Manikür etdirənlərin DİQQƏTİNƏ! – “Olduqca ziyanlıdır”
11 fevral 2022 16:50 (UTC +04:00)

Manikür etdirənlərin DİQQƏTİNƏ! – “Olduqca ziyanlıdır”

İndi dırnaq boyalarından istifadə etməyən qadın, demək olar ki, yoxdur. Xanımların bir qismi bu boyalardan bəzən ayda-ildə bir istifadə etdiyi halda, digər qisim xanımlar gündə bir rənglə dırnaq boyamaqdan çəkinmirlər.

Amma adi bir manikürün arxasında dayanan böyük təhlükə barədə xəbərsiz olmayın.

Lent.az mütəxəssislərə istinadən, sizi həmin təhlükələrdən xəbərdar edir: 

Hər il dəbə uyğun olaraq müxtəlif rənglərdə istehsal olunan dırnaq boyaları qadınların diqqətini çəkmək üçün daha da parlaqlaşdırılır. Nəticədə isə kosmetik məhsul alan qadın mütləq əlini dırnaq boyalarına da uzatmış olur. Kosmetik məhsulların yarıdan çoxunun tərkibi kimyəvi maddələr təşkil edir. Bu kimyəvi maddələr içində olduqca ağır kimyəvi tərkibə malik olanları var ki, məhz onlar insan orqanizmi üçün olduqca ziyanlıdır. Dırnaq boyası isə tərkib etibarilə ən çox toksinə malik olan bir məhsuldur.

Ekspertlərin fikrincə, dünyada infeksiya törədicilərinin yayılma mənbələrindən biri də manikür salonlarıdır.

QİÇS və hepatitli xəstə manikür etdirdikdən sonra manikür alətləri düzgün dezinfeksiya olunmadığından üzərində qanla birgə həmin viruslar qalır və növbəti müştərinin dırnaq əti qanayarsa, o yaradan keçir.

İstənilən alət üzərində qan izində virusların yaşam müddəti 12 saatdır. Ona görə də manikürü ya öz alətlərinizlə, ya da ciddi salonlarda alətlər sterilizasiya edilən, paketdən yanınızda açılan yerlərdə etdirməlisiniz.

Manikür zamanı QİÇS və ya hepatitə yoluxmuş şəxsin qan analizində virus 6 aydan sonra bilinir. Bundan başqa, alimlərin fikrincə, dırnaq emalının dəfələrlə zədələnməsi göbələk infeksiyalarını artırır.

Bir məqama da diqqət edək, daim dırnaq boyalarından istifadə etmək dırnaqları saraldır. Bir boyadan digərinə keçdikdə arada 4-5 gün fasilə vermək lazımdır ki, dırnaq keyfiyyətini itirməsin. Ən çox edilən səhvlərdən biri dırnaqları asetonla təmizləyib birbaşa boyadan istifadə etməkdir.

Dermatoloqların fikrincə, dırnaq üçün hava və su əhəmiyyətlidir, bu boyalar dırnağın normal inkişaf etməsinə imkan vermir. Daim istifadə olunan boya dırnaqları qurudur, rəngini dəyişir, dırnaqdan asılı olaraq ya çox kobudlaşdırır, ya da olduqca incəldir. Hətta elə boyalar var ki, o boyaları dırnaqdan silmək çox çətin olur. Asetonla dırnaqları davamlı sürtmək dırnağa olduqca ziyanlıdır. 

Onu da qeyd edək ki, dırnaq boyaları bir sıra xəstəlikləri də şiddətləndirə bilər. Boya tərkibində olan kimyəvi maddələr sinirləri qıcıqlandırır, endokrin sistemində pozğunluqlar yaradır, ciyərlərə və beyinə təsirsiz də ötüşmür.

Odur ki, əziz qadınlar, ehtiyatlı olun! 

Qeyd edək ki, əl dırnaqlarının boyanma tarixi 1800-cü ildən başlayır. O vaxtlar dırnaqları qırmızı ətirli yağla boyayıb və dəri ilə sürtüb parıldadırmışlar. 1900-cü ildə isə xanımlar dırnaqlarını balaca qayçılarla tutmağa başlayıb, müxtəlif kosmetik alətlərlə sürtüb təmizləyiblər. Yüz il bundan əvvəl, 1922-ci ildən isə dırnaqlar üçün şəffaf çəhrayı rəngli boyalar yaranıb. O dövrün dəbinə görə onlar dırnaqların yalnız orta hissəsinə çəkilib. Dırnaqların qırağı isə açıq qalıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3852
avatar

Sevinc Fərid

Oxşar yazılar