Bir QADIN dünyanı dəyişə bilər!
Millət vəkili Qənirə Paşayeva Lent.az-a “Tarixə adını yazan Qadınlar” silsiləsini yazır
O gənc olanda, daha doğrusu, 1955-ci illərə qədər bir qaradərili olaraq avtobusun ön sıralarında oturma haqqına belə malik deyildi. Oturacaqlar dolduğu zaman avtobusa minən istənilən ağdəriliyə o, arxada olan yerini verməyə məhkum idi. Əks halda, onu həbsxana gözləyirdi!
O, Amerika tarixində ilk dəfə olaraq avtobusda öz yerini ağdərili sərnişinə verməyi rədd etdi və bununla tarixi bir inqilabi dəyişikliyin əsasını qoydu!
O, Amerikalı qaradərililərin qəhrəmanına çevrilən Martin Lüter Kinqin başlatdığı hərəkatın təkanvericisi və liderlərindən oldu!
O, Amerikada qaradərililərə qarşı ayrı-seçkilik siyasətinə son qoyan hərəkatın və inqilabın əsasını qoydu!
Güney Afrikanın əfsanəvi azadlıq mübarizi Nelson Mandela 28 illik kamera cəzasından sonra həbsxanadan azadlığa buraxılanda onu ilk qarşılayanların arasında olan bu insanı hərarətlə qucaqlayaq, belə demişdi: “Həbsdə olduğum illər boyu mənim üçün ilham qaynağı oldun.”
Avtobusda öz yerini ağdəriliyə vermədiyi üçün həbs olunan bu qadın, 1996-cı ildə ABŞ-da mülki vətəndaşlara verilən ən böyük ödül olan “İstiqlaliyyət” ordeninə layiq görüldü.
O, 1999-cu ildə ABŞ Konqresinin Qızıl medalına layiq görüldü. Medalı ona şəxsən prezident Bill Klinton təqdim etdi.
Ölümündən sonra onun kepkası iki gün Vaşinqtonda Hökumət Məclisi binasının qübbəsində asıldı. Beləliklə, Amerika xalqı öz cəsarəti ilə çoxlu sayda insanın taleyini dəyişdirən bu qadını öz ənənələrinə uyğun olaraq salamladı.
ABŞ Konqresi ona vəfat etmiş dövlət başçılarına ənənəvi olaraq göstərilən qaydada ehtiram göstərilməsi haqda qanun layihəsini qəbul etdi. O, bu ehtirama layiq görülmüş ilk qadın və ilk adi Amerika vətəndaşı oldu. Onun cənazəsi dəfn edilməzdən əvvəl Konqres binasında yerləşdirildi.
Onun cənazəsi dəfndən öncə vida törəni üçün Hökumət Məclisinin binasında qoyuldu. Halbuki, orada yalnız Amerika prezidentlərinin cənazələri qoyulurdu.
“Taym” jurnalı onu “XX yüzildə vətəndaşlıq hüquqları uğrunda ən böyük mübariz” seçdi və “XX yüzilin ən ünlü 20 adamı”ndan biri kimi göstərdi.
ABŞ-ın sabiq prezidenti Bill Klinton onun haqqında deyirdi: “O, bizə, hamının azad olması gərəkdiyini görmək imkanı verdi.”
Cəsurluğu və mübarizələri ilə bir inqilabın, tarixi dəyişikliyin əsasını qoyan bu qadın sadəliyi qədər də BÖYÜK olan Roza Parksdır. Mübarizəsi ilə dünyanın alnındakı BÖYÜK BİR LƏKƏNİ silən bu qadın, bu gün olduğu kimi sabah da böyük məhəbbət və hörmətlə yad ediləcək və adını TARİXƏ yazan Roza Parksdır. Bəli, Bir Qadın Dünyanı Dəyişə Bilər!
“Hiss etdiyim yeganə yorğunluq, mübarizədən əl çəkməkdən duyduğum yorğunluq idi…”
Roza Parks
Roza Parksı yaxından tanımaq üçün ən azı onun “Mənim əhvalatım” adlı “özkeçmiş”ini və “Səssiz güc” adlı xatirələr kitabını oxumanızı tövsiyə edərdim. Bu əsərlərin müəllifi Roza Paks 1 dekabr 1955-ci ildə önəmli bir tarixi dəyişikliyin əsasını qoydu. O gün, Alabama ştatının Montqomeri şəhərində bu qaradərili qadın, avtobusda öz yerini ağdərili sərnişinə verməyi rədd etdi və bununla da tarixi bir dəyişikliyin, inqilabın əsasını qoydu!
