Koronavirusdan sağalan yaşlı ər-arvad  "QIZIL TOY" ETDİ
18 mart 2021 19:53 (UTC +04:00)

Koronavirusdan sağalan yaşlı ər-arvad "QIZIL TOY" ETDİ

Moskva vilayətində “qızıl toy” edən yaşlı ərlə arvad koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Lent.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, 84 yaşlı Zinaidanın ağciyərinin 25 və 87 yaşlı əri Vasilinin 40 faizi zədələnib. 

Moskva vilayəti Səhiyyə Nazirliyinin mətbuat xidməti idarəsindən bildirilib ki, xəstələrin yaşlı, eyni zamanda yanaşı xəstəliklərinin olması səbəbindən vəziyyətləri ağırlaşıb. 

Həkimlər onlar üçün lazımi müalicəni təyin edinlər. Nəticədə, cütlük yaxşılaşıb və iki həftə sonra tamamilə sağalıblar. Onlar xəstəxanadan həkimlərin alqışları altında çıxıblar.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4197
avatar

Oxşar yazılar