
Evdən çıxan 5 COVID-19 xəstəsinə cinayət işi açıldı - FOTO
Astarada COVID-19 infeksiyasına yoluxmuş daha 2 nəfər rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Astara rayonunun Kijəbə qəsəbəsinin sakini V.Babayev və Maşxan kənd sakini F.Babayevaya COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb.
Lakin Astara rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar saxlanılaraq yaşadıqları ünvanlara geri qaytarılıblar.
Onların törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Astara rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır.
Qeyd edək ki, bu günə qədər Astarada yaşayış yerini tərk etmiş 5 nəfər COVID-19 xəstəsi barəsində cinayət işi başlanılıb və hazırda istintaqı davam etdirilir.
edsdsds.jpg)
Mehman Nəbiyev
Oxşar yazılar

Ötən il 600-dən çox koronavirus xəstəsinə cinayət işi açılıb
21 yanvar 2021 , 09:48
Şirvanda ev yanıb
21 yanvar 2021 , 09:34
Baş Prokurorluğun orijinal "İnstagram" səhifəsini belə təyin edəcəksiniz
21 yanvar 2021 , 09:30
Kirayəşin ev sahibini bıçaqladı
21 yanvar 2021 , 08:20
Maşın vuran Bakı sakini ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib
21 yanvar 2021 , 07:04
Bakıda qadını avtomobil vurdu
21 yanvar 2021 , 05:26
Bakıda “BMW” dekorativ ağaclara çırpıldı - FOTO
21 yanvar 2021 , 02:03Avtomobil kanala aşdı: sürücü ölüb - FOTO
20 yanvar 2021 , 18:30