O öldüyü vaxt “avtobus boykotu”nu başlatdığı Montqomeridəki bütün avtobusların qabaq oturacaqlarına qara lentlər bağlanmışdı. Kim idi Roza Parks və hansı tarixi hadisənin əsasını qoydu?
1 dekabr 1955-ci il. O gün, Alabama ştatının Montqomeri şəhərində bir qaradərili qadın, avtobusda öz yerini ağdərili sərnişinə verməyi rədd etdi. Roza Parks adlı bu qorxmaz qadın, şəhərdə nizam-intizamı pozmaq iddiasıyla həbs edildi. Onun kiçik miqyaslı, fəqət əfsanəyə çevrilən bu üsyanı, Amerikada ayrı-seçkiliyin ləğv edilməsiylə nəticələnən azadlıq hərəkatına təkan verdi və Parksı, azadlığa susayan geniş xalq kütlələrinin qəhrəmanına çevirdi. Tarixçilərdən çoxunun fikrinə görə, Amerikada vətəndaş hüquqları uğrunda mübarizənin fitilini odlayan da o olmuşdu.
“Artıq yetər!”
1865-ci ildə başa çatan vətəndaş müharibəsindən sonra Amerikada quldarlıq ləğv edilmişdi. Fəqət irqi ayrı-seçkiliyin insanların zehnindəki qalıqlarının da ləğvi üçün 1900-cü illərin ortalarına qədər gözləmək lazım gələcəkdi. Üstəlik, bu iş o qədər də asan olmayacaqdı. Bəlli olduğu kimi, fövqəladə şərtlər öz qəhrəmanlarını da meydana çıxarır. Qaradərililərin gözü, qaradərililərin əzab-əziyyətlərinə son qoyacaq bir qəhrəman arayırdı; ancaq yəqin ki, heç kim belə bir qəhrəmanlığın əziyyətinə qatlaşa biləcəyini yaxud tanıdıqlarından kiminsə qəhrəmanlıq edəcəyini gözləmirdi… Sanki haradansa, başqa bir yerdən kimsə gəlməli, “qaydasız qayda”nı, “nizamsız nizam”ı dəyişməliydi...
1955-ci ildə Amerikanın güney ştatlarında irqi ayrı-seçkilik güclü bir şəkildə davam edirdi. Sanki dünyadakı hər şey kəskin bir bıçaqla iki yerə bölünmüşdü: böyük hissəsi ağlara, kiçik hissəsi isə qaradərililərə düşürdü. Bu ayrı-seçkilik ən çox ictimai həyatda hiss edilirdi. Belə ki, qaradərililər ictimai nəqliyyatda istədikləri yerdə oturmaq hüququndan da məhrum idilər. Məsələn, qəhrəmanımızın yaşadığı Alabama ştatının Montqomeri şəhərində avtobusların ilk oturacaqları ağdərililər üçün nəzərdə tutulmuşdu. Sərnişinlərin təxminən 80 faizini təşkil edən qaradərililər isə avtobusların və qatarların arxa tərəfində onlar üçün nəzərdə tutulmuş rəngli oturacaqlarda oturmalıydılar. Onlarla ağların arasında müəyyən məsafə olmalıydı! Üstəlik, ağdərililər üçün nəzərdə tutulan yerlər dolanda və ağdərililərdən kimsə oturmaq üçün yer tapmayanda və ya ayaq üstə qalanda qaradərili sərnişinlər öz yerlərini onlara vermək və ya avtobusdan düşmək məcburiyyətində idilər.
Təhqirlər bununla da qurtarmırdı. Qaradərililər qabaq qapıdan minərək gediş haqqını verir, sonra avtobusdan düşərək arxa qapıdan minirdilər. Bu təhqiramiz durum heç dəyişilənə oxşamırdı. Ta ki, 1 dekabr 1955-ci ildə öz kiçik bədənində böyük bir ürəyə sahib olan Roza Parks, “Artıq yetər, artıq kifayətdi!” deyə hayqırana qədər!...
