdafiə sistemlərinin sayı və harada quraşdırılacaqları ilə bağlı qərar sonra veriləcək.
Qeyd edək ki, ABŞ raket hücumundan müdafiə sistemlərinin məhz İran və Suriya kimi ölkələrin raket hücumu təhdidinə qarşı qurmaq istəyir və bu niyyətini də açıq şəkildə bəyan edir. Türkiyə hökuməti İranla münasibətləri pisləşdirməmək üçün ABŞ-ın raket hücumundan müdafiə sistemlərinin ölkə ərazisində yerləşdirilməsi məsələsinə soyuq yanaşırdı. ABŞ müdafiə naziri Robert Qeyts və dövlət katibi Hillari Klinton isə bağlı qapılar arxasında keçirilən görüşlərdə sərt bəyanatlar vermiş və Türkiyəni tərəfini seçməyə çağırmışdı. İndi Ankaranın İran və Suriyanın təhdid mənbəyi kimi NATO-nun Strateji Konsepsiyasında göstərilməməsi şərtinə Vaşinqtonun necə yanaşacağını proqnozlaşdırmaq çətindir.

617