Dəmir yolunda terror aktları
Qatarlara qarşı hücumun texnikası da rəngarəndir. Belə ki bir qrup relsin üzərinə mina qoymağı tərcih edirsə, digəri qatarı və ya vağzalı atəşə tutur, üçüncü bir qrup isə şəhid kəmərini işə salır və s. Hava nəqliyyatı ilə müqayisədə dəmir yolunda terror aktı həyata keçirmək nisbətən asandır. Əgər vağzal və qatarları yoxlamaq mümkündürsə də, min kilometrlərlə uzanan dəmir yol şəbəkəsini 24 saat nəzarətdə saxlamağa ən peşəkar təhlükəsizlik xidmətləri də acizdir.
Lent.az dəmir yolunda baş verən geniş əks səda doğurmuş terror aktlarının bəzilərini təqdim edir.
2 avqust 1980, İtaliya. Saat 10.25-də Bolonya vağzalında bomba partlaması nəticəsində 85 nəfər həlak olub, 200-dən çox insan yaralanıb. Dəmir yol vağzalının binası tam dağılıb, yola düşməyə hazırlaşan 1 qatar isə çevrilib. Bu hadisə Avropada XX əsrdə baş verən ən dəhşətli terror aktlarından biri kimi tarixə düşüb. “Bolonya qətliamına” görə məsuliyyəti solçu faşist qruplaşma götürüb.
29 mart 1982, Fransa. O vaxtkı nazir Jak Şirakın getməli olduğu qatara qoyulan bombanın vaxtından əvvəl partlaması nəticəsində 5 nəfər həlak olub, 27 nəfər yaralanıb. Əməliyyat “uğurlu” olsaymış, hadisə qurbanlarının sayı yüzlərlə olacaqmış.
23 dekabr 1984, İtaliya. Neapol-Milan yüksək sürət qatarına qoyulan bombanın partlaması 17 insanın həyatına son qoyub, 250-dən çox sərnişin xəsarət alıb. Tuneldə baş verən bu terrora görə məsuliyyəti 2 mafiya babası üzərinə götürüb.
3 Sentyabr 2003, Rusiya. Mineralnıye vodı yaxınlığında qatarın partladılması nəticəsində 7 nəfər həlak olub, 80 nəfər yaralanıb. 5 dekabrda Mineralnıye Vodı - Kislovodsk qatarının partladılması zamanı 44 nəfər həlak olub 156 nəfər həlak olub. Hadisəyə görə məsuliyyəti çeçen mücahidləri üzərilərinə götürüb.
5 dekabr 2003, Rusiya. “Cənub qatarı”na qoyulan bombanın partlaması zamanı 46 nəfər həlak olub, 170 nəfər xəsarət alıb.
11 mart 2004, İspaniya. Mərakeşli qrupun Madrid ətrafı qatarlarda törətdiyi seriya terror aktları 191 nəfərin həyatına son qoyub, 2000-ə yaxın insan xəsarət alıb. Dəmir yol idarəsinə dəyən maddi ziyan isə milyonlarla ölçülür.
12 iyun 2005, Rusiya. Qroznı-Moskva reysi ilə hərəkət edən qatar Moskva yaxınlığında bomba partlaması nəticəsində relsdən çıxıb, 44 nəfər xəsarət alıb.
11 iyul 2006, Hindistan. Dəmir yolunun bərbad vəziyyətdə olduğu bu ölkədə hər il yüzlərlə insan qəzaların qurbanı olur. 19-cu əsrin yadigarı olan dəmir yolunda ən elementar təhlükəsizlik normalarına da əməl olunmur. “Bombeydə iyul hücumu” adlı bu terror aktı zamanı müxtəlif istiqamətlərdə hərəkət edən qatarlarda 7 partlayış nəticəsində 209 nəfər həlak olub, 700 dən çox insan xəsarət alıb.
13 avqust 2007, Rusiya. Moskva - Sankt-Peterburq reysi ilə hərəkət edən “Nevskiy Ekspres” sürət qatarında partlayış nəticəsində 60 nəfər xəsarət alıb.
26 noyabr 2008, Hindistan. Terror qrupunun Tac Mahal oteli, dəmir yol vağzalı və polis idarəsini atəşə tutması nəticəsində 195 nəfər həlak olub (o cümlədən 4 terrorçu), 300-dək insan yaralanıb. Girovları azad etmə əməliyyatı 3 gün davam edib.
27 avqust 2009. Moskva Sankt-Peterburq reysi ilə hərəkət edən “Nevskiy Ekspres” sürət qatarında terror aktı nəticəsində 28 nəfər həlak olub, yüzə yaxın insan xəsarət alıb.
28 may 2010. Hindistan. Naksal qruplaşmasının relsə qoyduğu bombanın partlaması zamanı qatar çevrilib, 148 nəfər həlak olub.
Əlbəttə ki, bütün bu göstərilənlərə rəğmən bütün dünyada dəmir yol nəqliyyatından istifadə edənlərin sayı artır. Bunu isə dəmir yolunun ucuz, rahat və sürətli olması ilə izah etmək olar. Maraqlıdır ki, hər 2 nəfərə 1 avtomobil düşən Avropa ölkələrində də qatarlar əhəmiyyətini itirməyib, əksinə insanlar uzaq yol üçün əksər hallarda şəxsi avtomobili deyil, qatarları seçirlər.
Vüqar Ələsgərov
[email protected]

738