Hər şey bir avtobusda başladı!
Qadın avtobusa mindi və ürkək addımlarla onlar – qaradərililər üçün nəzərdə tutulan oturacaqlara doğru getdi. Avtobusun ortasında – ağların oturacaqlarının qurtardığı yerdə onların − əsrlərdən sonra ağ “ağaları” ilə eyni mühitə daxil olmağa icazə verilən, fəqət ağların oturacaqlarında oturmaqları qadağan edilən qaradərililərin oturacaqları başlayırdı. Qadın, özü kimi qaradərili sərnişinlərdən birinin yanındakı axırıncı boş oturacaqda oturdu. Avtobus yerindən tərpəndi. Avtobus üçüncü dayanacağa çatanda artıq ağdərililərin oturması üçün yerlər çox qalmamışdı. Dayanacaqda bir neçə ağdərili avtobusa mindi. Onlardan biri, ağlar üçün nəzərdə tutulan yerlər dolduğu üçün ayaq üstündə dayanmışdı. Sürücü özündən razı halda qaradərililərin oturduqları bölməyə baxdı və ürkək gözlərlə ona baxan qaradərililərə dedi:
- Yerlərinizi ağlara verin!
Qaradərililərdən üçü bir müddət tərəddüd eləsələr də, çarəsiz halda deyiləni yerinə yetirdilər. Roza isə yerindən tərpənmədi. Ona, sonralar özünün belə izah edə bilmədiyi bir cəsarət gəlmişdi. Onun tərpənmədiyini görən sürücü bir də dilləndi:
- Yerinizdən durun, yoxsa sizi həbs elətdirmək məcburiyyətində qalacağam!
Sürücünün xəbərdarlığı boşluqda əriyib getdi. Qadın öz yerindən durmaq fikrində deyildi:
- Nə istəyirsinizsə eləyin, durmuram.
Sürücü mühərriki söndürüb, qəzəblə avtobusdan düşdü. Qaradərili bir qadın, hakim rejimə meydan oxuduğu üçün bunun cəzasını çəkməli idi! Qaradərili sərnişinlərdən bəziləri sürücünün arxasınca getdilər, ağlar isə laqeydliklə öz yerlərində oturmuşdular.
Sürücü iki polis nəfəriylə geri qayıtdı və polislər qaradərili qadını sorğu-suala çəkməyə başladılar:
- Sürücü sizə xəbərdarlıq edərək yerinizi ağlara verməyinizi dedimi?
- Bəli, cənab polis, dedi.
- Bəs nə üçün buna əməl etmədiniz?
- Çünki yerimdən durmaq üçün bir səbəb görmədim. Nə üçün durub öz yerimi başqasına verməliyəm? Bu iş heç məntiqlidirmi?
- Qanun qanundur. Bu andan etibarən həbs edilirsiniz.
Qadını tez-tələsik avtobusdan düşürərək polis idarəsinə apardılar. Roza artıq özünün inqilabına başlamışdı!
Roza Parks hələ saxlama məntəqəsinə salınmamış, onun həbs edildiyi haqqında xəbər hər yerə yayılmışdı. Onun cəsarətli hərəkəti hamını təəccübləndirmişdi. İlk dəfə idi ki, qaradərili bir sərnişin, üstəlik də bir qadın, ağ “ağalarına” yer verməkdən imtina etmiş və həbsə alınmışdı! Beləliklə, Rozanın başlatdığı hərəkat inanılmaz bir sürətlə yayılmağa başladı. Bu hərəkat sonunda tarixi bir dəyişikliyin əsasını qoydu. Roza Parks adı tarixə əbədiyyət yazıldı!
Baş rolda Angela Bassetin oynadığı Roza Parks Hekayəsi (The Roza Parks Story) filmini böyük maraq, həyəcan və heyranlıqla izləmişdim. İndiyədək baxmayanlara məmnuniyyətlə tövsiyə edəcəyim bir filmdir. Roza Parksın adı Amerika Qaradərililərinin Qəhrəmanı Martin Lüter Kinqin “Azadlığa Uzun Addımlar” adlı əsərində də xüsusi hörmətlə vurğulanır. Onun haqqında çoxlu sayda kitablar, məqalələr yazılıb və bu gün də yazılmaqda davam edir. Bəşəriyyət “Vətəndaş Hüquqlarının Anası” adlandırılan Roza Parks qarşısında borcunu ödəmək üçün onun həyatı, keçdiyi keşməkeşli yol, mübarizəsi və ideallarını gələcək nəsillərə çatdırmalıdır!
