Kişi arvadının xəyanətini tutduğu üçün  HƏBS EDİLDİ
23 avqust 2024 15:13 (UTC +04:00)

Kişi arvadının xəyanətini tutduğu üçün HƏBS EDİLDİ

Tayvanlı Fanq adlı kişi evə gizli kameralar quraşdıraraq arvadının şəxsi həyatına müdaxilə etdiyi üçün üç aylıq həbs cəzasına məhkum edilib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, cütlük bir neçə ildir evli və iki azyaşlı uşaqları olub.

Kişi arvadının bir əlaqəsi ola biləcəyindən şübhələnməyə başlayıb, buna görə də evdə gizli kameralar quraşdırıb: biri qonaq otağında pianonun altında, digəri isə yataq otağında kompüterin yanında.

CCTV kameralarının quraşdırılmasından təxminən iki həftə sonra xəyanət sübutları aşkar edilib - Fanın arvadı sevgilisi ilə intim münasibətdə olub. Bu kadrlar boşanma üçün əsas yaradıb. 2022-ci ilin fevralında Fan boşanma şərtlərini müzakirə etmək üçün arvad və vəkilinə görüşməyi təklif edib, lakin onlar razılığa gələ bilməyiblər.

Nəticədə o, məhkəməyə müraciət edib. Buna cavab olaraq həyat yoldaşı ərini razılığı olmadan müşahidə kameraları quraşdıraraq şəxsi həyatını pozmaqda ittiham edərək polisə gedib. Dinləmə zamanı Fan iddia edib ki, kameraların quraşdırılması analarının vanna otağında çox vaxt keçirməsindən şikayətlənən uşaqlara qayğı göstərmək üsuludur. Lakin hakim müdafiənin bu versiyasını qəbul etməyib.

Keçən ilin sonlarında Taoyuan Şəhər Məhkəməsi Fanı razılıq və ağlabatan səbəb olmadan şəxsi həyatını gizli şəkildə çəkdiyinə görə üç aylıq həbs cəzasına məhkum edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4326
avatar

Fidan İlqar

Oxşar yazılar