Türməyə narkotik keçirmək üçün bunu da etdilər, ayaqqabı dabanında...
02 dekabr 2020 15:25 (UTC +04:00)

Türməyə narkotik keçirmək üçün bunu da etdilər, ayaqqabı dabanında...

8 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətdən Lent.az-a Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsinə əsasən təqsirli bilinərək 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Şərifov Əzizağa Əzizağa oğluna göndərilmiş banderola baxış keçirilib. Bu zaman orada olan ayaqqabının daban hissələrinin içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 9,280 qram olan psixotrop maddə - metamfetamin, ümumi çəkisi 1,120 qram olan narkotik maddə - heroin və ümumi çəkisi 6,339 qram olan narkotik maddə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

# 1441
avatar

Mehman Nəbiyev

Oxşar yazılar