Avtobus boykotu başlayır!
Qaradərililər kilsələrdə yığışmağa başladılar. Etirazlarını necə bildirəcəkləri barədə müxtəlif təkliflər eşidilirdi. Nəhayət ki, hadisənin baş verdiyi sahəni hədəf götürən bir etiraz aksiyası keçirmək barədə razılığa gəldilər: Qaradərililər ictimai nəqliyyatı boykot etmək qərarına gəldilər.
Avtobus hadisəsi Dekster küçəsindəki Baptist kilsəsinin gənc keşişi, sonralar amerikalı qaradərililərin qəhrəmanına çevriləcək olan Martin Lüter Kinqin liderliyi altında Montqomeri Təkmilləşdirmə Birliyinin (Montgomeri İmprovement Assosiation) təsis edilməsinin də əsasını qoydu. Birlik, şəhər bələdiyyəsinin avtobuslarını boykot etməyə çağırdı. Parksın və Kinqin liderliyi ilə başladılan boykot onların həm adını, həm də haqlı mübarizələrini dünyanın gündəminə çıxardı.
Artıq Parks sadəcə qaradərililərin deyil, yaşadığı Montqomeri şəhərinin tanınmış simalarından biri idi. İrqi ayrı-seçkiliyə qarşı etiraz bildirməklə o, çoxlarının ehtiramını qazanmışdı. Parksın qarşılaşdığı təhqiramiz hərəkət, kütlələri həyəcanlandırmışdı. Montqomeridəki boykot qısa müddətdə əks-səda doğurdu. Qaradərililər işə getmək üçün ya velosipeddən istifadə edirdilər, ya bir neçə nəfər birlikdə taksi tuturdu, ya da piyada gedirdilər. Artıq bütün avtobuslar ağlara qalmışdı!
Öncə özlərini soyuqqanlı aparan avtobus şirkətləri, ümumi sərnişin həcminin 80 faizini təşkil edən qaradərililərin boykotu 382-ci günə çatanda, təslim olmaq məcburiyyətində qaldılar. Yoxsa bütün şirkətlər iflasa uğrayacaqdı. Nəhayət, avtobuslardakı xəcalətverici ayrı-seçkiliyə son qoyuldu! Konstitusiya Məhkəməsi də bu durum qarşısında səssiz qala bilməyərək Parksın cəzalandırılmasına səbəb olan Montqomeri qaydalarını ləğv etdi və ictimai nəqliyyatda ayrı-seçkiliyə yol verilməsinin qanunlara zidd olduğuna hökm verdi.
O tarixdən etibarən Amerikada çox şey dəyişilməyə başlayacaq və qaradərililərə qarşı ayrı-seçkilik siyasətinin ünsürləri bir-birinin ardınca ləğv ediləcəkdi…
“Nə olur-olsun, fürsətlərdən istifadə et”
Dülgər Ceyms Mak-Koli ilə müəllimə Liona Mak-Kolinin qızı olan Roza Luiza Mak-Koli, Alabama ştatında doğulmuşdu. 11 yaşında Montqomeridə qızlar üçün peşə məktəbinə daxil olmuşdu. Bu məktəb Quzey Amerikanın liberal qadınları tərəfindən təsis edilmişdi. Məktəbin “Nə olur-olsun, fürsətlərdən istifadə et” sözləri ilə ifadə edilən fəlsəfəsi, Parksın anası Liona Mak-Kolinin öz qızına verdiyi nəsihətə tamamilə uyğun gəlirdi. Ancaq o dövrdə əməlli-başlı bir fürsətdən danışmağa dəyməzdi − özəlliklə qaradərililər üçün!
Parks, neçə il sonrakı müsahibələrindən birində o günləri yada salanda, belə deyirdi: “Əslində heç bir vətəndaş hüququmuz yox idi. Əsas məqsədimiz sağ qalmaq idi. Gecələr yatmağa hazırlaşanda, evimizin ətrafında “ku-kluks-klan” tərəfdarları nərə çəkirdilər və evimizi yandıracaqları qorxusuyla gözümüzə yuxu getmirdi.”
