Ayrılanların diqqətinə- Tənhalığı fürsətə çevirin: 6 üstünlük
30 dekabr 2020 19:59 (UTC +04:00)

Ayrılanların diqqətinə- Tənhalığı fürsətə çevirin: 6 üstünlük

Əgər təzəcə tərk edilmiş və ya tərk etmiş birisinizsə, üzüntüyə tam qapılmamış bu təkliyin pozitiv tərəfləri ilə tanış olun. Məhz bu səbəblərə görə birindən ayrılırkən üzülməyə dəyməz.

Hər bir qadın tənhalığı başqa cür yaşayır. Bəziləri bir neçə uğursuz sevgi romanından sonra özünü tamamilə karyeraya sərf edir, amma rəfiqələri ilə görüşlərdə həyatın ədalətsizliyindən şikayətlənir. Bəziləri isə depressiyaya düşür və həyatda daha ləyaqətli kişilərin qaldığına inam azalır. Bəzi xanımlar isə bu tənhalığı fürsətə çevirir və özünü inkişaf etdirir. 

Lent.az Türkiyə mətbuatına istinadən sizə tənhalığın 6 fərqli üstünlüyünü təqdim edir:

1. Qərar qəbul etməkdə tam sərbəstsiniz

İstənilən zaman dünyanın o biri başına bilet alıb – səyahət etməkdə, hansısa yeni kursu öyrənməyə başlamaqda, iş təklifini qəbul edib vəzifə artımına nail olmaqda, bəyəndiyiniz libası almaqda (baxmayaraq ki, büdcənizə ciddi ziyanı ola bilər) sərbəstsiniz. Etdiklərinizə görə hesabat verməli, bəhanə axtarmalı olmursunuz. Bu sizə sərbəst hərəkət imkanı verir və günahkarlıq hissindən qurtarır.

2. Özünüzü həlak etməyə məcbur deyilsiniz

İstənilən münasibət əmək – fədakarlıq istəyir. Bu sevmədiyin insanlar (onun dostları, qohumları) ilə ünsiyyət, sevmədiyin filmlər,  xoşalmadığın yeməklər və s kimi özünü göstərə bilər. daima onun diqqətini, rəğbətini qazanmaq üçün mübarizə aparmaq durumuna sala bilər sizi.  Təklikdə isə rahat nəfəs almaq imkanın var. Hər gün onu yenidən özünə heyran etmək kimi dərdin yoxdur.

3. Özündə güclü şəxsiyyət tərbiyə edə bilərsən

Bəzən birlikdə olmaq istədiyin insana görə öz dəyər və prinsiplərindən keçərsən, bilmədən dəyişərsən. Tənha ikən isə insan ən çox özünə sadiq qalar. Münasibətdə ikən güclü birinə arxalanaraq hərəkət edirsən və öz dəyərini unudursan. Tənha ikən güclü olmaqdan başqa bir seçimin yox. Bu özünü yenidən qiymətləndirib, əslində nəyə qadir olduğunu anlamaq üçün fürsətdir. Həyata daha obyektiv baxmağa imkan verir. Məhz sərbəst ikən daha böyük irəliləyişlərə nail olub və yanınızda əslində necə birinin olmasını istədiyiniz haqqında düşünə bilərsiniz.

4. Yüni görüşlər üçün açıqsınız

Məcbur deyil ki, kiminləsə sevgi münasibətlərin olsun, sizə qayğı göstərən yaxşı dostlar ilə əhatə olunmaq olar. Heç kəs sizin dost siyahına qarışmaz.

5. Arzularınız kimi görünmək sərbəstliyi

Azərbaycanda qarşı tərəflər xanımın geyiminə qarışmağı, ümumiyyətlə, adətə çevirib. Bir çox hallarda bu müdaxilələr tövsiyə ilə başlayır: "Bəlkə bir az arıqlayasan, ya bəlkə bir az daha kökələsən?" "Mən istəyirəm ki, yanımdakı xanım baxımlı olsun, həmişə “fit” görünsün”.

Hələ daha kəskin formalarda olan digər müdaxilələri demirik ki, bəzən bu ətəklərə və hansısa rənglərə qadağa ilə başlayır:  “Qırmızı geyinmə, çox diqqət çəkir”. Bir sözlə, qadın öz zövqünə görə deyil, partnyorun seçiminə görə yaşamağa başlayır.

6. Zamanınıza özünüz hakimsiniz 

Saat neçədə durmağa və neçədə yatmağa siz qərar verirsiniz. İşdən neçədə çıxmaq və həmin vaxtı necə keçirmək şəxsi seçiminizdir.  Zamanınızı başqasının deyil, öz prioritetlərinizə görə yaşayırsınız. İdmana gedə, kitab oxuya, yolüstü nəsə alıb yeyə bilərsiniz. Özünüzə  ayıracaq vaxtınız daha çoxdur və bu özünü inkişaf üçün sərf edə bilərsiniz.

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4143
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar