Amerikada sosializm niyə yoxdur?
Amerika seçkilərində qalib çıxan siyasi namizədlərin 95 faizi ya Demokrat olur, ya da Respublikaçı. Əksər amerikalılar üçüncü iri partiyaya lüzum görmürlər. Onların mütləq əksəriyyəti ingilisdilli koloniyalar 1776-cı ildə Britaniyadan ayrılanda rəhbər tutduqları “məhdud hökumət, özünəinam, sosial mobillik və bərabərlik” ideyalarına dərin ehtiram bəsləyirlər.
Amerika bəlkə dünyada yeganə ölkədir ki, burada insanlar hökumət xərcləmələrinə qarşı etiraz səsini ucaldır, son illərin «Çay Ziyafəti» kimi nəhəng siyasi hərəkat yaradırlar. Başqa ölkələrdə insanlar hökumətdən onlara nəsə verməyi tələb edir, amerikalılar isə hökumətin səxavətinə nəinki skeptik münasibət bəsləyir, qəzəblə mübarizə aparırlar.
“Hərçənd biz hakimiyyətin həcmindən daim şikayət edirik, əslində bütün səviyyələrdə Qərbdə hakimiyyətin ən az rolu Amerika cəmiyyətində müşahidə olunur” - deyən, Şimali Karolina Universitetinin tarixçisi Gary Marks bildirir: “Amerikada mədəniyyət daim fərdiliyi və anti-etatizmi vurğulayır. Burada hökumətin rolu başqa Avropa cəmiyyətlərindəkindən xeyli azdır.”
Əlbəttə ki sosializmin Amerikada ayaq açmamasının siyasi və tarixi səbəbləri də var. 1912-ci ildə Amerikada yenicə ərsəyə gəlmiş Sosialist partiyası Yucen Debb-sin prezidentliyə namizədliyini irəli sürdü. Amma Debbs səslərin yalnız 6 faizini qazandı. Sosialistlər üçüncü kiçik partiya statusunu adlaya bilmədilər. Marksın sözlərinə görə ABŞ-da siyasi sistemin formulu sadədir: Ən çox səs qazanan qalib çıxır. Ən çox səs qazanmaq üçünsə əhalinin ən böyük kəsiminin dəstəyini qazanmaq tələb olunur. Sosialistlərin ideoloji saflığa can atması, bu və ya digər platforma müddəası ilə razılaşmayan addamları onlardan uzaqlaşdırdı. Sosializmin əsas bazası olan əməkçi ittifaqlara isə öz məqsədlərinə çatmaq üçün qələbə lazım idi, ideoloji kamillik yox.
“Birləşmiş Ştatlarda əməkçi hərəkat gerçək qüvvəyə çevriləndə, artıq ağlar arasında səsvermə hüququ çoxdan var idi. Siyasi hüquqlar uğrunda mübarizəyə ehtiyac yox idi. Əməkçi ittifaqlar mövcud Demokrat və ya Respublikaçılar partiyalarına qoşulmağa üstünlük verirdilər. Beləliklə də əməkçilərin siyasi mübarizə üçün açıq kanalları var idi” - deyə, Johns Hopkins Universitetinin professoru Bencamin Ginsberq situasiyanı izah edir.
1930-cu illərdə Böyük Depressiya sosialistlər üçün yeni tarixi fürsət yaratdı. Amma Demokrat prezident Franklin Ruzvelt sol təmayüllü iqtisadi siyasət yürütməklə əməkçi ittifaqları öz tərəfinə çəkməyə müyəssər oldu. Onun yaratdığı hakim koalisiya əməkçi ittifaqlar elə böyük nüfuz sahibi oldular ki, artıq başqa partiyaya üz tutmağa lüzum yox idi. Bu mənada hazırkı Demokrat partiyası sosialistlərin bir sıra amaclarını özündə əks etdirir. Eyni zamanda Demokratların mərkəz təmayüllü platforması onlara Respublikaçılarla rəqabət aparmağa və zaman-zaman Ağ Evə yiyələnməyə imkan verir.(«Amerikanın səsi»)

884