İran hakimiyyətində nüfuz uğrunda mübarizə ciddiləşir
İranın mövcud hakimiyyətinin, özəlliklə Mahmud Əhmədinijatın başçılıq etdiyi hökumətin BMT-nin sanksiyalarına münasibəti, gördüyü tədbirlər ölkənin aparıcı mətbu orqanları tərəfindən də tənqid olunur.
Ötən gün Tehranda çıxan «Tehran-e-emruz» («Gündəlik Tehran») qəzeti İrana «dost olmayan dövlətlərdən» hökumətin valyutanı çıxarması siyasətini tənqid edərək, bunu «peşəkarlıqdan uzaq» adlanraraq, bunun Mərkəzi Bankın diqtəsi ilə gerçəkləşdiyini yazıb. Qəzetə cavab verən, ölkənin əsas maliyyə qurumu isə bildirib ki, bu addım İranın valyuta ehtiyatının qorunması məqsədi daşıyır.
Lent.az-ın «İRİB nyus»-a istinadən məlumatına görə, bank «Tehran-e emruz»-u dövlət maraqlarını güdməməkdə suçlayıb.
Mərkəzi Bank qeyd edib ki, İranın maliyyə və bank fəaliyyəti haqqında qanununa əsasən, bu maliyyə qurumunun əsas məqsədi ölkədə milli valyuta kursunun qorunub saxlınlmasıdır. «Bu məqsədi həyata keçirmək üçün Mərkəzi bank valyuta ehtiyatlarının çeşidli vasitələrdən , eləcə də xarici dövlətlərlə qarşılıqlı əməkdaşlıqdan istifadə edir
Bir tərəfli sanksiyaların tətbiq etdiyi şəraitdə Mərkəzi Bank maliyyə və bank fəaliyyətinin məhdudlaşdırılması məqsədi ilə ölkənin pul siyasətinə yenidən baxmağa bocludur. Odur ki, valyuta ehtiyatının qorumaq üçün bank vacib xəbərdarlıq tədbirləri həyata keçirir. Bu zaman bank hesabların bağlanması və ya dondurlmasına, eləcə də valyuta ehtiyatının azalmasına yol verməməlidir »-deyə, maliyyə qurumu bildirib.
Amma bu hələ məsələnin bir tərəfidir. Sanksiyalarla bağlı baş verənlər hökuməti parlamnetdən xəbərsiz qərarlar qəbul etməyə də vadar edir. Belə bir şərait isə ölkənin qanunverici və icraedici qurumları arasında qarşıdurma yaradırıb.
Lent.az-ın «canaz.tv»-yə istinadə məlumatında bildirilib ki, Mahdum Əhmədinijat din liderlərinin qarşısında çıxışı zamanı ədliyyə naziri, parlament sədri Əli Laricaninin qardaşı, Sadiq Laricanini tənqid edib.
Qeyd edək ki, prezident aparatının məsulu Cəfər Behdad Ə.Laricani haqda tənqidi məqalə yazdığına görə Ədliyyə Nazirliyi tərəfindən cəzalandırılıb.
«Tehran press»-in bildirdiyinə görə, S.Laricani Əhmədinijatın tənqidinin «yersiz» çıxış adlandırıb : «Prezident təmkinli, ləyaqətli və ədalətli şəkildə danışmalıdır».
Xatırladaq ki, laricanilərlə Əhmədinijat arasında gərginlik bir neçə aydan bəridir diqqəti cəlb edir. Parlamentin sədri Əli Laricani məclisin sessiyasında hökumətin iqtisadi siyasətini dəfələrlə tənqid edərək, deyib ki, əgər hökumətin yüksək vəzifəli rəsmləri qanuna və parlamentin Anna yasa hüququna qarşı çıxarsa, onda parlament onlar onları vəzifədən kənarlaşdırma hüquqdan yararlanacaq.
Onu da qeyd etmək lazımdır ki, baş verənlərə səbəb seçkili orqanlardan üstün olan ali rəhbərlik (ayəlutta Xamneyinin başçılıq etdiyi qurum) və Nəzarət Şurası (bu da rəhrəliyə aid qurumdur, seçkiləri keçirir, parlamentin qəbul etdiyi qanunlar onun təsdiqindən sonra qüvvəyə minir və s.) adlı qurumlardır.
Ali rəhbərə və Nəzarət Şurasına yaxınlığına görə, prezident Mahmud Əhəmdinijat qəbul etdiyi qərarlar barədə parlamentə məlumat vermir, yaxud onun kabinetinin həyata keçirdiyi qanunlar qanunverici orqanın təsdiqinə təqdim edilmir.
Xatırladaq ki, bir neçə gün öncə Əli Laricani bildirib ki, hökumət məclis tərəfindən təsdiqlənməyən qanunları icra edərsə, belə bir halda o, «qanuni yollarla hökumətlə qarşıdurmaya hazır»dır.
Agentliyə müsahibə verən, Ə. Laricani bunları deyib : «Ölkə Ana Yasasına əsasən, hökumət öz qərarlarını parlamentin təsdiqinə təqdim etməlidir. Gerçəklidkdə bu baş vermir. Bu hal isə ciddi qanun pozuntusu sayılır».
Parlament sədrinin sözlərinə görə, 2010-cu ilin martından etibarən hökumət qərarlarının məclisə təqdimatını dayandırıb. Deputatlar prezidentdən, hökumət başçısı Əhmədinijatdan parlamentə gələrək, sözü gedən məsələ ilə bağlı izahat verməsini istəyiblər.
Preizdentin parlamentdəki xüsusi təmsilçisi isə bildirib ki, sənədlər əvvəlki kimi yenə də qanunverici orqana təqdim edilir : «Laricaninin dedikləri ağ yalandır».
İranın keçmiş prezidenti və hazırda Parisdə mühacirətdə yaşayan Əbülhəsən Bənisədr bu olayı belə şəhr edib : «Əhmədinijatla İranın başqa yüksək vəzifəliləri arasındakı mübahisə ölkənin iqtisadi vəziyyətinin pisləşməsi ilə bağlıdır.Gərginliyin səbələrindən biri də İslam Respublikasının ali rəhbəri ayətulla Xamneyinin və İnqilab Keşikçiləri Qvardiyasının ötən ilki prezident seçkində Mahmud Həmdinijatı dəstəkləməsindədir».
Vaşinqtondakı Yaxın Şərq İnsititunun siyasi təhliçisi, İrandan anadan olmuş Aleks Vatankanın sözlərinə görə, ayətulla Xamneyi güc strukturaları arasında nüfuzunun zəifləməsindən rahatsızıdr. Onun fikrincə, ölkənin ali rəhbəri bu qurumlarda Əhmədinijatın, yaxud başqa birinin nüfuzunun güclənməsini istəmir : «Buna görə də Əli Laricaniyə imkan verilir ki, Əhmədinijatla üz-üzə dursun».
Onun qənaətincə, İran hakimiyyətidəki çəkişmələr ABŞ prezidenti Barak Obamanın Tehranla yaxınlaşmaq planlarını daha da çətinləşdirir.
Beləliklə, baş verənlərə əsasən İslam Respublikasının yüksək eşelonunda nüfuz uğrunda mübarizənin ciddiləşdiyini ehtimal etmək olar.
Sədrəddin Soltan

577