Dünyanı aclıq fəlakəti gözləyir!
Əgər qabaqlayıcı tədbirlər görülməzsə, 2060-cı ilə qədər dünyada temperatur 4 dərəcə artacaq. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bu, Dünya Bankının açıqladığı hesabatda qeyd olunub.
Qlobal istiləşmədən daza çox sahil zonalarında yerləşən, o cümlədən inkişaf etməkdə olan ölkələr ziyan çəkəcəklər. Qlobal istiləşmə nəticəsində Şimal Buzlu okeanda və Antarktidada buzların əriməsi dünya okeanının səviyyəsinin qalxmasına yol açacaq. Dünya okeanının səviyyəsinin qalxması Banqladeş, Hindistan, İndoneziya, Madaqaskar, Meksika, Mozambik, Filippin, Venesuela və Vyetnam kimi ölkələri təhdid edəcək. Banqladeş, Misir, Vyetnam və Afrika sahillərində yerləşən ölkələr kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün tamamilə yararsız olacaq və dünya ciddi ərzaq böhranı ilə üzləşəcək. Aralıq dənizi bölgəsində isə ən isti vaxtlarda temperatur 9 dərəcə artacaq. Qlobal miqyasda yaşanan sel fəlakətləri bir çox bölgədə təmiz su qaynağı tapmağı çətinləşdirəcək. Dünya Bankı qlobal iqlim dəyişikliyinin qarşısı alınmazsa, dünyada yoxsulluğa çarə tapmağın mümkün olmayacağını açıqlayıb və ətraf mühitin qorunmasına yönəlik texnologiyalardan istifadə etmək istəyən ölkələrə kredit verməyə hazır olduğunu bəyan edib.
Qeyd edək ki, qlobal iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün 2005-ci ildə qüvvəyə minən Kiota Protokolunu 191 ölkə imzalayıb, lakin protokolun müddətinin artırılması ilə bağlı razılaşma hələ əldə olunmayıb. Noyabrın 27-də və dekabrın 7-də 200 ölkə Kioto Protokolunu müzakirə etmək üçün Qətərdə bir araya gələcək.

Oxşar yazılar

Türkiyədə 44 meşə yanğını nəzarətə götürüldü
28 iyul 2025 , 02:28
Avropada ən çox mobil telefon oğurlanan ölkə
27 iyul 2025 , 12:49
Marketdə insanlara hücum edən şəxs 11 nəfəri yaraladı
27 iyul 2025 , 04:04
"Akkuyu" AES təhlükə altında - Yanğınlarla əhatə olundu
26 iyul 2025 , 22:50
Qatarda doğduğu uşağı tualetə atdı, həbs olunmadı
26 iyul 2025 , 19:22
Dünyada ilk kabab institutu fəaliyyətə başlayır
26 iyul 2025 , 19:17
Bu müsəlman ölkəsi niqabı qadağan etdi
26 iyul 2025 , 16:43