PKK terrorçularının 16 ton narkotiki ələ keçdi
05 oktyabr 2012 15:35 (UTC +04:00)

PKK terrorçularının 16 ton narkotiki ələ keçdi

Türkiyənin Diyarbəkir vilayətinin Dibek kəndi yaxınlığındakı meşədən üst-üstə 16 tona yaxın narkotik vasitə tapılıb. Lent.az-ın turkiyegazetesi.com.tr-ə istinadən verdiyi məlumata görə, polisin keçirdiyi əməliyyat nəticəsində adıgedən meşə massivində narkotik emal edən bir neçə kiçik sex də aşkarlanıb. Diyarbəkir vilayətinin jandarm komandanlığından verilən məlumata görə, narkotiklər PKK-ya məxsus olub və satılacağı təqdirdə terror təşkilatının əsas maliyyə qaynağı olmalıymış.


Ekspertlər narkotiklərin bazar qiymətinin 17 milyon lirə (təxminən 8 milyon manat) olduğu qənaətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1189

Oxşar yazılar