Ərdoğan İsraili tənqid atəşinə tutdu
27 mart 2010 12:00 (UTC +04:00)

Ərdoğan İsraili tənqid atəşinə tutdu

Bu gün Liviyanın Sirte şəhərində Ərəb Birliyinin sammiti başlayıb.

APA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, zirvə görüşünə qonaq qismində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da qatılıb.

Dəvətə və qonaqpərvərliyə görə Liviya lideri Müəmmər Qəddafiyə təşəkkürünü bildirən Ərdoğan türklərlə ərəblərin ortaq tarixə, mədəniyyətə və inanca malik olduğunu vurğulayıb: “Tarix və inanclarımız bizi bir-birimizə dost deyil, qardaş edib. Biz bu bölgənin böyük və şərəfli tarixini birgə yazmışıq. Bölgənin gələcəyini də birlikdə yazacağımıza kimsə şübhə etməsin”.


Ərəb dövlətlərini birliyə çağıran Ərdoğan daha sonra bölgənin əsas probleminə - Fələstin münaqişəsinə toxunub. Bu xüsusda o, İsrailin ünvanına sərt tənqidlər səsləndirib: “Qüds islam dünyasının göz bəbəyi, ilk qibləsidir. İsrailin Qüdsə və digər müqəddəs məkanlara hücumları əsla qəbul edilə bilməz. Şərqi Qüdsdə 600 min yeni mənzilin inşasına başlanması da məqbul durum deyil. İsrail daxili işlər nazirinin Qüdsü paytaxt elan etməsi çılğınlıqdır. Bu, bizi qorxuda bilməz və yalnız İsrailin özünütəcridinə səbəb olar”.


Türkiyənin baş naziri İsraili təkcə beynəlxalq hüququ deyil, insani duyğuları, tarixi və vicdanı tapdalamaqda ittiham edib: “Qüds yandıqca Fələstin, Fələstin yandıqca Orta Şərq, Orta Şərq yandıqca isə dünyamız sülh və barışa çata bilməz. “Əl-Fətih” və “HƏMAS” başda olmaqla fələstinli qardaşlarımızın Fələstinin birliyi üçün atacağı addımları dəstəklədiyimizi bəyan edirəm. Günümüz oturub ağlamaq, göz yaşı tökmək və baş verənləri tribunalardan izləmək günü deyil, ittifaq və sülhü təmin etmək günüdür. Bizə islamofobiya yarlığını yapışdırmaq istəyənlər isə insanlıq suçu işləyəcəklər”.


Qeyd edək ki, Liviya lideri Müəmmər Qəddafi və Ərəb Birliyinin baş katibi Əmir Musa Ərdoğanın çıxışını ayaq üstə alqışlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 798

Oxşar yazılar

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi  qüvvəyə mindi

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə mindi

19 iyul 2025 , 06:05
İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38