Dəri quruluğunun  yaranma SƏBƏBLƏRİ: Necə nəmləndirmək  olar?
14 yanvar 2022 03:14 (UTC +04:00)

Dəri quruluğunun yaranma SƏBƏBLƏRİ: Necə nəmləndirmək olar?

Dəri ilə bağlı ən çox rast gəlinən problemlərdən biri onun quruluğudur. Bu xüsusilə qış aylarında daha da artır. Çünki soyuq hava dərinin nəmliyini azaldır. Bundan əlavə, dəridəki quruluq qaşınmaya, dərinin qalınlaşmasına, qıcıqlanmalar və müxtəlif infeksiyalara gətirib çıxara bilər. Dəri qalınlaşdıqda onun rəngi də dəyişir. Qaşınması isə ekzemaya səbəb olur. Cavan yaşlarda bunlar ciddiyə alınmasa, yaşlandıqda digər problemlər də yarada bilər.

Bəs, dəri quruluğunun qarşısını necə ala bilərik ?  

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, isti su dəri quruluğunu artıran ən vacib faktorlardan biridir. Çalışın üzünüzü ilıq su ilə yuyun. 

Yuma zamanı tərkibi yağlı olan şampunlardan istifadə edin. 

Hər duşdan sonra üzünüzü və bədəninizi yaxşıca nəmləndirin. 

Dərini təmizləmək üçün PH səviyyəsini özündə saxlayan məhsulları seçin. 

İsti havalarda günəşə qarşı qoruyucu kremdən istifadə etməyə üstünlük verin. Çalışın gün işığına çox məruz qalmayın. 

Soyuq havalarda isə əl quruluğunun qarşısını almaq üçün əlcəklərdən istifadə edin. 

Çalışın yun və sintetik tərkibli geyimlərdən uzaq durun. 

Ən əsası isə bol-bol su için.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2685
avatar

Sevinc Fərid

Oxşar yazılar