İran “Shell” və “Repsol”a ultimatum verib
Dünyanın bir sıra tanınmış neft –qaz şirkətləri İranla əməkdaşlığı dayandırdığını bəyan edib. Onların belə davranışı ölkənin bu sahəsində ciddi problemlər yaradıb. Bir müddət öncə İnqilab Keşikçiləri Qvardiyası neft və təbii qaz yataqlarına xarici sərmayələrin qoyulmasına ehtiyac duymadıqlarını bəyan edərək, həmin quyularda işləri maliyyələşdirəcəklərini söyləmişdi.
Lent.az-ın “Frans press”-ə istinadən məlumatında bildirilib ki, İslam Respublikası enerji daşıyıcıları nəhənglərinə - İngiltərə-Hollandiyanın “Royal Dutch Shell” və İspaniya-Argentinanın “Repsol YPF SA” şirktələrinə ultimatum göndərib. Tehran bu şirkətlərin iki həftə ərzində “Cənubi Pars”da iştirakları ilə bağlı qərarlarını açıqlamalarını istəyir.
İki gün öncə İranın neft naziri Məsud Mirkazımı bildirmişdi ki, əgər xarici neft-qaz şirkətləri həmin neft-qaz yatağında işi əngəlləyərək, layihədən imtina etsələr, o zaman onlar yerlilərlə əvəzlənəcək.
Xatırladaq ki, “Repsol” və “Shell” 2002-ci ilin yanvarında İranın “National İranian Oil Company” dövlət şirkəti ilə müqavilə imzalamışdı. 2008-ci ildə “Shell” bu layihədə iştirakını dayandırdı. 2009-cu ilin aprelində Tehran hakimiyyəti bu şirkətlərə həmin il mayın 20-dək bəhs etdiyimiz layihədə qalacaqlarını bildirmələri barədə möhlət vermişdi.
İslam Respublikası iddia edir ki, “Cənubi Pars” yatağında 14 trilyon kubmetr təbii qaz ehtiyatı var. Onlara görə, bu, dünyada ən iri təbii qaz yatağıdır.
Sədrəddin Soltan

489