Yayda ayaqqabılar  göbələk yaradır: Nələrə diqqət etməliyik?
08 iyul 2022 11:19 (UTC +04:00)

Yayda ayaqqabılar göbələk yaradır: Nələrə diqqət etməliyik?

Ayaqqabı seçərkən onun görünüşünə daha çox üstünlük verilir, rahatlığı isə arxa plana keçir. Amma bu cür seçilən ayaqqabı sonradan sağlamlıqda müəyyən fəsadlara səbəb olur. Bu fəsadlardan biri də ayaq göbələyidir. 

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə tanınmış dermatoloq Olqa Çizhevskaya danışıb. 

Onun sözlərinə görə, quru dərini vaxtında nəmləndirmək vacibdir. Əgər ayaqlarda kiçik çatlar varsa, bu infeksiyanın yayılması üçün əsas amildir. 

Mütəxəssis dəri xəstəliklərinin qarşısını almaq üçün çay ağacı yağı və duz vannaları qəbul etməyi məsləhət görüb. 

Çizhevskaya ayaqqabı seçərkən diqqətli olmağı tövsiyə edib: 

“Ayaqların hava almasına imkan verməyən bağlı ayaqqabılar göbələklərin orada "məskən salmasına" şərait yaradır. Hər tərəfi bağlı ayaqqabılar geyinəndə ayaqlar onun içində istidən "bişir" və yavaş-yavaş göbələk xəstəliyinin yaranmasına səbəb olur. Daha çox 3 və 4-cü ayaq barmaqları arasında, bir az isə daban bölgəsində də görünür”, - o bildirib. 

Dermatoloq, həmçinin yay aylarında rezin çəkmələrdən uzaq durmağı da tövsiyə edib. Bununla yanaşı, ayaqları tez-tez yumağı və yuduqdan sonra dərhal qurulamağın vacib olduğunu da qeyd edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3156
avatar

Sevinc Fərid

Oxşar yazılar