Türkiyə gözəli qalib olmaq üçün görün nə etdi -  FOTOLENT
22 oktyabr 2021 19:52 (UTC +04:00)

Türkiyə gözəli qalib olmaq üçün görün nə etdi - FOTOLENT

"Miss Türkiyə 2021"də birinci seçilən və "Miss World" hazırlığına başlayan Dilarə Qorxmaz açıqlamaları ilə hər kəsi təəccübləndirib.

Lent.az bu ölkə mediasına istinadən məlumat verir ki, Türkiyə gözəli ideal bədən quruluşunun sirlərini bölüşüb.

"Miss Türkiyə" mənim üçün yad yarışma deyildi. Bacım Dilay Qorxmaz keçmiş "Miss Türkiyə" gözəllərindən biri idi. Bacımın həyəcanını və xoşbəxtliyini gördüyüm üçün həyatımın bir dönəmində mütləq bunu yaşamaq istədim. İştirak etmək üçün təhsil həyatımın irəliləyişini gözlədim. Prioritetlərimi tamamladıqdan sonra “bu il həmin ildir” dedim və ərizəmi verdim. Şəxsən birlikdə işlədiyim bir məşqçim var. Həftənin beş günü bədənimə fokuslanmış çox ağır idmanlarla məşğul oluram. Normalda artıq idmanla məşğul olurdum, amma bu prosesdə sürətimi artırdım. İdman məni motivasiya edir. Günün 16 saatı ac qalıram. Məsələn, axşam saat 17-də yeməyi dayandırıram. Heç nə yemirəm. Səhər saat 9-a kimi. Yalnız arabir su içirəm. Sağlam qidalanmağı xoşlayıram. Gün ərzində vitamin qəbul edirəm”.

# 5307
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar