Los-Ancelesdə iğtişaşlar - Tramp bölgəyə Milli Qvardiyanı göndərdi -YENİLƏNİB
08 iyun 2025 11:23 (UTC +04:00)

Los-Ancelesdə iğtişaşlar - Tramp bölgəyə Milli Qvardiyanı göndərdi-YENİLƏNİB

ABŞ Prezidenti Donald Tramp Loc-Ancelesdə iki gün davam edən zorakılıq, qarşıdurma və iğtişaşlardan sonra prosesə müdaxilə edən Milli Qvardiyanın vəzifəsini əla yerinə yetirdiyini bəyan edib.

Lent.az-ın xəbərinə görə, Donald Tramp bu barədə“Truth Social”-da paylaşımında bildirib.

Donald Tramp "səriştəsiz" Kaliforniya qubernatoru Gavin Nyusom və Los-Anceles meri Karen Bassanın vəzifələrini yerinə yetirmədiyini vurğulayıb və onları Kaliforniyada meşə yanğınları zamanı da ləng davranmaqda ittiham edib.

Loc-Anceles baş verənləri radikal solçuların aksiyası kimi dəyərləndirən ABŞ Prezidenti buna dözümlü yanaşılmayacağını qeyd edib: “Bununla bərabər, bu andan sonra aksiyalarda maskalardan istifadəyə icazə verilməyəcək. Bu insanlar üzlərini niyə gizləyirlər? Bi daha Milli Qvardiya yaxşı işinə görə təşəkkür edirəm”.

***

saat 09.13

ABŞ Prezidenti Donald Tramp iğtişaşları yatırtmaq üçün Kaliforniyaya Milli Qvardiyanın 200 hərbçisinin göndərilməsinə qarşı çıxan ştatın qubernatoru Gavin Nyusom və Los-Anceles meri Karen Bassa cavab verib.

Lent.az-ın xəbərinə görə, Donald Tramp “Truth Social”-da paylaşımında bildirib ki, əgər qubernator və mer öz vəzifələrini yerinə yetirə bilmirsə, federal hökumət müdaxilə edərək problemi həll edəcək və edir.

ABŞ Prezidenti Gavin Nyusom və Karen Bassın vəzifələrini yerinə yetirə bilmədiyini hər kəsin bildiyini də vurğulayıb.

***

saat 07.43

ABŞ prezidenti Donald Tram qeyri-qanuni mühacirlərə qarşı reydlər nəticəsində yaranan iğtişaşları yatırmaq üçün Kaliforniyaya 2000 Milli Qvardiya əsgəri göndərir.

Lent.az xəbər verir ki, şənbə günü Los-Ancelesdə ikinci gündür ki, əsasən latınların yaşadığı məhəllənin sakinləri ilə İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) federal agentləri arasında toqquşmalar baş verib.

ICE agentləri Paramount bölgəsindəki izdihamı dağıtmaq üçün gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edib.

Los-Anceles meri Karen Bass bundan əvvəl xidməti ABŞ-ın ikinci ən böyük şəhərində qorxu səpməkdə ittiham etmişdi.

Donald Tramp Milli Qvardiyanı müəyyən məqsədlər üçün, o cümlədən iğtişaşların yatırılması üçün yerləşdirmək səlahiyyətindən istifadə edərək şəhərə 2000 əsgər göndərdiyini açıqlayıb.

Kaliforniyanın qubernatoru Gavin Nyusom ştata Milli Qvardiya göndərmək qərarının qəsdən təxribat olduğunu və yalnız gərginliyi artıracağını deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1122

Oxşar yazılar