Zelenskidən xanımına təsirli TƏBRİK:  "Var olduğun üçün təşəkkür"
06 fevral 2023 13:46 (UTC +04:00)

Zelenskidən xanımına təsirli TƏBRİK: "Var olduğun üçün təşəkkür"

Fevralın 6-da Ukrayna prezidenti Vladimir Zelenskinin xanımı Yelena Zelenskayanın 45 yaşı tamam olur.

 Lent.az-ın Ukrayna mediasına istinadla xəbərinə görə, Vladimir Zelenski bu münasibətlə öz "Instagram" səhifəsində paylaşım edib. O verdiyi dəstəyə görə xanımına minnətdarlığını bildirib.

“Mənim əzizim, həyatımda var olduğun, indi yanımda olduğun, Ukraynaya və qələbəyə inandığın üçün sənə təşəkkür etmək istəyirəm. Məni möhkəmləndirdiyin, mənimlə keçirdiyin saatlar, dəqiqələr və bu son il üçün sənə təşəkkür edirəm. Ukraynanı təmsil etdiyinə görə sənə təşəkkür edirəm”,- təbrikdə bildirilir.

Zelenski xanımına tezliklə qələbə xəbərini eşitməyi arzulayıb.

Qeyd edək ki, yanvarın 25-də Vladimir Zelenskinin də 45 yaşı tamam olub və həmin gün Yelena Zelenskaya da sosial şəbəkə hesabından həyat yoldaşına təbrik yazmışdı.

# 2826
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar