Stilistlər Elizabet Kosiç və Lindsey Berni hər bədən növünə uyğun cins şalvar seçməklə bağlı məsləhətlər veriblər.
Lent.az-ın məlumatına görə, mütəxəssislər aydın incə beli, dolğun döşləri və ombası olan xanımlara ombadan topuğa qədər enli kəsim, yüksəkbelli cins şalvar geyinmələrini məsləhət görüblər.
Berni qeyd edib ki, bu üslub bədəninizin bütün lazımi yerlərini vurğulayacaq və diqqəti incə belinizə yönəldəcək.
Lakin dar ombalı, lakin geniş çiyinləri olan qadınlara geniş ayaqlı cins şalvarlar tövsiyə olunur. Kosiç izah edib ki, belə bədən forması olan xanımlar ombaya lazımi miqdarda həcm əlavə edəcək, bükülmə və yarıq cibləri olan mürəkkəb, dəbli cins şalvarlara üstünlük verməlidir.
Yekun olaraq, ekspertlər sinə, omba və bel həcmləri bərabər olan qadınlarda yüksək belli modelləri seçməyin və onları geniş qollu köynəklə birləşdirməyin gözəl görünəcəyini söyləyiblər.