Rozanın çətinliklə davam etdirdiyi təhsili isə onun üçün əsl əziyyətə çevrilmişdi. Roza təhsil illərini də bu sözlərlə yada salırdı: “Quldarlığın ləğvindən 50 il sonra, 1913-cü ildə doğulmuşam. Təhsil almaq hüququm var idi. Müəllimə olan anam çox kiçik yaşda mənə oxuyub-yazmaq öyrətmişdi. Təhsil aldığım ibtidai məktəb çox kiçik bir binada yerləşirdi və bütün şagirdlərə cəmi bir müəllim baxırdı. Hamımız kasıb ailələrin uşaqları idik. Hamının qələmi, kitabı yox idi, ancaq biz uşaqlar əlimizdə olanları öz aramızda bölüşdürürdük.”
Alabama Pedaqoji məktəbini qurtaran Roza, Reymond Parkla ailə həyatı qurdu. Cütlük, öz ərazilərindəki kilsələrdən birinin könüllülər cəmiyyətinə üzv olmuşdu və ayrı-seçkiliyə məruz qalan qaradərililərin durumunun yaxşılaşdırılması uğrunda mübarizə aparırdı. Ancaq bütün səylərinə baxmayaraq, onların nəyəsə nail olduqlarını demək mümkün deyildi: “Kilsədə çox sayda tədbir keçirdik, ancaq heç kim bizim səsimizi eşitmək istəmirdi. Kötək, adamların borc müqabilində qul kimi işlədilməsi, qətl və zorlama kimi hadisələr adi hal almışdı. Bizim bütün fəaliyyətimiz, hakim qüvvələrə, artıq ikinci dərəcəli vətəndaşlar olaraq yaşamaq istəmədiyimizi başa salmağa çalışmaqdan ibarət idi.”
Yıxılmadım, ayaqdayım!
Parks, həbs edildikdən sonra işdən də qovulmuşdu. 1957-ci ildə o, həyat yoldaşıyla birlikdə Detroyta köçdü və Nümayəndələr Palatasının üzvü Con Konyersin katibəsi kimi işə başladı.
Həyat yoldaşı 1977-ci ildə öləndən sonra Roza Parks, “Roza və Reymond Parkslar adına Şəxsiyyətin Təkmilləşdirilməsi İnstitutu”nu təsis etdi.
Bu qurum hələ də fəaliyyət göstərir və məktəb yaşındakı uşaqları avtobuslarla Amerikanın hər yerində gəzdirərək, Amerikada vətəndaşlıq hüquqları uğrunda mübarizə hərəkatlarının tarixi haqqında onların məlumatını artırmağa səy göstərir.
Ölümündən bir neçə il əvvəlki müsahibəsində, böyük əks-səda doğuran etiraz səsini ucaltdığı gün, yorğun olduğu üçün oturacaqdan durmaq istəmədiyi iddiası haqqında sual veriləndə, Roza Parks çox əsəbiləşmiş və bəlkə də bütün mübarizə fəlsəfəsinin xülasəsi olan bu cavabı vermişdi: “Adamlar deyirlər ki, o gün yorğun olmuşam, yerimi də buna görə vermək istəməmişəm. Yorğun deyildim, yəni başqa günlərdən daha artıq dərəcədə yorğun deyildim. Yaşlı da deyildim. Bəzi adamlar elə bir təsəvvür yaratmağa çalışırlar ki, guya o vaxt yaşlıydım. Xeyr, 42 yaşındaydım. Mən yeganə bir yorğunluq hiss edirdim – mübarizədən əl çəkməkdən yorulmuşdum.”
Roza Parks 1980-ci ildə xidmətlərinə görə Martin Lüter Kinq Mükafatına layiq görülür.
1994-cü ildə İsveçin Stokholm şəhərində Barış Ödülünü alır.
1996-cı ildə ABŞ-da, mülki vətəndaşlara verilən ən böyük ödül olan İstiqlaliyyət ordeninə layiq görüldü.
1999-cu ildə ABŞ Konqresinin Qızıl medalına layiq görüldü. Medalı ona prezident Bill Klinton təqdim etdi.
