Koronavirusa YOLUXAN və ÖLƏN məşhurların ADLARI AÇIQLANDI
23 noyabr 2020 11:47 (UTC +04:00)

Koronavirusa YOLUXANÖLƏN məşhurların ADLARI AÇIQLANDI

Dünyada bir çox məşhurlar koronovirusa yoluxub. Lent.az-ın məlumatına görə, Türkiyə mətbuatı koronavirusa yoluxan və dünyasını dəyişən məşhurların bir neçəsinin adlarını təqdim edib. Həmin siyahını təqdim edirik:

Tanınmış aktyor Haldun Dormen koronavirusa yoluxub. 92 yaşlı aktyor bu barədə istaqram səhifəsində yazıb: “Dünən verdiyim analizimin cavabı pozitiv çıxdı. Amma vəziyyətim yaxşıdır. Həkimlər ilkin yardım etdilər, normal olduğumu dedilər. Lütfən nəzərə alaq, maska taxaq, gigiyena qaydalara əməl edək”.

Tanınmış aktrisa Seda Bakan da koronavirusa yaxalandığını sosial şəbəkədə bildirib: “Bir neçə gün öncə verdiyim analizin cavabları pozitiv çıxdı. Özümdə qripin əlamətlərini hiss edirəm. Başqa narahatlığım yoxdur. Ailəm və mənə yaxın digər insalar özünü yaxşı hiss edir. İnşallah ziyan görmədən bu virusdan canım qurtular”.

Digər aktyor Timuçin Esen də bu virusdan əziyyət çəkənlərdəndir. Aktyor bildirib ki, hazırda evində müalicə olunur və özünü yaxşı hiss edir.

 

Türkiyəli müğənni İrem Derici koronavirusa yoluxduğunu bildirmişdi. İfaçı bir neçə gün öncə açıqlama yayaraq, sağaldığını deyib.

 Türkiyəli aktyor Deniz Can Aktaşın COVİD testinin cavabı pozitiv çıxıb.

Tanınmış musiqiçi Birol Namoğlu da koronavirusa yoluvxub: “Verdiyim analizdən sonra bu virusa yoluxduğumu öyrəndim. İndi ağrılarım davam edir. Həkimlər gəldilər, dərmanlarımı verdilər. Aylardır gigiyena qaydalarına əməl edən adamam, amma bu virusa yoluxdum. Özünüzə fikir verin”.

Koronovirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən tanınmış aktyor Şener Şen isə müalicə olunduqdan sonra evə buraxılıb.

 Aktrisa Alina Boz koronavirus olub: “Analizimin cavabı pozitiv çıxdı. Sağlamlığım yerindədir, ev şəraitində müalicə olunuram”. 

Türkiyəli müğənni Altayın da adı bu siyahıda yer alıb. İfaçı koronavirusa yoluxduğu barədə bu sözləri deyib: “Dünən özümü narahat hiss etdim, dərhal test etdirdim. Nəticəsi isə gecə saatlarında pozitiv çıxdı. Öz evimdə müalicə olunuram. Allah bütün xəstələrə şəfa versin”.

Test nəticəsi pozitiv çıxan digər məşhur Eser Yenenlerdir.

Müğənni Reymenin COVİD testinin nəticəsi pozitiv çıxıb: “Mənlə təmasda hər kəs diqqətli olsa, şad olaram”. Müğənninin daha sonra verdiyi analizin nəticəsi neqativ çıxıb.

 

Tanınmış aktyor Robert Pattinsonun Covid-19 testinin nəticəsi pozitiv çıxıb.  

 

Sənətçi Zülfü Livaneli də bu virusa yoluxub.

 

Aktyor Bryan Cranston koronovirusa yoluxduğunu açıqlayıb.

 

İngilis aktyor İdris Elba koronovirisa yoluxduğunu, daha sonra sağaldığını deyib.

 

57 yaşlı musiqiçi Till Lindemann virusa yoluxub. O, daha sonra açıqlama verərək, sağaldığını bildirib.

 

Aktrisa Itziar Ituno da koronavirusdur.

 

Aktyor Tom Hanks xanımı Rita Wilson ilə birgə koronavirusa qalib gəldiklərini açıqlayıblar.

 

Türkiyə millisinin keçmiş üzvü Rüştü Recber xanımı İşil Reçberlə viriusu yenən məşhurlardandır.

Aktrisa Olga Kurylenko da koronavirusa yoluxub.

 

 “Kurtlar Vadisi Pusu” serialında rol alan 69 yaşlı Turhan Kaya isə koronavirusdan dünyasını dəyişib.

Amerika musiqisinin tanınmış simalarından olan John Prine koronaya da koronavirsa yenilənlərdəndir.

 

76 yaşlı Aktyor Andrew Jack koronavirusdan vəfat edib.

 

Kamerunun dünyaca məşhur caz ifaçısı Manu Dibango 86 yaşında koronavirusdan dünyasını dəyişib.

85 yaşlı əfsanəvi hind aktyor Soumitra Chatterjee də bu virusdan vəfat edib.

# 6703
avatar

Yalçın UĞUR

Oxşar yazılar