Bu bürclərin cütlükləri birlikdə tətilə getməməlidir  - Səyahət kabusa  çevriləcək
15 iyun 2024 16:26 (UTC +04:00)

Bu bürclərin cütlükləri birlikdə tətilə getməməlidir - Səyahət kabusa çevriləcək

Astroloqlar bu dəfə hansı bürc cütlüklərin birlikdə tətilə getməməli olduğunu açıqlayıb. Bildirilir ki, sözügedən bürclərin birgə tətilə çıxması kabusa çevrilə bilər. 

Lent.az xarici mediaya istinadən həmin bürc cütlüklərini təqdim edir: 

Qoç və Xərçəng

Qoç təşəbbüskardır və hər zaman hərəkətli insanlardır. Onlar gəzməyi, əylənməyi xoşlayır. Xərçəng isə sakitliyi və istirahəti sevir. Xərçənglər üçün ideal tətil hovuz və ya spa kənarındadır. Yaxşı olar ki, onların hər biri öz maraqlarını bölüşən həyat yoldaşı tapsın. 

Əkizlər və Qız

Əkizlər öz kortəbiiliyi və dəyişikliyi sevmələri ilə tanınırlar. Onlar ani qərar verərək hərəkət edirlər. Qız bürcləri isə hər şeyin ən xırda detalına qədər planlaşdırılmasını xoşlayır. Belə cütlüklərin tətili çoxlu stress və gərginliyə səbəb ola bilər.

Şir və Əqrəb

Şir diqqət mərkəzində olmağı sevir və lüksdən zövq alır. Əqrəb, əksinə, hər hansı məkanların dərin və sirli tərəflərini araşdırmağa daha çox meyllidir. Çox vaxt daha az tanınan yerlərə üstünlük verir. Onların tətili asanlıqla dramatik münaqişə ilə başa çata bilər.

Oxatan və Oğlaq

Oxatan, çox vaxt əvvəlcədən hazırlanmış bir plan olmadan, kortəbii olaraq dünyanı kəşf etməyi sevən əsl azad ruhlu insanlardır. Ancaq Oğlaqlar diqqət və nizama üstünlük verir. Onlar istirahətinizin hər bir detalını, qalacağınız oteldən tutmuş, hərəkətlərinizə qədər əvvəlcədən planlaşdıracaq.

Dolça və Buğa

Dolçalar macəra və yeni texnologiyaları sevir. Buğa rahatlığa və tanış ətrafa üstünlük verir. Onların fərqli baxış nöqtələri çox vaxt fikir ayrılığına səbəb olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4905
avatar

Sevinc Fərid

Oxşar yazılar