Yayın ən dəbli şort stilləri
18 iyun 2022 17:44 (UTC +04:00)

Yayın ən dəbli şort stilləri

Yayın ən dəbli şort stilləri – FOTOLAR

Şort yayda ən çox istifadə olunan geyimdir. Bəzilərimiz qısa şorta üstünlük verir, bəzilərimiz midi. Bəs, yayda şort geyiniriksə, stilimizi necə tamamlayaq ki, zövqlü və şıq görünək?

Lent.az ən dəbli şort stillərini sizin üçün bir araya gətirdi:

1.    Mini cins şort və bol köynək(oversize)

   “Oversize” köynəklər son iki yaydır ki, yay modasına damğa vurub. Mini cins şort kombin üçün gözəl görüntü verir. Qısa köynəklərlə və ya kropla geyinsəniz, seksi və havalı görünüşə sahib ola bilərsiniz. 

2.    “Bermud” formalı şort
 
Qısa şortlar hər nə qədər əvəzolunmaz olsalar da, midi şort stilləri də tarixini yeniləyib modaya geri dönür. Bermud üçbucağını xatırladan bu şort stilini şıq göstərmək də sizin onu nə ilə tamamlayacağınızdan asılıdır. Məsələn, cins midi şortla dar, nazik ipli köynək və uzun pencəklə geyinə bilərsiniz. 

3.    Kostyum şortlar
 
Kostyumlar hər halıyla bütün bir görünüm təsiri bağışlayırlar. Kətan və ya pambıq şort kostyumları rahat və havalı tərz yaradır. Daha çox rəngarəng və yaxud pastel rənglərinə üstünlük versəniz, yayın “ruhunu” tuta bilərsiniz. 

4.    Parıltılı idman stili və mini şort 
 
Sadə bir cins şortla idman stilində pencəyi kombinləsəniz, rahatlığın zirvəsini yaşayacaqsınız. İdman ayaqqabıları, hündür daban ayaqqabılar, səndəllər və s. də geyinsəniz, kombinizi tamamlamış olacaqsınız. 

5.    Məktəbli şortları

Qısa ətək və şortlarla ağ corabların uyğunluğu bilirsiniz necə möhtəşəm görünür? Bu görünüş mavi köynək, “sneaker”lər və ya makasin ayaqqabı ilə tamamlamaq istəsəniz, mütləq yoxlamalısınız. 

6.    Gündəlik idman stilində şort kombini

İdman lasinləri çoxumuzun gündəlik rastlaşdığı geyim tərzidir. İdman “crop”ları, köynəklər və cins pencəkləri parıltılı materialdan tikilmiş şortla, üzərinə şıq kəmərlə kombinləsəniz, olduqca zövqlü görünüş yaradacaqsınız. Stilistlərin də dediyi kimi: yoxlamaqda fayda var! 

# 2484
avatar

Nigar Namiq

Oxşar yazılar