Braziliyada yaşayan cütlük Adriana və Leandro, 19 il birlikdə yaşadıqdan sonra onları körpə ikən tərk edən anaları Marianı axtararkən bacı-qardaş olduqlarını öyrəniblər.
Lent.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, 39 yaşlı Adriana və 37 yaşlı Leandro təxminən 19 il birlikdə yaşadıqdan və bir qız böyütdükdən sonra, illərdir axtardıqları bioloji analarını tapmaq üçün kömək istəyiblər. Hər ikisi körpə ikən anaları tərəfindən tərk edilib və analarının adının Mariya olduğunu biliblər. Bu paylaşılan məlumat əvvəlcə təsadüf hesab edilib.
Axtarış yerli radio proqramı vasitəsilə davam etdirilib. Veriliş zamanı Adriananın bioloji anası məlum olub; lakin söhbət zamanı onun başqa bir uşağı da - Leandro olduğu ortaya çıxıb. Beləliklə, həqiqət ortaya çıxıb ki, Adriana və əri Leandro eyni bioloji anadan, yəni bacı-qardaşdirlar.
Şok həqiqətlə üzləşsələr də, cütlük bir-birlərinə olan sevgilərini və sadiqliklərini qoruduqlarını bildiriblər. Bəzi məlumatlara görə, onlar münasibətlərini davam etdirmək qərarına gəliblər və ailə olaraq qalmağı düşünüblər. Mütəxəssislər qeyd edirlər ki, belə hallarda bəzən genetik cinsi cazibə kimi psixoloji amillər rol oynaya bilər.