
Koronavirus xəstəsi şəhərə çıxıb təhlükə yaratdı

İsmayıllıda koronavirus xəstəsi barədə cinayət işi başlanılıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, İsmayıllı rayon sakini Mayıl Qüddəsərovun COVID-19 testinin nəticəsi pozitiv olması səbəbilə ona ev şəraitində müalicə təyin edilib, karantin qaydalarını pozarsa məsuliyyətə cəlb ediləcəyi barədə məlumatlandırılıb. M.Qüddəsərov infeksiya daşıyıcısı olduğunu bilməsinə baxmayaraq, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və şəhər ərazisində hərəkət etməklə digərlərinin də sağlamlığı üçün real təhlükə yaradıb. Polis əməkdaşları M.Qüddəsərovun yerini müəyyən edərək əraziyə dərhal həkim briqadası dəvət ediblər və o, evinə geri qaytarılıb.
İsmayıllı rayon Polis Şöbəsində M.Qüddəsərov barəsində Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə cinayət işi başlanılıb.
edsdsds.jpg)
Mehman Nəbiyev
Oxşar yazılar

Kənd sakini ot presləyən qurğuya düşdü
23 yanvar 2021 , 18:14
Xoruzlu kəndində çayxana icarədarı cəzalandırıldı
23 yanvar 2021 , 16:20
Mərkəz direktoru barəsində cinayət işi başlandı
23 yanvar 2021 , 15:11
Dəmir alətlə qadının başına vurub qətlə yetirdi - RƏSMİ
23 yanvar 2021 , 14:16
İki evdən 14 min manatlıq OĞURLUQ
23 yanvar 2021 , 13:40
Yeniyetmə özündən 40 yaş böyük qonşusunu BOĞARAQ ÖLDÜRDÜ
23 yanvar 2021 , 13:20
İstefa verən bələdiyyə sədrilə bağlı YENİ TƏYİNAT
23 yanvar 2021 , 13:00