Qadınlar arasında BARBİ geyimlər  trendə çevrildi 
14 may 2022 09:18 (UTC +04:00)

Qadınlar arasında BARBİ geyimlər trendə çevrildi 

Bu sezon “Barbie” kuklalarından ilhamlanan çəhrayı paltarlar isti ayların trendinə çevriləcək. 

Lent.az xəbər verir ki, “WWD” moda saytı məlumat yayıb. 

Modelyerlər məşhur oyuncağın obrazı ilə bağlı olan bu geyimləri artıq bir çox qarderobların ayrılmaz hissəsi olduğunu bildirib. 

Eyni zamanda, bu paltarların belə məşhur olmasının daha bir səbəbi gənclər arasında çox baxılan “Europhia” serialıdır. Çünki serialda çəhrayı tonlu və barbi tərzli paltarlardan çox istifadə edilir

Həmçinin, bu ilin yayında baş rolu aktrisa Marqot Robbinin olduğu “Barbie” filmi ekranlara çıxacaq. Bildirilir ki, bu kinodan sonra belə tip geyimlər daha da dəbdə olacaq. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3678
avatar

Sevinc Fərid

Oxşar yazılar