Bakıda sabahdan bu xətlər üzrə sərnişindaşımalar dayandırılacaq
27 noyabr 2020 17:03 (UTC +04:00)

Bakıda sabahdan bu xətlər üzrə sərnişindaşımalar dayandırılacaq

Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən 28 noyabr saat 00:00-dan 30 noyabr səhər saat 06:00-dək Bakı şəhərində bütün müntəzəm və ekspres xətlər üzrə sərnişindaşımalar dayandırılacaq.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Lent.az-a verilən məlumata görə, qeyd olunan tarixlərdə Bakı şəhərinin inzibati ərazisində qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq fərqlənmə nişanı alan avtomobillərlə taksi fəaliyyətinin göstərilməsində hər hansı bir məhdudiyyət olmayacaq:

"Bir daha vətəndaşlarımızı sosial anlayış nümayiş etdirərək şəxsi və milli sağlamlığımız naminə karantin tələblərinə ciddi riayət etməyə çağırırıq".

# 1516
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar