İran hakimiyyəti ərzaq ehtiyatı yığır
İRİNN-in məlumatına görə, ölkədən çıxarılması yasaqlanan 22 adda gündəlik tələbat mallarının və ərzaq məhsullarının siyahısı açıqlanıb.
Həmin siyahıya ilk növbədə bunlar daxil edilib: düyü, bitki yağı, qənd, ət, quş, yumurta, çörək, süd məhsulları (süd, yoğurt, kərə yağı, pendir), un məmulatları, paxlalılar (noxud, lobya) və dənli bitkilər (qarğıdalı, vələmir), çay, kartof, soğan, pomidor, tomat, meyvələrdən (alma, banan), sitrus meyvələrindən (naringi, portağal), paltar yuyucu tozlar, polad, sement, kağız (qəzet çapı və nəşr üçün), avtomobil təkəri (minik, yük və avtobus).
«Əgər bu məhsulların istehsalçıları istehsalı artırmasa, o zaman qiymətlər bazarda durmadan artacaq» - deyə, bir müddət öncə İranın ticarət naziri Mehdi Qəzənfəri bildirmişdi.
Bahalaşmanın qarşısını almaq, 13 növ ərzaq və gündəlik tələbat malların ehtiyatını təmin etmək məqsədi ilə Ticarət Nazirliyi istehsalçılarla razılaşma imzalayıb.
Xatırladaq ki, sentyabrda Kənd Təsərrüfatı Nazirliyi sərmayə, sahibkarlıq fəaliyyət və ticarətin inkişafı idarəsinin direktoru Abbas Hacian agentliyə müsahibəsində demişdi ki, sentyabrın 18-dən etibarən 800 adda kənd təsərrüfatı məhsulunun idxalatına qadağa qoyulub.
Nazirlik bu yasağı ölkə prezidentinin idxalat və ixracat haqda qanuna, habelə onun icrası çərçivəsində tətbiq edildiyini bildirmişdi.
Direktorun sözlərinə görə, göstərilən tarixdən etibarən həmin məhsulların sifarişinin qeydə alınması da qadağan olunub. Bununla yanaşı, qanun qüvvəyə mindiyi gündən etibarən Kənd Təsərrüfatı Nazirliyi bu sahənin məhsulları idxalının təşkilinə məsuliyyət daşıyır. Sentyabrın 18-ə qədər qeydə alınmış sifarişlərin icrasına isə sifarişçi təşkilatlar məsuliyyət daşıyacaq.
Sədrəddin Soltan

Oxşar yazılar

İsrail-İran müharibəsi - SON DƏQİQƏ
20 iyun 2025 , 10:07
SON DƏQİQƏ: İranın XİN rəhbərinə qarşı sui-qəsd oldu
20 iyun 2025 , 07:25
İran bir neçə həftəyə nüvə silahı əldə edə bilər - Dəhşətli açıqlama
20 iyun 2025 , 03:44
Məcid Xademi SEPAH-ın yeni kəşfiyyat rəisi təyin edildi
20 iyun 2025 , 01:06
Ötən il İranda rekord sayda EDAM - BMT açıqladı
19 iyun 2025 , 18:52
Yer kürəsinin gizli termal "nəfəsi" kəşf edildi
19 iyun 2025 , 07:24
ABŞ-da itən bir yaşlı qız üç il sonra sağ tapıldı
19 iyun 2025 , 06:57