Bütün ömrünü azadlıq və bərabərhüquqluluq uğrunda mübarizəyə həsr edən bu əsil qadın, təqaüddə olduğu günlərdə özünü xoşbəxt hiss edib etmədiyi sualına belə cavab vermişdi: “Həyata optimist gözlə baxa bilmək üçün əlimdən gələni edirəm, fəqət mənə elə gəlir ki, saf xoşbəxtlik deyə bir şey yoxdu. Amerikada hal-hazırda belə irqi ayrı-seçkiliklə məşğul olan adamların olduğunu bilmək mənə əzab verir. Xoşbəxt o adamdır ki, istədiyi və ya ehtiyac duyduğu hər şeyə sahibdir. Mən hələ ki, o mərtəbəyə çatmamışam.”
“O mərtəbəyə” daha sonra çatıb-çatmadığı bilinməsə də, Roza Parks 2005-ci ildə 92 yaşında Detroytda həyata əlvida deyəndə, arxada insan hüquqları uğrunda mübarizəyə dair görkəmli bir miras qoymuşdu. Avtobusların arxa oturacaqlarında başlayan həyat yolunu, insani dəyərlərin ən ön oturacağında oturaraq başa vurmuşdu.
Ölümündən sonra Roza Parksın kepkası iki gün Vaşinqtonda Hökumət Məclisi binasının qübbəsində asıldı. Beləliklə, Amerika xalqı, öz cəsarəti ilə bir çox adamın taleyini dəyişdirən bu qadını öz ənənələrinə uyğun olaraq salamlayırdı.
Amerikalılar Birləşmiş Ştatlarda qaradəriliərin vətəndaş hüquqları uğrunda mübarizənin öncüllərindən olmuş Roza Parksı son mənzilə böyük ehtiramla yola saldı. Xanım Parksın cənazəsi Kapitoliya binasında yerləşdirildi. ABŞ Konqresi Roza Parksa, vəfat etmiş dövlət başçılarına ənənəvi olaraq göstərilən qaydada ehtiram göstərilməsi haqda qanun layihəsini qəbul etdi. Roza Parks bu ehtirama layiq görülmüş ilk qadın və ilk adi Amerika vətəndaşı oldu.
Roza Parksın cənazəsi dəfndən öncə vida törəni üçün Hökumət Məclisinin binasında qoyuldu. Halbuki, orada sadəcə Amerika prezidentlərinin cənazələri qoyulurdu.
İrqi ayrı-seçkiliyin bütün ağrı-acısını çəkmiş, ömrünü insan haqları uğrunda, irqi ayrı-seçkiliyin tamamilə aradan qaldırılması uğrunda mübarizəyə həsr edən bu BÖYÜK qadın əməlləri ilə insanlıq TARİXİNƏ adını qəzəl hərflərlə yazaraq dünyadan köçürdü. Amma o əməlləri, insanların qəlbində və tarixin yaddaşında qurduğu TAXT, davam edən mübarizəsi bu gün də BİZİM ARAMIZDADIR. Bu gün də onun həyat hekayəsi insanlar tərəfindən böyük maraqla oxunur. Onun haqqında əsərlər yazılır, filmlər çəkilir. Hələ sağlığında özünə əbədiyyətdə ölməzlik ünvanı qazanmış Roza Parks tarixin yaddaşında əbədi yaşayacaq qadınlardan biridir.
ABŞ-ın sabiq prezidentlərindən olan Bill Klinton onun haqqında deyirdi:
“Roza, bizə, hamının azad olması gərəkdiyini görmək imkanı verdi.”
ABŞ-na səfərim çərçivəsində bu BÖYÜK QADINLA bağlı bir çox şeyi yerində görmək imkanına malik olmuşdum. Onun qəbrini ziyarət edib ruhuna dualar da oxumuşdum. İnsanlıq üçün, Bəşəriyyət üçün, ən əsası QADIN ADINI YÜKSƏLTDİYİ və QADININ CƏSARƏTİNİN VƏ GÜCÜNÜN NƏYƏ QADİR OLDUĞUNU GÖSTƏRDİYİ ÜÇÜN!
Təşəkkürlər, Roza, hər şey üçün!

1202