Dilan Polat və əri avtomobil qəzası keçirdi: "Ölümdən döndük"
21 may 2025 15:20 (UTC +04:00)

Dilan Polat və əri avtomobil qəzası keçirdi: "Ölümdən döndük"

Çirkli pulların yuyulması, vergidən yayınma kimi bir çox cinayətlərdə ittiham olunan sosial media fenomeni Dilan Polat və həyat yoldaşı Engin Polat avtomobil qəzası keçirib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Dilan Polat, həyat yoldaşı Engin Polat və makiyaj ustası Mustafa Aktaş, yeni şəbəkə açılışı üçün Güneydoğu Anadolu bölgəsinə səfər edərkən Mardin yolunda dəhşətli anlar yaşayıblar. Yolda ani şəkildə qarşılarına çıxan yük maşını təkəri, onların avtomobilinə çırpılıb. Hadisədən sonra sosial mediada açıqlama verən Dilan Polat belə yazıb:

"Dəhşətli bir qəza keçirdik. Yolda yük maşını təkəri bir anda qarşımıza çıxdı. Çox pis nəzərə gəldik".

Avtomobildə olan Mustafa Aktaş isə yaşadığı qorxunu belə ifadə edib:

Maşının altı sanki yerindən qopdu, radiator da deşildi".

Qəzadan möcüzəvi şəkildə sağ çıxan komanda, yaşadıqları şokdan sonra maddi zərərin böyüklüyü ilə üzləşiblər. Dilan Polat və komandası sağlamlıqlarının yaxşı olduğunu bildirib və proqramlarına davam edəcəklərini qeyd ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 578

Oxşar yazılar