İran prezidenti Ana Yasanı bilmir?
Onların fikrincə, hökumət başçısı Nyu-Yorka son səfəri zamanı yerli jurnalistlərlə görüşdə icra hakimiyyətinin ölkədə ən yüksək dövlət orqanı olduğunu deməsi gerçəkliyi əks etdirmir. Əhmədinijat demişdi ki, parlamentin ən ali dövlət qurumu sayılması dövrü artıq geridə qalıb: «Hazırda önəm baxımından dövlətin birinci qurumu icraedici hakimiyyətdir».
Lent.az-ın İran KİV-ə istinadən məlumatına əsasən, deputatlar müraciətlərində Əhmədinijatı ölkə Ana Yasasını təhrif etməkdə, ayətulla Xomeyniyə, eləcə də İranın hazırkı ali rəhbəri ayətulla Xamneyiyə qarşı çıxışda suçlayıblar.
Etiraz bəyanatında daha sonra bildirilib: “Xalqın ölkə prezidentindən və başqa rəsmilərdən gözlədiyi odur ki, onlar ayrı-ayrı orqanların işinə qarışmaqdansa, ölkənin əsas problemləri olan işsiz gənclərin işlə təmin edilməsi, inflyasiya və bahalığın qarşısının alınması, əmtəə qaçaqmalçılığının aradan qaldırılması, daxili istehsala dəstək verilməsi, ictimai və iqtisadi fəsadların önlənməsi ilə məşğul olsunlar”.
Yuxarıda qeyd etdiyimiz kimi görünür ki, həm deputatlar, həm də Əhmədinijat ölkə Ana Yasasından deyil, öz iddialarından və ya təmsil etdikləri çevrənin maraqlarından çıxış edirlər.
Son zamanlar beynəlxalq ictimaiyyət ayətulla Xamneyidən çox prezident Əhmədinijatın rolunu qabartmaqla belə təsəvvür yaratdılar ki, guya İslam Respublikasının birinci adamı prezident M.Əhmədinijatdır. Bu vəziyyət, deyəsən Əhmədinijatın da xoşuna gəlirdi. Ancaq İranın Əsas Qanununun 113-cü maddəsinə əsasən «Rəhbərlik məqamından sonra Cümhuriyyət başçısı, ölkənin ən ali rəsmisidir…»
Əhmədinijata və onu ölkənin başçısı sananlara xatırladaq ki, rəhbərliyə ilk növbədə ali rəhbər, yəni ayətulla Xamneyi aiddir. O, İranda mütləq hakimdir. Hətta şahın səlahiyyətlərindən çox səlahiyyət sahibidir. Parlamentin qəbul etdiyi qanunlar rəhbərliyə bağlı Nəzarət Şurası kimi qurumların süzgəcindən keçməzsə, qüvvəyə minə bilməz. Eləcə də ali rəhbərin və ya rəhbərliyin təsdiqləmədiyi qərarı və qanunları ali icraedici orqanın icra etmək səlahiyyəti yoxdur.
Parlamentin iddiasında həqiqət olduğundan onlar da prezidentin Ana Yasaya görə ölkədə ikinci səlahiyyətli şəxs olduğunu yəqin ki unutmur.
Məsələnin başqa tərəfi var. Hesab etmək olar ki, yalnız hakimiyyətə lazım olanda səsini çıxaran məclis Əhmədinijata qarşı kampaniyaya başlamaq komandası alıb. Çünki bu qurum daha çox ali rəhbərə yaxın sayılır. Bu sayaq müraciət və etirazlar isə «əndazədən çıxmış Əhmədinijat»ı yerinə oturtmaq üçün atılmış addımlardan sayıla bilər.
Sədrəddin Soltan

Oxşar yazılar

Hücumdan 3 gün əvvəl İrana xəbərdarlıq edən ölkə: İsrail sizi vuracaq
17 iyun 2025 , 17:47
İsrail Tehran radiosunu da vurdu
17 iyun 2025 , 16:16
Ümit Özdağ azadlığa buraxıldı
17 iyun 2025 , 15:23
İran və İsrail deyil: Ukraynadan dəhşətli görüntülər
17 iyun 2025 , 13:47
İsrail-İran müharibəsi - SON DƏQİQƏ
17 iyun 2025 , 11:27
SEPAH-ın yeni vəzifəyə təyin olunan generalı da öldürüldü
17 iyun 2025 , 11:00
İran və İsraildə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdu - RƏSMİ
17 iyun 2025 , 10:35