Payız üçün ən rahat ayaqqabılar HANSILARDIR? 
13 sentyabr 2022 18:11 (UTC +04:00)

Payız üçün ən rahat ayaqqabılar HANSILARDIR? 

“The Symbol” jurnalının redaktorları payız üçün ən dəbli və rahat ayaqqabıları açıqlayıb. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət kovboy çəkmələrindən gedir.

Mütəxəssislərin fikrincə, payız mövsümünün başlaması ilə bu ayaqqabı modeli praktiki və çox yönlü olduğu üçün xüsusilə populyarlaşıb.

Onların sözlərinə görə, kovboy çəkmələri ən yaxşı mini paltarlar və yüngül sarafanlar ilə birləşdirilir. Bundan əlavə, sözügedən geyim parçası dəri büstiyerlər, ipək sürüşkən paltarlar, eləcə də düz maksi yubka və korset üstü ilə gözəl görünəcək.

Avqust ayında rusiyalı stilist Tsvetana Sofronova 2022-ci il payız-qış və 2023-cü il mövsümü üçün ən pis ayaqqabıları sadalayıb. Mütəxəssis idman ayaqqabılarından, platformada hündür dutiklərdən, ayaq biləyi çəkmələrindən və ya stiletto dabanlarından imtina etməyə çağırıb. Bunun əvəzinə qara idman ayaqqabılarına, traktor altlığı və alçaq dabanlı dizüstü çəkmələrə üstünlük verilməsini tövsiyə edib. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4716
avatar

Oxşar yazılar