Qəhrəmanlar unudulmur – Milli Qəhrəman Fazil Mehdiyev
20 avqust 2011 10:00 (UTC +04:00)

Qəhrəmanlar unudulmur – Milli Qəhrəman Fazil Mehdiyev

Lent.az da bu təşəbbüsə qoşulur və Milli Qəhrəmanların doğum günlərində onlar haqqında məlumatları dərc edir.

Qəhrəmanlar unudulmur!

Fazil Umud oğlu Mehdiyev 1966-ci il avqustun 20-də Laçın rayonu Ələçi kəndində anadan olub. Körpə vaxtında ailəsi ilə birlikdə Ağdam rayonuna köçüb. O, 1990-cı ildən Ağdam rayonunda polis (milis) sıralarına daxil olub, Ağdam, Ağdərə və digər istiqamətlərdə rəşadətlə vuruşub, düşmənin xeyli canlı qüvvəsini, texnikasını məhv edib, 1991-ci il sentyabrın 24-də Ağdamın Abdal-Gülablı kəndi yaxınlığındakı döyüşdə həlak olub. Ağdamın Qarağacı qəbiristanlığında dəfn edilib. Bakının Nəsimi rayonunda büstü qoyulub, şəhərin küçələrindən biri onun adını daşıyır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1127

Oxşar yazılar