Türkiyədə İran casusları yaxalandılar
29 avqust 2012 10:42 (UTC +04:00)

Türkiyədə İran casusları yaxalandılar

Lent.az-ın “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, həmin şəxslərin İran kəşfiyyatının təlimatı ilə Türkiyənin Şərq və Cənub-Şərqində kürdləri ayağa qaldırmağa çalışdığı, suriyalı müxaliflərlə bağlı SAVAK-a məlumatlar ötürdüyü üzə çıxıb.

Türkiyə kəşfiyyatını 1 il əvvəl bir mikroavtobusun içində İqdır Jandarm Komandanlığının binasının fotoşəkillərinin çəkilməsi şübhələndirib. Mikroavtobusdakı 2 İran əsilli şəxs saxlanılıb. Shahram Zargham Kohei və Mohammed Reza Esmaeılpour Ali Malek adlı iranlıların bölgədə strateji əhəmiyyətli hərbi birliklərin və polis şöbələrinin şəkillərini çəkdikləri məlum olub. Shahram Zargham Kohei ilk ifadəsində İranda fəaliyyət göstərən bir lift şirkətində çalışdıqlarını və böyük binaların fotoşəkilini lift qurmaq üçün çəkdiklərini iddia edib. Şübhəlilərin evlərində bəzi telefon qeydləri tapıb. Qeydləri araşdıran Türkiyə Milli Kəşfiyyat Təşkilatı şifrəli danışıqlar vasitəsi ilə İran kəşfiyyatına bölgə barədə məlumatlar ötürüldüyünü və PKK terrorçuları ilə görüşlər keçirildiyini müəyyənləşdirib. Həmin şəxslərlə əlaqəli olanlar izlənilməyə başlanıb. Shahram Zargham Kohei və Mohammed Reza Esmaeılpour Ali Malek ilə eyni vaxtda İrandan Türkiyəyə keçən 2 kişinin də İQdırda yerləşdiyi, Suriyadakı olaylardan sonra tez-tez Türkiyənin Şərq və Cənub-Şərq bölgələrinə gedərək bəzi PKK terrorçuları ilə əlaqə saxladığı öyrənilib.

Bir il ərzində toplanan kəşfiyyat məlumatından sonra dünən səhər saatlarında 10 ünvanda eyni vaxtda əməliyyat keçirilib. İqdırda 6, Ağrıda 1, Vanda 1 və Kocaelinin Gebze rayonunda 1 nəfər yaxalanıb. İran kəşfiyyatı SAVAK-a məlumat ötürdüyü müəyyənləşən Yaghoup Ahnoukhosh isə sərhədi keçərək İrana qaçmağı bacarıb. Şübhəlilərin yaşadıqları evlərdən və iş yerlərindən 1 “Kalaşnikov” avtomatı, 1 ov tüfəngi və İrana göndərilən gizli yazışmalara dair qeydlər və PKK terrorçuları ilə aparılmış telefon danışıqlarının qeydləri tapılıb. Suriyadan Türkiyəyə gələn qaçqınların yaşadığı düşərgələrin fotoşəkilləri və buna dair məlumatların da İran kəşfiyyatına ötürüldüyü müəyyənləşib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1968

Oxşar yazılar