İsrail səfirliyinin iki əməkdaşını güllələyən tutuldu - YENİLƏNİB  - VİDEO
22 may 2025 10:21 (UTC +04:00)

İsrail səfirliyinin iki əməkdaşını güllələyən tutuldu - YENİLƏNİB - VİDEO

Vaşinqtonda Yəhudi Muzeyinin qarşısında İsrail səfirliyinin iki əməkdaşını güllələməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Vaşinqton Polis Departamentinin rəisi Pamela Smit mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, şübhəli şəxs Çikaqodan olan 30 yaşlı Elias Rodriqesdir. Atışmadan əvvəl onun muzeyi dolaşması müşahidə edilib.

Atışmadan sonra o, muzeyə daxil olub və mühafizəçi tərəfindən saxlanılıb.

Elias Rodriqesin saxlanılarkən çəkilən videosu yayılıb. O, "Fələstinə azadlıq!" şüarını səsləndirib.

***

saat 07:24

ABŞ-ın paytaxtı Vaşinqtonda İsrail səfirliyində çalışan iki nəfər güllələnərək öldürülüb.

Lent.az xəbər verir ki, bu barədə "CBS News" telekanalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

İnsident yerli vaxtla saat 21:15 radələrində (Bakı vaxtı ilə cümə axşamı 05:15) baş verib.

Telekanalın məlumatına görə, səfrilik əməkdaşları paytaxtdakı Yəhudi Muzeyində keçirilən tədbirdən çıxdıqları zaman atəşə tutulublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 740

Oxşar yazılar