2022-ci ilin dəbi:  Keçmişin trendləri geri qayıdır - VİDEO
04 yanvar 2022 00:10 (UTC +04:00)

2022-ci ilin dəbi: Keçmişin trendləri geri qayıdır - VİDEO

 

“Yeni ilə qədəm qoyduq. Yəqin indi bütün xanımlar saçlarını yeniləmək arzusundadır. Maraqlıdır yeni ildə hansı saç formaları dəbdə olacaq? Yenilik üçün mən öz saçımdan başladım. Rəngini dəyişməsəmdə formasını dəyişmək və ilin dəbi ilə suallarıma cavab tapmaq üçün paytaxtın gözəllik salonlarından birindəyik”.

Saç ustası Pamen Ateşli deyir ki, bu ilin trendində qısa saç kəsimi önə çıxır. “Tünd rənglər hər il olduğu kimi 2022-ci ildə də dəbdə olacaq, amma onunla paralel olaraq “obre” və onun da tünd rəngi ilin dəbi hesab olunur. Bu fərqli rənglərlə “ombre” daha dəbli sayılacaq. Ümumiyyətlə qarışıq rənglər içərisində bənövşəyi tonlar üstünlük təşkil edəcək. Rənglərin içərisində ton olaraq bənövşəyi rəng üstünlük təşkil edəcək”.

Saç ustasının sözlərinə görə, uzun, düz saçlar da öz aktuallığını itirmir: “Daha çox 80 illərin “şarlotta”sı dəbdə olacaq . Yəni köhnəliklə müasirliyin qarışığı da demək olar”.

Deyirlər, dəb elə həyatın özüdür. İstər kişi, istərsə də qadınların böyük əhəmiyyət verdikləri modada hər il fərqli yeniliklərlə bərabər, keçmiş illərin trendləri də yenidən gündəmə gələ bilər. Paltarlarda, aksesuarlarda və ayaqqabılarda hər il müxtəlif rəng və modellər məşhurluq qazanır.

2022-ci ilin dəbi ilə bizi Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova tanış edəcək: “2022-ci ildə bir çox rənglər və üslublar dəbdə olacaq. 2000-ci ilin dəbi yenidən gündəmə gələcək , demək olar ki, 90-cı illərin dəbi yenilənəcək. Qısa bel modeli olan şalvarlar yenidən dəbə qayıdır. Vilur idman stilində olan kostyum dəstləri də dəbdədir. Bax bunlar 2000-ci ilin əsas dəblərindən idilər. Jiletlər trenddə olacaq. Bu günümüzün çox əsas hissəsi sayılan komfort və isti sırıqlı gödəkcələr, qaz tükündən hazırlanmış Toxunma geyimlər və toxunma trikotajlarda öz gündəmini qoruyub saxlayırlar”.

Gülnarə Xəlilovanın sözlərinə görə, 2022-ci ilin ən dəbli rəngi göy rəng və onun bir çox tonları olacaq. Qarşılayacağımız ilin mavi pələng ili adlandırılması da buna görə heç təsadüfi deyil. Göy rənglə yanaşı pastel, mavi, açıq boz, pudra, xaki, qırmızı, yaşıl rəng tonları bu ilki geyimlərdə öz sözünü deyəcək-deyə modelyer əlavə edib.

Gülnarə Xəlilova həmçinin dəridən olan gödəkçələrin, qısa ətəklərin bu ilin dəbində xüsusi yer tutacağını da diqqətə çatdırıb: "Həm xəz həm də digər materiallardan olan gödəkçələr (jiletlər) plaşlar, həmçinin toxunma geyim nümunələri xanımlarımızın qarderoblarında həmişəki yerini qoruyub saxlayacaq. Gündəlik həyatımızda rahatlıqla geyindiyimiz, cins parçalardan olan geyimlər də bu ilki dəbdə də öz aktuallığını qoruyacaq. Ətəklərin şalvarla birgə təqdimatı illər sonra yenidən dəbə qayıdacaq. Parıltılı materiallardan hazırlanmış paltarlar, üst geyimləri, həmçinin arkaya bənzər çiyinli köynəklər, atlas, şəffaf materiallı, dama naxışlı paltarlar da bu ilin dəbində yer alacaq. Ağ köynək, ümumiyyətlə klassik üslub deyərdim ki, bütün illərin dəbində öz əvəzolunmaz mövqeyini qoruyub saxlayır və bu ildə daha çox önə çıxacaq. Leopar naxışlı paltolar, müxtəlif naxışlı corablar, uzun qollu köynəklər dəbli geyinən xanımların bu il qarderobunda mühüm yer tutacaq”.

Həmçinin geyimlərin bəlli hissələrində dəliklərin olması (dəlilkli ətək, şalvar, köynək), müxtəlif brendlərin logolu parçaları da dəbin ayrılmaz hissələri olacaq.

Tanınmış modelyer həmçinin xanımlara onlara yaraşacaq tərzdə geyinmələrini, öz tərzləri ilə dəblərini formalaşdırmağı tövsiyə etdi:

"Zövq ən böyük trenddir” - deyən Gülnarə Xəlilova qeyd etdi ki, metal tonlarda makiyaj elementləri həyatımızdan çıxacaq.

Onların arasında dırnaq boyaları da var. Xüsusilə parlaq effektli boyalar 2022-ci ildə istifadə etməyəcəyimiz məhsullar arasında olacaq.

Böyük boyunbağılar, üzüklər və sırğalar 2022-ci ildə istifadə olunmayacaq. Kiçik zərgərlik əşyaları növbəti ilin tendensiyalarına yenidən liderlik edəcək.

Sevinc Vaqifqızı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6450
avatar

Oxşar yazılar