2024-cü ilin  ən dəbli şalvarları
13 noyabr 2023 18:15 (UTC +04:00)

2024-cü ilin ən dəbli şalvarları

Stilist Gillian McHattie 2024-cü ilin ən dəbli şalvarlarını açıqlayıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, illərdir dəbdə olan cins şalvarlar yeni sezonda öz aktuallığını qoruyub saxlayacaq. 

Stilist bu şalvarların rahatlığından danışıb: 

“Onların cəlbediciliyi danılmazdır. Çünki onlar müasir və rahat “vibe” verir. Cins şalvarları asanlıqla kombin edə bilərik. Onların dəbdən düşməməsinin əsas səbəbi də elə budur”. 

Bundan əlavə, geniş ayaqlı şalvarlar da populyarlaşacaq. Mütəxəssis deyir ki, bu variantlar istənilən bədən tipinə malik qadınlar üçün uyğundur.

İdman şalvarları, geniş manjetli cins şalvarlar, büzməli və metal effektli şalvarlar da trend olacaqlar arasındadır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 26094
avatar

Sevinc Fərid

Oxşar yazılar