taxi
15:51 28 noyabr 2020

İranda ötən sutkada koronavirusdan 391 nəfər öldü

madeyra

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 391 nəfər ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 47 486 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 13 402 nəfər koronavirusa yoluxub. Beləliklə İranda koronavirusa yoluxanların sayı 935 799 nəfərə yüksəlib.

# 490
avatar

Oxşar yazılar