Payızın TREND  idman ayaqqabıları
10 sentyabr 2022 18:33 (UTC +04:00)

Payızın TREND idman ayaqqabıları

"The Symbol" jurnalının redaktorları 2022-ci ilin payızı üçün ən dəbli ayaqqabıları sıralayıblar. 

Lent.az xəbər verir ki, müvafiq seçimlər nəşrin saytında yerləşdirilib.

Mütəxəssislərin fikrincə, retro üslubda olan idman ayaqqabıları bu mövsümə liderlik edəcək. Buna görə də alıcılara “Adidas” brendinin 70-80-ci illərin dəbli məhsullarına diqqət yetirməyə məsləhət görüblər. 

“New Balance” brendinin kolleksiyalarında geniş istifadə olunan qalın və qıvrım altlıqlı modellər də aktual olacaq.

Modelyerlər onu da qeyd ediblər ki, bu ayaqqabıları “Baleciaga” brendinin “Triple S” modeli ayaqqabıları ilə qarışdırmaq yanlışdır. 

Bundan əlavə, “Loro Piana”, “Premiata”, “Prada”, “Nike” və “Geox” şirkətləri hazırda trendə uyğun məhsulları təqdim edən brendlər sırasındadır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3411
avatar

Sevinc Fərid

Oxşar yazılar