Qışın əsas tendesiyaları AÇIQLANDI   - FOTOLENT
03 oktyabr 2022 10:02 (UTC +04:00)

Qışın əsas tendesiyaları AÇIQLANDI - FOTOLENT

Bu ilin qış fəslinin əsas tendesiyaları açıqlanıb. 

Lent.az xəbər verir ki, bu barədə “Grazia” saytında məlumat dərc olunub. 

Belə ki, bu ilin əsas trendləri arasında ilk növbədə uzun ətəklər, süni xəz paltolar və damalı sviterlərin olacağı bildirilir. 

Mütəxəssislərin sözlərinə görə, bu qış da böyük ölçülü geyimlər aktual olacaq. Bundan əlavə, midi uzunluqlu trikotaj paltarların, zolaqlı gödəkçələrin də dəbdə olacağı gözlənilir. 

Belə kurtkaların altından yun sviterlər geyinərək həm kombinlərinizi tamamlaya bilər, həm də zövqlü görünə bilərsiniz. 

Artıq bir neçə ildir ki, dəbdə olan uzun "balonka" gödəkçələr bu il də öz aktuallığını qoruyub saxlayır. Bunlarla yanaşı, süni dəridən hazırlanmış geyimlərin istifadəsi qışın trendləri arasındadır. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3819
avatar

Sevinc Fərid

Oxşar yazılar