Koreyadan Azərbaycana koronavirusu müayinə köşkləri gəldi
03 dekabr 2020 16:48 (UTC +04:00)

Koreyadan Azərbaycana koronavirusu müayinə köşkləri gəldi

Koronavirus (COVID-19) pandemiyasının qarşısının alınmasına dəstək məqsədilə Koreya hökuməti Azərbaycana 3 ədəd Səyyar COVID – 19 Müayinə Köşkü ianə edib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə,  qurumun İdarə Heyəti sədrinin müavini Nigar Bayramova müayinə köşkləri vasitəsilə tibb işçilərinin daha az risk altında olacaqlarını deyib.

Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Tonq Op bildirib ki, Koreya hökuməti COVID-19 pandemiyası ilə mübarizə tədbirlərində hər zaman Azərbaycan hökumətinə öz dəstəyini göstərməyə hazırdır. Onun sözlərinə görə, müayinə köşkləri xəstə ilə test götürən arasındakı təması sıfıra endirməyə, sosial məsafə normalarına riayət etməyə, fərdi mühafizə vasitələrinə ehtiyacın azaldılmasına və vaxt itkisinin aradan qaldırılmasına kömək olacaq.

Yığcam və daşınma üçün münasib olan müayinə köşkləri Heydər Əliyev adına Beynəlxalq Hava Limanında quraşdırılacaq.

Məlumat üçün bildirək ki, bundan əvvəl Koreya hökuməti tərəfindən COVID-19 pandemiyası ilə mübarizə məqsədilə Azərbaycana 350 min ədəd qoruyucu KF94 maskası təhvil verilib.

 

 

 

  

# 1282
avatar

Aygün İbrahimli

Oxşar yazılar