Britaniyalı sahibkar, dizayner və "Spice Girls" pop qrupunun keçmiş üzvü Viktoriya Bekhem əri, futbolçu Devid Bekhemin hədiyyəsi ilə öyünüb.
Lent.az xarici mediaya istinadən bildirir ki, o, müvafiq paylaşımı “İnstagram” hekayəsində edib.
Əvvəllər məşq zamanı ayağını sındıran 49 yaşlı ulduz həyat yoldaşının onun üçün dörd təkərli KneeRover təkərli skuter və zədələnmiş əza üçün platforma aldığını söyləyib. Bu nəqliyyat vasitəsinin rəsmi internet saytındakı qiyməti 329 dollardır.
"Ərimin mənə aldığı ən yaxşı hədiyyə", - məşhur açıqlayıb.